• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

"Onun şəhid olması xəbərini almaq çox ağır idi..."

Ölkə

Bu gün, 17:57
"Onun şəhid olması xəbərini almaq çox ağır idi..."

44 günlük Vətən müharibəsində həkimlərimizin üzərinə düşən əsas vəzifələrdən biri yaralı hərbçilərə vaxtında tibbi yardım göstərmək və onların həyatını xilas etmək idi. Həmin günlərdə cəbhə bölgəsində fəaliyyət göstərən həkimlərdən biri də Sumqayıt Tibb Mərkəzinin direktor vəzifəsini icra edən, cərrahi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov olub.

Daşkəsən-Kəlbəcər və Füzuli istiqamətlərində tibbi yardımın təşkilində və yaralıların əməliyyatlarında iştirak edən Ramin Qasımov müharibə xatirələrini, həkim məsuliyyətini və bu gün də davam etdirdiyi xidməti bölüşüb.

Müsahibəni təqdim edirik:

- Müharibə başlayanda cəbhəyə yollanmaq qərarını necə verdiniz? Bu addım sizin üçün nə ifadə edirdi?

- Mənim üçün bu qərar həm həkim, həm də vətəndaş kimi üzərimə düşən məsuliyyətlə bağlı idi. Uşaqlıqdan torpaqlarımızın işğalı, xalqımızın yaşadığı ağrı və itkilər yaddaşımda idi. Vətən müharibəsi başlayanda düşündüm ki, öz peşəmin imkan verdiyi şəkildə bu mübarizəyə töhfə verməliyəm. Mənim silahım tibbi bilik və təcrübəm idi. Yaralı hərbçilərin yanında olmaq, onlara yardım göstərmək və həyatlarını xilas etmək üçün çalışmaq istəyirdim.

WhatsApp Image 2026-11-03 at 14.00.37.jpeg (113 KB)

- Həkim kimi xidmətinizi hansı istiqamətlərdə davam etdirdiniz?

- Müharibə dövründə Daşkəsən–Kəlbəcər və Füzuli istiqamətlərində yaradılmış tibb məntəqələrində fəaliyyət göstərmişəm. Burada yaralı hərbçilərin vəziyyətinin qiymətləndirilməsi, təcili tibbi yardım və cərrahi müdaxilələr həyata keçirilirdi. Əsas məqsədimiz hər bir yaralıya mümkün qədər qısa zamanda lazımi tibbi yardım göstərmək idi.

- Cəbhədə gördüyünüz hadisələrdən hansı bu gün də yaddaşınızda xüsusi yer tutur?

- Çox ağır və unudulmaz anlar yaşanıb. Yadımdadır, ağır yaralanmış bir əsgər yarasının sarınmasını istəyir, mümkün qədər tez döyüş yoldaşlarının yanına qayıtmağa tələsirdi. Öz ağrısına baxmayaraq, fikrinin silahdaşlarında olması onun iradəsini göstərirdi.

Digər hadisə isə müalicə etdiyimiz və yenidən döyüşə qayıdan bir hərbçinin təxminən bir həftə sonra şəhid olması xəbərini almağımız idi. Həyatını xilas etmək üçün çalışdığın insanın sonradan şəhid olduğunu eşitmək çox ağırdır.

WhatsApp Image 2026-11-03 at 14.00.36.jpeg (369 KB)

- Müharibə şəraitində cərrah üçün ən böyük sınaq nə idi?

- Ən çətin məqamlar ağır travmalar almış, həyatı təhlükə altında olan hərbçilərlə bağlı idi. Bəzən yaralanmanın insanın gələcək həyatına ciddi təsir göstərəcəyini, qalıcı sağlamlıq məhdudiyyətləri yarada biləcəyini anlayırdıq. Belə anlarda hisslərini kənara qoyaraq bütün diqqətini tibbi müdaxiləyə yönəltməlisən. Çünki qarşında köməyini gözləyən bir insan var. Bizim üçün əsas məsələ onun həyatını qorumaq və mümkün olan ən yaxşı nəticəyə nail olmaq idi.

- O ağır günlərdə sizə mənəvi güc verən nə olurdu?

- Hərbçilərimizin döyüş ruhu və iradəsi bizi də ruhlandırırdı. Ağır yaralanmalarına baxmayaraq, onların yenidən döyüş yoldaşlarının yanına qayıtmaq istəyini görmək insana təsir edirdi. Xalqımızın birliyi, hər kəsin öz imkanı və bacarığı ilə bu mübarizəyə dəstək verməsi də böyük mənəvi dayaq idi. Əsgər ön cəbhədə döyüşürdü, biz isə onun həyatını qorumaq üçün çalışırdıq. Hər kəs öz vəzifəsini yerinə yetirirdi.

WhatsApp Image 2026-11-03 at 14.00.36 (1).jpeg (171 KB)

- Zəfər xəbəri sizə necə təsir etdi?

- 8 Noyabr mənim üçün xalqımızın birliyinin, iradəsinin və qətiyyətinin təcəssümüdür. Qələbə xəbərini eşidəndə böyük sevinc və qürur hissi keçirdim. Uzun illər arzuladığımız nəticəyə çatmışdıq. Eyni zamanda, həmin mübarizədə həkim kimi iştirak etdiyimi, yaralı hərbçilərimizə yardım göstərmək üçün əlimdən gələni etdiyimi düşünmək mənə mənəvi rahatlıq verirdi.

- Müharibədən sonra gündəlik həyata qayıtmaq nə dərəcədə asan oldu?

- Müharibədə yaşananları qısa müddətdə unutmaq mümkün deyil. Orada gördüyün ağır yaralanmalar, eşitdiyin səslər və yaşadığın gərginlik insanın yaddaşında qalır. Mən də sonrakı iki-üç il ərzində həmin günlərin təsirini hiss etmişəm. İşə və gündəlik həyata qayıtsan da, bəzi xatirələr uzun müddət səninlə yaşayır.

WhatsApp Image 2026-11-03 at 14.00.36 (2).jpeg (126 KB)

- Bu gün şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqəti necə qiymətləndirirsiniz?

- Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sağlamlığı ilə bağlı məsələlər fəaliyyətimdə xüsusi yer tutur. Onların tibbi ehtiyaclarına diqqətlə yanaşmağı və imkanlarımız daxilində dəstək göstərməyi vacib hesab edirəm. Müharibə günlərində yaralı hərbçilərimizin yanında olmuşamsa, bu gün də onların və ailələrinin sağlamlığı üçün çalışmaq həmin xidmətin davamıdır.

RAMİN EN SON.jpeg (360 KB)

- Cəbhədə müalicə etdiyiniz hərbçilərlə sonradan qarşılaşmaq sizdə hansı hissləri yaradır? Mükafat məsələsinə münasibətiniz necədir?

- Əməliyyat etdiyim və bu gün həyatını davam etdirən hərbçilərimizi görəndə böyük sevinc keçirirəm. Bir vaxtlar ağır yaralı vəziyyətdə gördüyün insanı sağlam və həyatda görmək həkim üçün ən dəyərli hisslərdən biridir.

Mükafat məsələsinə gəlincə, mən müharibəyə medal və ya fəxri ad almaq üçün getməmişdim. Vətəndaşlıq və Vətən borcumu yerinə yetirmək, həkim kimi yaralı hərbçilərimizə kömək etmək üçün getmişdim. Mənim üçün əsas mükafat həyatını xilas etməyə çalışdığım insanları bu gün həyatda görməkdir.

WhatsApp Image 2026-11-03 at 14.00.36 (3).jpeg (75 KB)

- Müharibə təcrübəsi həkimliyə və insan həyatına baxışınızı necə dəyişdi?

- Müharibə insan həyatının nə qədər qiymətli və eyni zamanda həssas olduğunu bir daha göstərdi. Həmçinin xalqımızın çətin məqamda necə birləşə bildiyinin şahidi olduq. Bu təcrübə həkimlik peşəsinə bağlılığımı daha da gücləndirdi. Seçdiyim sənətin nə qədər vacib olduğunu, insanın həyatının qorunmasına töhfə verməyin böyük məsuliyyət daşıdığını daha dərindən anladım. Bu gün də fəaliyyətimin əsas məqsədi insanların sağlamlığının qorunmasına xidmət etməkdir.

WhatsApp Image 2026-11-03 at 14.00.37 (1).jpeg (151 KB)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

10-11-2024, 19:20

Yaralı əsgərləri qəbul etmək üçün anamı süni tənəffüs aparatından ayırdım -Sumqayıtlı hərbi cərrah

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

6-02-2026, 12:06

Sumqayıt Tibb Mərkəzi 2025-ci ildə - Effektiv strukturlar, peşəkar idarəetmə

Ölkə

3-06-2024, 18:15

“Sumqayıt Tibb Mərkəzi şəhid hərbi həkimlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görür”

Ölkə
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Siyasət
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Bu gün, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Bu gün, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Bu gün, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Bu gün, 13:09
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 11:58
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 11:11
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Xəbər Lenti
  • Bu gün, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
  • Bu gün, 19:15
    AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
  • Bu gün, 18:54
    Metroda 16 milyondan çox sərnişin daşındı
  • Bu gün, 18:11
    AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO
  • Bu gün, 17:12
    Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
  • Bu gün, 17:08
    Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Bu gün, 16:52
    ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib
  • Bu gün, 16:31
    Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
  • Bu gün, 16:13
    Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
  • Bu gün, 16:05
    Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
  • Bu gün, 16:01
    Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
  • Bu gün, 15:31
    Əli Kərimli ilə müavininin məhkəməsi başladı
  • Bu gün, 15:19
    Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
  • Bu gün, 15:15
    Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
  • Bu gün, 14:55
    Paytaxtda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - FOTOLAR
  • Bu gün, 14:50
    Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
  • Bu gün, 13:32
    İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı
  • Bu gün, 13:09
    Ceyhun Bayramov onu birinci katib təyin etdi
  • Bu gün, 13:05
    91 uşaq himayədar ailəyə verilib
  • Bu gün, 12:43
    Hərbçilərin rütbədə olma müddəti ilə bağlı - Yenilik
  • Bu gün, 12:05
    “Ən çox məskunlaşma Ağdam rayonundadır”
  • Bu gün, 11:58
    Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • Bu gün, 11:28
    KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
  • Bu gün, 11:22
    Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
  • Bu gün, 11:18
    “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə