• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Deputat: 20 Yanvar hadisələri Azərbaycan tarixinə əbədi həkk olunub

Ölkə

20-01-2024, 10:29
Deputat: 20 Yanvar hadisələri Azərbaycan tarixinə əbədi həkk olunub

34 il bundan əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməli idi. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi.

Ümumilikdə Respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı və Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər.

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. O, cəsarətli bəyanatı ilə əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi.

Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub.Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər Xiyabanı ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.  

20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasətinin təzahürü kimi hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar hadisələri müstəqillik, istiqlaliyyət və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Jalə Əhmədova

Milli Məclisin deputatı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

20-01-2024, 09:37

20 Yanvar faciəsindən 34 il ötür

Ölkə

20-01-2023, 12:32

Ümumxalq Hüzn Günündə Azərbaycanda bir dəqiqəlik sükut olub

Ölkə

12-12-2023, 09:00

Ümummilli liderin vəfatından 20 il ötür

Ölkə
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir - Prezident təsdiqlədi
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Siyasət
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
31-07-2026, 09:23
Prezidentin rəsmi qarşılanma mərasimi oldu
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
31-07-2026, 08:35
Japarov: Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
30-07-2026, 16:48
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
30-07-2026, 15:17
Həmin vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
30-07-2026, 11:42
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
30-07-2026, 10:17
Keçmiş deputata yüksək VƏZİFƏ VERİLDİ
Xəbər Lenti
  • Bu gün, 07:57
    Bu qidalar sizi diqqətsiz edəcək
  • Dünən, 19:11
    Bakıda Metadon Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib
  • Dünən, 18:05
    Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dünən, 17:00
    İyulda Maliyyə Nazirliyi 4 depozit hərracı keçirib
  • Dünən, 16:31
    Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
  • Dünən, 15:44
    Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
  • Dünən, 15:30
    Bu restoranlarda futbol yayımı qadağan edildi
  • Dünən, 13:29
    Allahverdi Yolçuyev: "Bundan sonra kalqotka satacağam"
  • Dünən, 13:00
    Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq
  • 1-08-2026, 11:28
    Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır
  • 1-08-2026, 11:00
    Sosial məzuniyyət kimlərə şamil edilir? - Nazirlikdən AÇIQLAMA
  • 1-08-2026, 10:07
    Mədədəki şişkinlik hissini aradan qaldırın
  • 1-08-2026, 09:30
    Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?
  • 1-08-2026, 09:08
    Təsəvvür etdiyinizdən də faydalıdır
  • 1-08-2026, 09:00
    Kiyev ballistik raketlərlə vurulub, ölən və yaralılar var
  • 1-08-2026, 08:00
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 17:57
    Bu bankın lisenziyası ləğv edildi
  • 31-07-2026, 14:28
    Vəzifədən gedən Namidə İsayeva KİMDİR?
  • 31-07-2026, 14:09
    AzInTelecom 2026-cı ilin ilk yarımilində əldə olunan nəticələri açıqlayıb
  • 31-07-2026, 13:38
    AzTU-da elektron diplomların verilməsinə başlanıldı
  • 31-07-2026, 13:06
    Hovuz suyunun gözlərə zərəri
  • 31-07-2026, 12:32
    AMB sədri inflyasiyaya təsir edən əsas amillərdən danışıb
  • 31-07-2026, 11:06
    Texniki Universitetin rektoru yola salınır
  • 31-07-2026, 11:04
    Uşaqlıqdakı hadisələr yetkinliyə necə təsir edir? - Psixoterapevtdən izah
  • 31-07-2026, 10:50
    Agentlikdə dövlət qulluqçularının andiçmə mərasimi keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə