• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Xurmanın faydaları hansılardır?

Ölkə

19-09-2023, 15:24
Xurmanın faydaları hansılardır?

Qida Təhlükəsizliyi Agentliyi xurmanın faydaları haqqında məqalə dərc edib.

LiderXəbər məqaləni təqdim edir:

"Ramazan süfrələrinin başlıca nemətlərindən olan xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında müstəsna əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır. Bu dəyişiklik meyvənin növündən asılı olaraq dəyişir. Tərkibində A, K və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, bədənin zərərli bakteriya və mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində dəmir mineralının miqdarının çoxluğu sayəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralının mövcudluğu isə qan təzyiqinə qarşı faydalıdır.

Xurma meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Bu zənginlik nəticəsində toxluq hissi yadan xurma uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsi, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Daşıdığı faydalı xüsusiyyətinə görə xurma hamilə və süd verən qadınlara, eyni zamanda uşaqlara da xüsusilə tövsiyə olunur. Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər isə həkim tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.

Meyvənin yalnız Ramazan ayında deyil, mütəmadi və norma daxilində istehlakı tövsiyə edilir. Xurma seçərkən ilk olaraq onun xarici görünüşünə diqqət edilməlidir. Xurma bütöv olmalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Məhsulun keyfiyyət və təhlükəsizliyinə onun saxlanma şəraiti və temperaturu bilavasitə təsir edir. Xurmanın satışı zamanı mövcud ticarət qaydaları, gigiyenik norma və tələblərə ciddi riayət olunmalıdır. Açıq şəkildə satılan məhsula toz və kənar hissəcik, hətta mikroorqanizmlər asanlıqla nüfuz edə bilir. Qablaşdırılmış məhsul alarkən isə etiket məlumatları diqqətlə nəzərdən keçirilməlidir. Bəzən xurmanın hazırlanmasında süni şəkər olan qlükoza və dadlandırmaq üçün bir sıra süni dadlandırıcılardan istifadə hallarına yol verilir ki, belə məhsulun alınması tövsiyə olunmur. Qlükozanın xurmada istifadə edilməsinin bir çox səbəbi var. Belə ki, məhsulun şirinliyi və dadını artırmaq, istehlakçını cəlb etmək məqsədilə parıltı vermək, köhnə xurmanı daha keyfiyyətli göstərmək üçün istifadə edilir. Hazırlanmasında qlükoza istifadə edilmiş xurma daha parlaq görünür, şirəliliyi və yapışqanlığı normadan artıq olur. Uyğun şərait yaradıldıqda xurma xarab olmadan uzun müddət saxlanıla bilər. Məhsul isti və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə saxlanmalıdır. Buna görə də soyuducuda 0-10° C-də hava keçirməyən, qapaqlı qablarda saxlamaq ən ideal üsuldur. Soyuq temperaturda zaman-zaman sərtləşə bilən xurmanın yumşalması üçün istehlakından 10-20 dəqiqə əvvəl soyuducudan çıxarılması kifayətdir. İstehlakdan əvvəl isə xurmanın mütləq yaxşı yuyulması tövsiyə olunur".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

5-04-2023, 09:24

Orucu xurma ilə açmağın hansı faydaları var?

Ölkə

13-09-2023, 09:03

Balın keyfiyyətini necə yoxlamaq olar?

Ölkə

22-03-2023, 10:34

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ramazan üçün düzgün qidalanma qaydalarını açıqlayıb

Dünya

7-03-2023, 09:24

Albalının bilmədiyimiz bir çox faydaları

Dünya

15-05-2023, 07:14

Fındığın faydaları və zərərləri nədir?

Ölkə
“Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun!”
“Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun!”
Xəzər dənizində yeni ada yarandı
Xəzər dənizində yeni ada yarandı
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
Onlar Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcək - Sərəncam
Onlar Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcək - Sərəncam
Siyasət
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
24-08-2026, 12:33
Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu
Prezident bu gün Buxaraya gedəcək - Video
24-08-2026, 10:46
Prezident bu gün Buxaraya gedəcək - Video
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21-08-2026, 13:59
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
21-08-2026, 11:40
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl göndərilib
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
20-08-2026, 16:00
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
18-08-2026, 16:42
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
Xəbər Lenti
  • Bu gün, 16:09
    “Hörmətli sürücülər, bu lənətə gəlmiş “qaçırmaq” vərdişi”ndən uzaq durun!”
  • Bu gün, 15:32
    Xəzər dənizində yeni ada yarandı
  • Bu gün, 14:26
    İlon Mask "Azadlıq" ordeni ilə mükafatlandırıldı: Zelenski fərman imzaladı
  • Bu gün, 14:02
    Əmək qanunvericiliyində son dəyişikliklər: işəgötürən nələrə diqqət etməlidir?
  • Bu gün, 13:16
    Arıqlamaq istədi, beynini zədələdi: Çində 15 günlük aclığın ağır nəticəsi
  • Bu gün, 12:20
    Prezident “Sabah”ı təbrik etdi
  • Bu gün, 12:04
    Evdə hansı qeyri-aşkar əşya tarakanları cəlb edir? - Mütəxəssislərdən maraqlı açıqlama
  • Bu gün, 11:17
    Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
  • Bu gün, 11:03
    Bu kənddə qadınların və kişilərin dili fərqlidir - Fotolar
  • Bu gün, 10:41
    “Putin onunla görüşməyəcək”
  • Bu gün, 10:06
    Bəzi orqanlarımız daha tez yaşlanırmış
  • Bu gün, 09:55
    Pakistanda xəstəxanada yanğın - 14 körpə həlak oldu
  • Bu gün, 09:44
    ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı
  • Bu gün, 09:31
    Plastik tullantılardan peçenye hazırladılar
  • Bu gün, 09:04
    Hindistan dilənçilər və evsizləri statistikadan çıxardı: Səbəb təəccübləndirdi
  • Bu gün, 08:40
    Tehran Vaşinqtona şərt qoydu: Hörmüzlə bağlı 5-ci maddə icra edilməlidir
  • Dünən, 17:56
    Növbəti üç gün ərzində temperatur kəskin enəcək - xəbərdarlıq
  • Dünən, 16:43
    Onlar Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcək - Sərəncam
  • Dünən, 15:39
    Laçında Azərbaycanla Ermənistan enerji idxal-ixracını müzakirə etdi
  • Dünən, 15:21
    “Sabah” - “Hapoel” oyununa bu qədər bilet satılıb
  • Dünən, 14:32
    Cey Di Vens səhvən Kanadanı ABŞ ştatı adlandırdı
  • Dünən, 13:37
    Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
  • Dünən, 12:45
    Bakı Metropolitenində iş saatı uzadılacaq
  • Dünən, 12:27
    DİM sədri: "Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub"
  • Dünən, 11:59
    Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə