• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

SN: Bədənimizin vəziyyətinə ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır

Ölkə

13-11-2023, 11:38
SN: Bədənimizin vəziyyətinə ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır

Payızda insan bədənində bir neçə dəyişiklik müşahidə edilir. Adətən, yuxusuzluq, baş ağrıları, həzm problemləri və s. kimi hallara daha çox rast gəlinir. Bütün bu simptomlar arasında bəziləri yay və payız arasında keçid nəticəsində yaranır. Bu da orqanizmin yorğunluğuna gətirib çıxarır, bizim təbii qəbul etdiyimiz, lakin ümumi tarazlığımız üçün təsəvvür etdiyimizdən çox təsir edən dəyişikliklərə uyğunlaşmağa məcbur olur.

LiderXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova bildirib. Onun sözlərinə görə, payızın gəlişi özü ilə daha qısa günlər, temperaturun aşağı düşməsi və yağış gətirir:

"Bədənimizin vəziyyətinə bəlkə də ən çox təsir edən amil işıq saatlarının getdikcə azalmasıdır. Bu dəyişiklik əhvalımıza təsir edir və bizi yüngül narahatlıq və melanxoliya vəziyyətlərinə məruz qoyur. Mövsümi affektiv pozğunluq insanların payız və qış aylarında günəş işığına daha az məruz qalması səbəbindən depressiyaya düşdüyü bir vəziyyətdir.

Yorğunluq, konsentrasiyanın zəifləməsi, ürəkbulanma, psixomotor yavaşlama, mövsümi dəyişikliklərlə əlaqədar olaraq çox yayılmış bir sindromdur. Açıq havada vaxt keçirmək, meditasiya etmək mövsüm dəyişikliyi ilə mübarizə aparmağın ən yaxşı yollarından biridir.

Ümumi olaraq insanlarda yorğunluq, səbəbsiz olaraq narahatlıq bu aylarda müşahidə edilən haldır. Təbii ki, bu göstəricilən tibbi açıqlaması mövcuddur. Məhz bu hallar orqanizmdə mövcud olan vitaminlər və mikroelementlərin çatızmazlığı ilə əlaqələndirilir.

Ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür. Bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir. B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır".

Həkim deyib ki, əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir. Bunlardan biri sink, digəri isə maqneziumdur:

"Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır. Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir.

Payız mövsümü allergiyası olan şəxslər üçün narahatlıq yarada bilər. Çünki müxtəlif bitkilərin polenləri allergik reaksiyalara səbəb olduğu məlumdur. Bu, asqırma, gözlərdə qaşınma və tıxanıqlıq kimi simptomlara səbəb ola bilər. Belə hallardan yayınmaq və ya təsirlərini minimuma endirmək üçün hava proqnozlarında polen miqdarını daim müşahidə etmək və havada normadan artıq polen olduğu halda açıq havada fəalliyətlərdən yayınmaq lazımdır. Eyni zamanda, otaqda hava saflaşdırıcılardan istifadə, həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlar qəbul və təmizliyə riayət etmək vacibdir.

Payız fəsli xüsusilə vitamin C və digər faydalı elementlərin bol olduğu meyvələrin mövsümü sayılır. Bu mövsümdə qida rasionunda insanların əsasən mövsümi meyvə və tərəvəzlərdən (balqabaq, alma, şirin kartof, göbələk, paxlalılar, qoz və s.) istifadəsi tövsiyə edilir. Adıçəkilən qidalarda vitamin A, vitamin C, beta-karotin, karbohidratlar və faydalı yağlar mövcuddur.
Qidalanmaya diqqət etmək və rasionda bol vitaminli yeməklərə üstünlük vermək bizi mövsumi qriplərdən qoruyur, ən əsası isə immunitet sistemimizi gücləndirir.

Havaların kəskin soyuması və temperatur dəyişiklikləri insanların açıq havada keçirdiyi vaxtı nəzərəçarpacaq dərəcədə azaldır. İqlim şəraitinin getdikcə sərtləşməsinə baxmayaraq, açıq hava fəaliyyətindən imtina etmək yanlış fikirdir. Təbiətdə gəzintilər, velosiped sürmək əhval-ruhiyyəni gücləndirir. Eyni zamanda, mövsumi idman növlərindən (buz meydançasında idman, evdə yoqa, qapalı idman zallarından və hovuzlarından yararlanmaq və s.) şansını dəyərləndirmək vacibdir. Belə hallar həm psixoloji-mental vəziyyəti yaxşılaşdırır, həm də aktivliyi artıraraq motivasiyanı yüksəldir".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Media

31-10-2023, 16:30

Bu qidadan bir ovuc yemək - Qış boyu sağlam saxlayacaq

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Ölkə

31-10-2023, 11:59

2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • 22-10-2026, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • 22-10-2026, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə