• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kimlər daha tez pensiyaya çıxa bilər?

Ölkə

Bu gün, 11:05
Kimlər daha tez pensiyaya çıxa bilər?

“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları haqqında”  Qanunla təsbit olunub”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-cu maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir:

“Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlil uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar, bu hüquqdan kişilər istifadə etdikdə isə atalar 60 yaşında pensiyaya çıxır.

Qanunun 9-cu maddəsinə güzəştli şərtlərlə pensiya hüququ qazanan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır”.

Deputat qeyd edib ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər:

“Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları var.

Bütün bunlarla yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni də aktuallaşdırır. Bu, tək qadınlar daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

13-03-2024, 16:42

Yeni qanun qadınların 5 il erkən pensiya hüququ ilə bağlı sui-istifadə hallarının qarşısını alacaq

Ölkə

19-04-2024, 13:29

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Ölkə

6-03-2024, 17:05

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

İqtisadiyyat

26-05-2025, 13:30

Kimlər daha tez pensiyaya çıxa bilərlər?

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə
Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın
Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
Kimlər daha tez pensiyaya çıxa bilər?
Kimlər daha tez pensiyaya çıxa bilər?
II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
Siyasət
“Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
4-07-2026, 11:05
“Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
“Çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı”
30-06-2026, 17:18
“Çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı”
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik
30-06-2026, 12:07
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı - Dəyişiklik
“Moskva və Bakı qəza ilə bağlı bütün məsələləri həll edib”​
29-06-2026, 16:29
“Moskva və Bakı qəza ilə bağlı bütün məsələləri həll edib”​
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
29-06-2026, 10:30
Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
Prezident Qalibafı qəbul etdi - Fotolar
24-06-2026, 17:37
Prezident Qalibafı qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 12:31
    Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın
  • Bu gün, 12:24
    Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
  • Bu gün, 11:05
    Kimlər daha tez pensiyaya çıxa bilər?
  • Bu gün, 11:00
    Kiyev raket və dronlarla vuruldu, 11 ölü
  • Bu gün, 10:20
    Böyük Britaniyada arıqlama həblərinin satışı başlayır
  • Bu gün, 10:16
    II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
  • Bu gün, 09:11
    Tramp və Zelenski Ankarada görüşəcək
  • Bu gün, 08:43
    Portuqaliya İspaniyaya qarşı - DÇ-nin mərkəzi görüşü
  • Dünən, 14:04
    İmişlidə zəlzələ oldu
  • Dünən, 13:28
    Bazar gününə plan qurun - 34° isti olacaq
  • Dünən, 13:04
    Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar
  • 4-07-2026, 11:05
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • 4-07-2026, 10:52
    Bu şəhərin bir hissəsində qaz olmayacaq
  • 4-07-2026, 10:00
    Tramp:"İranın mərhum Ali Lideri Əli Xameneinin vida mərasimi ilə əlaqədar İranla danışıqlara bir həftə fasilə verdik"
  • 4-07-2026, 09:24
    İsti havada çimərliyə hansı qidaları aparmaq olmaz? - Mütəxəssis xəbərdarlığı
  • 4-07-2026, 09:12
    65 minlik nadir tısbağaları aeroportdan keçirmək istədi - 5 ilədək həbs gözləyir
  • 4-07-2026, 09:00
    Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video
  • 4-07-2026, 08:18
    DÇ-də 1/8 final başlayır
  • 3-07-2026, 17:23
    Azərbaycanda leysan və sel gözlənilir - Xəbərdarlıq
  • 3-07-2026, 17:13
    Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
  • 3-07-2026, 16:45
    Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib
  • 3-07-2026, 16:36
    Stres və mənfi emosiyalar insan orqanizmini necə məhv edir? - Mütəxəssis məsləhəti
  • 3-07-2026, 15:35
    Qarpızın zəhərli olub-olmadığını necə yoxlaya bilərsiniz? - İki sadə su və yod testi
  • 3-07-2026, 15:30
    “Kəpəz”in yeni rəhbəri bəlli oldu
  • 3-07-2026, 14:50
    Azərbaycan nümayəndə heyəti İrandadır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə