• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dermotoloq Elmira Əzimova: Telefondan çox istifadə saç tökülməsinə səbəb olur

Ölkə

24-10-2023, 16:21
Dermotoloq Elmira Əzimova: Telefondan çox istifadə saç tökülməsinə səbəb olur

Hazırda qadınlı-kişili, uşaqlı-böyüklü, əksər insanlarda saçların tökülməsi halları müşahidə olunur. Bəzi hallarda isə insanlar həkimə müraciət etmədən, bu problemdən çıxış yolunu alternativ yollarla tapmağa çalışırlar. Bu isə problemi əksinə daha da ağırlaşdırır. Ümumiyyətlə saç tökülməsinin əsas səbəbləri və onun həlli yolları hansılardı? Mövzuyla bağlı saç əkimi üzrə mütəxəssis, dermotoloq Elmira Əzimova LiderXəbər-ə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

Gün ərzində saçımızın tökülməsi normal haldır?

 - Bizim gün ərzində 50-100 saç teli tökülür. Bu istər kişilərdə, istərsə də qadınlarda normal haldır. Lakin saç yuyulduqdan sonra daranan zaman əlimizə gələn, yaxud yatan zaman yastığımıza tökülən toplum saç telləri artıq keçəlləşməyə doğru getməyin göstəricisidir. Eyni zamanda orqanizmdə hər hansı bir xəstəliyin baş qaldırmasının siqnalıdır. 

Saç niyə tökülür?

- Saç tökülməsi genetikadan, qidalanmadan, hormonlardan, stress və bunlar kimi bir çox səbəbdən yarana bilər. Kişilərdə qadınlara nisbətən 16-18 yaş arası saç tökülməsi müşahidə olunur. Bu da onların yeniyetməliklə əlaqədar yaşadığı stress, gərginliklə bağlıdır. Digər tərəfdən hormonal preparatların qəbulu, enerji içkilərindən istifadə də buna səbəb olur. Uzunmüddətli yorğunluqlar, xroniki xəstəliklər də saçların tökülməsinə gətirib çıxarır. Dəridə olan göbələk və bakterial mənşəli saç dərisi problemlərində də saç tökülmələri baş verir. Şüalanma da saç tökülməsinin əsas səbəblərindən hesab olunur. Belə ki, dünyanın aparıcı dermotoloji universitetlərinin araşdırmalarına görə, şüa-terapiya, telefondan, komyuterdən çox istifadə saç tökülməsinin 50%-ni təşkil edən amillərdəndir. Qidalanma problemi olmamasına baxmayaraq saç üçün vacib olan vitamin və mineralların qanda əksik olması saçı tökən başqa bir səbəbdir. B12,D vitamini, fol turşusu, Biotin, Sink, Dəmir kimi vitamin və minerallar orqanizmdə azdırsa saç düzgün qidalanmır və tökülür.

Saç tökülməsinin qarşısını necə alaq?

 - Saç tökülməsinin qarşını almaq üçün öncə daxili müalicə lazımdır. Daha sonra saç üçün müalicə tətbiq olunur. Ümumiyyətlə, saç tökülməsi hiss olunacaq dərəcədə olduqda, mütləq ixtisası üzrə həkimə yaxınlaşmaq lazımdır. Saç, gündəlik həyatda qısa müddətdə bir çox faktordan təsirlənə bilən canlı bir orqandır. Şəxsin həyatında bir şey səhv olarsa, bu məlumatlar işığında, insan əvvəlcə özünü ölçməli və sonra lazım gələrsə bir dermatoloqdan kömək istəməlidir. Çünki bu mövzuda ətrafdan gələn yanlış istiqamətlər və qulaqdandolma məlumatları xəstələrin vaxt itirməsinə səbəb ola bilər. Əsas səbəb varsa, diaqnoz və müalicə gecikdirilə bilər. Bundan əlavə, saç tökülməsinin və saçların uzanmasının qarşısını almaq düşüncəsi ilə şüursuz şəkildə tətbiq olunan maskalar və qarışıqlar saçlara daha çox zərər verərək geri dönməz zərər verə bilər.

Saç əkilməsinin tarixi barədə nə deyə bilərsiz və bu necə həyata keçirilir?

 - Bu gün geniş yayılmış saç əkilməsi əməliyyatı ilk dəfə Yapon dermotoloqlar Sasagava (1930) və Okuda (1939) tərəfindən həyata keçirilib. 1943-cü ildə doktor Tamura müasir dövrdəki saç əkilməsi qaydalarına çox bənzəyən üsulla yəni tək bir saç telinin donor bölgədən alınaraq pubik bölgəyə əkilməsini həyata keçirib. 1959-cu ildə dermotoloq həkim Orentreiç günümüzdəki saç əkilmənin elmi təməlini təyin edən “donor dominansı” və “alıcı dominansı“ qaydalarını yaradıb. 1994-cü ildə Bobbi Limmer saç əkilməsi texnikasını tamamilə dəyişdirib. Stereomikroskop altında strip diseksiyonu ilə 1, 2 və 3 tük olan qreftlərin transferini reallaşdırıb. Ən son 1996-cı ildə dermotoloq həkimlər Bernsterin və Rassman follikul unite ( FU) olaraq, tamamilə təbii nəticə əldə edilən saç əkilməsini həyata keçiriblər. Saç əkilməsi əməliyyatı şəxsin öz saçından olmaqla edilir. Saç əkilməsi 2 növ üsulla mövcuddur. FUE - üsulu ( Follikulyar Unit Ekstraksion ) saç köklərinin ənsə nahiyyəsindən 1mm çox incə parçalarla tək-tək alınması və ehtiyacı olan bölgəyə mikro texniklərlə tək-tək yerləşdirilməsi üsuludur. FUT – üsulu ( Follikulyar Unit Transplantasion ) saçlı dərinin ənsədən kəsilərək alınması ilə əldə edilən saç köklərinin 1, 2 və 3-lü köklər şəklində mikroskop altında follikulyar unitlərə ayırıb ehtiyacı olan bölgələrdə açılmış olan kanallara əkilməsi üsuludur. Bu iki üsul arasındakı fərq saç köklərinin alınması şəkli qaydasındadır. FUE üsulu FUT üsuluna görə saç alınan bölgədə daha az iz buraxır. Saç əkilməsi üçün başlanğıc yaş 25-dir. Hemofiliya, Trombofiliya və digər tibbi müalicəyə ehtiyacı olan xəstələrə saç əkilməsi əks-göstərişdir. Saç əkilməsindən sonra çox böyük nəticələr gözləyən şəxslərdə bu əməliyyat keçirilməməlidir. Şəxsə sadəcə öz saçından saç əkilməsi edilə bilər, başqa birindən edilə bilməz. Saç kökü canlı toxumadır və insanın immun sistemi başqasının toxumasını qəbul etməz. Ənsə nahiyyəsindəki saçlar nadir halda töküldüyünə görə əkilmiş saçlar da nadir halda tökülür. Saç əkilməsi yerli keyləşdirmə yolu ilə aparılır, paralel olaraq sedativ preparatlar təyin edilə bilər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

9-09-2023, 13:17

Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

3-03-2023, 11:19

Uşaqlardakı eşitmə probleminin səbəbləri açıqlanıb

Dünya

20-04-2023, 17:58

Uşağın qızdırmasını dərmansız necə salmaq olar?

Ölkə
“FHN bu kimi qurğulara nəzarət etmir” - Açıqlama
“FHN bu kimi qurğulara nəzarət etmir” - Açıqlama
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıya yağış yağacaq
Benzin qiymətlərinin aşağı düşəcəyini vəd etdi
Benzin qiymətlərinin aşağı düşəcəyini vəd etdi
Küləkli hava 4 nəfəri xəstəxanalıq etdi
Küləkli hava 4 nəfəri xəstəxanalıq etdi
Siyasət
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
4-09-2026, 15:09
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
2-09-2026, 14:20
Azərbaycanla Qırğızıstan arasında bu anlaşma memorandumu təsdiqləndi
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
1-09-2026, 15:55
“BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb”
Xəbər Lenti
  • Bu gün, 17:38
    Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
  • Bu gün, 16:55
    “FHN bu kimi qurğulara nəzarət etmir” - Açıqlama
  • Bu gün, 16:32
    Azərbaycanla Qazaxıstan Xəzərdə sərnişin daşımalarını bərpa edir?
  • Bu gün, 15:34
    Batumidən uçan təyyarə Rizedə dənizə düşdü
  • Bu gün, 13:17
    MDB-nin daha bir sazişindən çıxdılar
  • Bu gün, 12:36
    Sabah Bakıya yağış yağacaq
  • Bu gün, 12:19
    İsrail Britaniya konsulluğunu bağlayır
  • Bu gün, 11:19
    Məşhur çinli bloqerin faciəli sonu: Yağlı və duzlu qida, yuxusuzluq - FOTO
  • Bu gün, 10:15
    Xərçəngin gözardı edilən simptomları - Mütəxəssis əhəmiyyətsiz görünən əlamətlərlə bağlı xəbərdarlıq etdi
  • Bu gün, 09:41
    Yemək vaxtı telefona baxmağın təhlükələri - Mütəxəssis rəyi
  • Bu gün, 09:35
    “Qalatasaray” “Sportinq”ə qarşı - ÇL-də günün oyunları
  • Bu gün, 09:10
    Maskdan səs-küyə səbəb olan 2036-cı il - Proqnozu
  • Bu gün, 09:00
    İran ABŞ-nin döyüş esmineslərinə hücum etdi
  • Dünən, 18:02
    Limonun bilinməyən faydaları
  • Dünən, 16:45
    Günün hansı saatında idmanla məşğul olaq?
  • Dünən, 16:01
    PSJ-nin baş məşqçisi Luis Enrikenin illik maaşı bilindi
  • Dünən, 15:32
    TƏBİB-də yeni təyinat
  • Dünən, 14:22
    Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
  • Dünən, 14:05
    SİMA yeni maskotu "Simi"ni təqdim edib
  • Dünən, 13:17
    "Sabah" basketbolçusu ilə yollarını ayırıb
  • Dünən, 12:30
    Gürcüstan azərbaycanlı da daxil daha 61 əcnəbini deportasiya edib
  • Dünən, 11:07
    Benzin qiymətlərinin aşağı düşəcəyini vəd etdi
  • Dünən, 10:30
    Küləkli hava 4 nəfəri xəstəxanalıq etdi
  • Dünən, 09:39
    "AQAT-SİLVER" xeyriyyə yarmarkasında iştirak edib - FOTOLAR
  • 7-09-2026, 16:11
    “44”ün premyerası bu tarixdə olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə