• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Mirhəsən Seyidov polis işçilərini təltif etdi

Ölkə

2-07-2024, 13:47
Mirhəsən Seyidov polis işçilərini təltif etdi

Neftçala rayonunda 2 İyul- Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunub.

Tədbirdən öncə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının rəhbərləri, polis şöbəsinin kollektivi və veteran polis işçiləri tərəfindən Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların,  xidməti borcunu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan polisinin keçdiyi 106 illik şərəfli xidmət yolu, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. RİH-in başçısı bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən, təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktur və maddi texniki bazaya malik olan Daxili İşlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai Qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o, cümlədən işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunan nəticələr də məmnunluq doğurur.

RİH-in başçısı Daxili İşlər Nazirliyi əməkdaşlarının Vətən Müharibəsi və lokal antiterror əməliyyatları zamanı öz şücaətlərini bir daha nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşının, lokal antiterror əməliyyatları zamanı isə 13 əməkdaşının şəhid olmasını, 346 hərbi qulluqçu isə yaralanmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Bizlər əminik ki, öz peşə andına sadiq olan  və şərəfli polis adını həmişə uca tutan Azərbaycan Polisi bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, Dövlət Başçımızın etimadını doğruldacaqdır. RİH-in başçısı “Polis Günü” münasibətilə polis əməkdaşlarına ən xoş arzularını bildirib.

Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində və qarşıya qoyulan digər mühüm tapşırıqlarının vaxtında icra olunmasında polis əməkdaşlarının vicdanla və peşakarlıqla xidmət edəcəklərini bildirib.

Tədbirdə çıxış edən Neftçala Rayon Prokuroru Nəsif Nəcəfov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, Veteran polis işçisi Sadiq Abbasov, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova, Vətən müharibəsi veteranı, baş leytenant Yusif Abdullayev və digər natiqlər peşə bayramı münasibətilə polis əməkdaşlarını ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzu ediblər.

Tədbirdə “Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü” münasibətilə bir qrup polis əməkdaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olunublar.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

30-06-2023, 16:31

Neftçalada DİN əməkdaşları təltif edilib

Ölkə

17-06-2023, 10:50

Neftçalada tibb işçilərinə diqqət və qayğı göstərilir

Ölkə

21-06-2024, 18:38

Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olunub

Ölkə

29-03-2023, 09:35

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

Ölkə

12-05-2023, 15:13

Neftçalada Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib

Ölkə
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Xırdalan-Sumqayıt qatarları bərpa edilir
Xırdalan-Sumqayıt qatarları bərpa edilir
Zəncirvari qəzada 4 nəfər yaralandı - Fotolar
Zəncirvari qəzada 4 nəfər yaralandı - Fotolar
Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi
Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi
Siyasət
Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
Dünən, 13:08
Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
12-08-2026, 08:00
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
Daha üç ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
10-08-2026, 14:07
Daha üç ölkədəki səfirlərimiz geri çağırıldı - SƏRƏNCAM
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
10-08-2026, 13:45
Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən olundu
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
10-08-2026, 11:08
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 16:00
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Xəbər Lenti
  • Dünən, 17:41
    Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi
  • Dünən, 17:09
    Sabah güclü külək olacaq - Xəbərdarlıq
  • Dünən, 16:43
    Xırdalan-Sumqayıt qatarları bərpa edilir
  • Dünən, 15:30
    Zəncirvari qəzada 4 nəfər yaralandı - Fotolar
  • Dünən, 14:50
    Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi
  • Dünən, 14:22
    DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
  • Dünən, 13:25
    Sabah Bakıya yağış yağacaq
  • Dünən, 13:11
    Bu gün fəaliyyətə başlayan ekspres marşrutların ilk və son dayanacağı
  • Dünən, 12:13
    ABŞ-nin məşhur hərbi gəmisində dənizçilər intihar etmək istəyiblər? - Mərkəzi Komandanlıqdan açıqlama
  • Dünən, 11:22
    Kolleclərə qəbulun nəticələri elan olundu
  • Dünən, 10:52
    Yayda idman edənlərə - Xəbərdarlıq
  • Dünən, 09:55
    Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində - Fotolar
  • Dünən, 09:18
    Xankəndiyə növbəti köç - Fotolar
  • Dünən, 16:33
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  • Dünən, 14:34
    2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır
  • Dünən, 13:15
    Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ: DİQQƏTLİ OLUN!
  • Dünən, 13:08
    Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
  • Dünən, 12:48
    Orxan Rəhimov direktor təyin edildi
  • Dünən, 12:38
    Neftçalanın icra başçısı rayonun ucqar kəndində səyyar qəbul keçirib
  • Dünən, 12:16
    Metro üçün 4 ildə 290 yeni vaqon alınacaq
  • Dünən, 11:58
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Dünən, 11:12
    Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR! - TARİX AÇIQLANDI
  • Dünən, 10:47
    Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib
  • Dünən, 09:54
    Bu ilin ikinci yarısında daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək
  • Dünən, 09:51
    Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə