• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Azərbaycan Polisi Günü qeyd olunub

Ölkə

2-07-2026, 16:53
Neftçalada Azərbaycan Polisi Günü qeyd olunub
2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. 
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis Şöbəsinin əməkdaşları, veteran polis işçiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbir iştirakçıları əvvəlcə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
 
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və Azərbaycan polisinin ölkədə sabitliyin, ictimai asayişin həmçinin vətəndaşların təhlükəsizliyinin qorunmasında müstəsna rol oynadığını vurğulayıb. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin polis orqanlarının formalaşması və inkişafındakı tarixi xidmətlərini xatırladaraq, bu ali diqqətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlət tərəfindən daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdıran natiq, eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhid polislərin əziz xatirəsini ehtiramla yad edib. Rayon rəhbəri asayiş keşikçilərinin cinayətkarlığa qarşı mübarizədə hər zaman sayıqlıq nümayiş etdirdiyini və yerli sakinlərin rəğbətini qazandığını qeyd edib. Çıxışının sonunda rayonun hüquq-mühafizə orqanlarına göstərdikləri fədakarlığa görə təşəkkür edərək, veteranlara və xidmətdə olan heyətə cansağlığı, dövlətçiliyimizin qorunması naminə çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
 
Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov şəxsi heyəti bayram münasibətilə təbrik edərək Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun təbrik məktubunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının inkişaf etdiyini, insanların hüquq və azadlıqlarının müdafiəsini peşəkarlıqla həyata keçirdiyini vurğulayaraq, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə icrası naminə səy və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini ifadə edib.
 
Tədbirdə çıxış edən digər natiqlər - Neftçala rayon prokuroru, ədliyyə müşaviri Zeynal Zeynalov, veteran polis işçisi, Neftçala rayon Polis şöbəsinin nəzdində fəaliyyət göstərən Veteranlar Şurasının sədri Sadiq Abbasov və şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara fədakar fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar. Natiqlər qeyd ediblər ki, dövlət qayğısı nəticəsində Azərbaycan polisi ölkədə qanunun aliliyinin, vətəndaşların təhlükəsizliyinin və daxili sabitliyin təmin edilməsində əsas dayaqlardandır. Çıxış edənlər ölkədə yaradılan sabitliyə və hüquq-mühafizə  orqanlarının əməkdaşlarına, eləcə də şəhid ailələrinə göstərilən ali diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
 
Tədbirdə “Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü” münasibətilə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə bir qrup polis əməkdaşına Neftçala Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub, Daxili İşlər Nazirliyinin və Rayon Polis Şöbəsinin rəhbərlikləri tərəfindən polis işçilərinin mükafatlandırılması barədə məlumatlar diqqətə çatdırılıb.
 
Tədbirin sonunda xatirə şəkili çəkilib.
1
1
1
1
1
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

2-07-2025, 17:07

Neftçalada Polis işçilərinin peşə bayramı qeyd olunub

Ölkə

2-07-2024, 13:47

Mirhəsən Seyidov polis işçilərini təltif etdi

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-06-2025, 22:18

Neftçalada Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub

Ölkə
Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
Siyasət
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
Bu gün, 15:53
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
Bu gün, 14:42
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
Bu gün, 14:03
Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 14:13
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
19-09-2026, 10:06
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Rəsmi Bakıdan Fransaya - Çağırış
18-09-2026, 17:26
Rəsmi Bakıdan Fransaya - Çağırış
Xəbər Lenti
  • Bu gün, 19:09
    Neftçala neft yatağının 100 illik yubileyi qeyd olunub
  • Bu gün, 17:23
    Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
  • Bu gün, 17:05
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Bu gün, 16:28
    Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
  • Bu gün, 16:00
    Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
  • Bu gün, 15:53
    IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
  • Bu gün, 15:48
    Sumqayıtda idmançıların tibbi müayinəsi artıq ödənişlidir – RƏSMİ AÇIQLAMA
  • Bu gün, 15:31
    Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı
  • Bu gün, 15:09
    “ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
  • Bu gün, 15:05
    “Gənclərimizin gələcəyi böyük təhlükə altındadır”
  • Bu gün, 14:42
    “Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
  • Bu gün, 14:03
    Tənqidlərdən sonra - Nazirlik təcili dəyişiklik etdi-Foto
  • Bu gün, 13:41
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimə edildi - Kosmetoloq qanunsuz işləyib
  • Bu gün, 12:44
    Əkinçilik ET İnstitutunda Beynəlxalq Sülh gününə həsr olunmuş tədbir keçirilib
  • Bu gün, 11:52
    Türkiyədə liseyə silahlı hücum
  • Bu gün, 11:44
    “Turan Tovuz” – “Fənərbaxça” matçının biletləri satışda
  • Bu gün, 11:15
    Havada tozun miqdarı normadan artıqdır
  • Bu gün, 10:42
    Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir
  • Bu gün, 10:27
    “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et
  • Bu gün, 10:18
    Bakıda 5 məktəb onlayn təhsilə keçdi
  • Bu gün, 09:21
    Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
  • Bu gün, 08:59
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 17:17
    Marketinq mütəxəssisi AZAL-ın işə qəbuluna irad bildirdi
  • Dünən, 16:42
    Azərbaycana buna görə gələnlər üçün viza prosedurları sadələşdirilir
  • Dünən, 16:06
    Lənkəranda döyülən 16 yaşlı oğlan öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə