• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Ölkə

Bu gün, 16:53
Neftçalada Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

23 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən 23 İyun Dövlət Qulluqçularının Peşə bayramına həsr olunmuş "Dövlətə sədaqət, Xalqa xidmət" adlı tədbir keçirilib.
 
Tədbirdən öncə iştirakçılar tərəfindən Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, tər gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kənd İƏDN-ləri, dövlət qulluğunda çalışan rəhbər şəxslər və əməkdaşlar, veteran dövlət qulluqçuları və şəhid ailələri iştirak ediblər.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
 
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda müasir, çevik və şəffaf dövlət qulluğu sisteminin formalaşması həmçinin inkişafının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu ali siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirildiyini diqqətə çatdırıb.
 
Dövlət qulluqçularının hər birinin vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunmasında, dövlətçilik prinsiplərinin sarsılmaz şəkildə qorunmasında və qanunun aliliyinin təmin edilməsində üzərilərinə düşən tarixi məsuliyyəti dərindən dərk etməli olduqlarını xüsusi olaraq qeyd edib.Rayonun sosial-iqtisadi, mədəni inkişafında və idarəetmə orqanlarının səmərəli fəaliyyətində dövlət qulluqçularının göstərdiyi fədakar xidmətləri, peşəkarlığı yüksək qiymətləndirib.
 
Rayon rəhbəri onlara xalqa təmənnasız xidmət və dövlət maraqlarının müdafiəsi yolunda ali prinsiplərə sadiq qalaraq daim yüksək prinsipiallıq, obyektivlik həmçinin şəffaflıq nümayiş etdirməyi tövsiyə edib.Ölkədə aparılan genişmiqyaslı islahatlara toxunaraq, dövlət aparatında çalışan hər bir əməkdaşın bundan sonra da ölkəmizin hərtərəfli tərəqqisi, müasirləşməsi, regionların güclənməsi və dövlətimizin qüdrətinin daha da artırılması işinə öz layiqli töhfələrini verməyə davam edəcəklərinə əminliyini vurğulayıb.
 
Tədbirdə çıxış edən digər natiqlər - Neftçala Rayon Prokuroru, ədliyyə müşaviri Zeynal Zeynalov, Neftçala rayon məhkəməsinin hakimi Ləman Qasımzadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Neftçala Rayon Qeydiyyat şöbəsinin müdiri Tural Qafarlı, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Elşad Əzizov ölkəmizdə dövlət qulluqçularına, idarəetmə orqanlarında çalışan hər bir əməkdaşa göstərilən ali diqqət və qayğıdan bəhs ediblər. Natiqlər "Şəhərsalma və Memarlıq İli"ndə qeyd olunan bu peşə bayramın regionların sürətli inkişafı, müasir infrastrukturun qurulması və şəhərlərimizin yeni simasının formalaşması dövrünə təsadüf etdiyini vurğulayıblar. Çıxış edənlər respublikamızda hüquqi dövlət quruculuğu prosesinin uğurla idarə olunmasından, qanunvericilik və mədəniyyət sahələrində qazanılan uğurlardan söz açaraq, xidməti fəaliyyətlərində hər zaman qanunun aliliyini və vətəndaş məmnunluğunu rəhbər tutacaqlarını bəyan edib, yeni nəsil idarəçilərin formalaşması üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, dövlət qulluqçularının əməyinə verilən ali dəyərə görə ölkə rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
 
Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan maraqlı musiqili proqram ilə davam etdirilib.
 
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar.
 
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

23-06-2025, 22:18

Neftçalada Dövlət Qulluqçularının Peşə bayramı qeyd olunub

Ölkə

10-05-2026, 19:38

Neftçalada Ulu Öndər Heydər Əliyevin 103 illiyi qeyd olunub

Ölkə

21-06-2024, 18:38

Dövlət qulluqçularının Peşə Bayramı Neftçalada qeyd olunub

Ölkə
Neftçalada Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
Neftçalada Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
Motosiklet və moped qəzalarında ölənlərin sayı açıqlandı - 5 ayda
Motosiklet və moped qəzalarında ölənlərin sayı açıqlandı - 5 ayda
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Sabah intensiv yağış yağacaq
Sabah intensiv yağış yağacaq
Siyasət
Prezident onu təbrik etdi
Bu gün, 11:30
Prezident onu təbrik etdi
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib
Dünən, 17:10
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı - FOTO
Dünən, 11:07
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Bakıda qarşıladı - FOTO
Türkmənistan Prezidenti Azərbaycana gəldi - Fotolar
Dünən, 10:02
Türkmənistan Prezidenti Azərbaycana gəldi - Fotolar
İlham Əliyev qəbul keçirdi - Fotolar
18-06-2026, 14:00
İlham Əliyev qəbul keçirdi - Fotolar
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantısının açılış mərasimində çıxış edib - FOTO
18-06-2026, 10:13
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantısının açılış mərasimində çıxış edib - FOTO
Xəbər Lenti
  • Bu gün, 16:53
    Neftçalada Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
  • Bu gün, 15:10
    Motosiklet və moped qəzalarında ölənlərin sayı açıqlandı - 5 ayda
  • Bu gün, 14:08
    Rusiya Belarusun təhlükəsizliyi üçün zəruri tədbirlər görməyə hazırdır
  • Bu gün, 13:27
    Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
  • Bu gün, 13:03
    Sabah intensiv yağış yağacaq
  • Bu gün, 12:25
    Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü
  • Bu gün, 11:37
    Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
  • Bu gün, 11:30
    Prezident onu təbrik etdi
  • Bu gün, 11:20
    Əmək Məcəlləsində yeni tələb: Narkoloji müayinə ilə bağlı işəgötürənlərin diqqət etməli olduğu məqamlar
  • Bu gün, 10:51
    Qan təzyiqini aşağı salmağın qeyri-adi üsulu
  • Bu gün, 10:27
    Sumqayıtda ağır qəza: Xəsarət alanlar var
  • Bu gün, 09:40
    Avropada ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
  • Bu gün, 09:19
    Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
  • Bu gün, 08:49
    Fransa - İraq matçı 2 saatdan sonra yenidən başladı - Yenilənib - Fotolar
  • Dünən, 17:10
    Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar - Yenilənib
  • Dünən, 16:45
    Komitə rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
  • Dünən, 16:14
    Pezeşkian Pakistana gedir
  • Dünən, 15:37
    Çalxanqala kəndində “Ata Yurda Dönüş” mövzusunda görüş keçirilib
  • Dünən, 14:19
    İsveçrədə ABŞ və İran arasında ekspertlər səviyyəsində danışıqlar başlayır
  • Dünən, 14:01
    Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
  • Dünən, 13:42
    TBMM sədri Azərbaycana gəlir
  • Dünən, 13:19
    Bu çimərliklərdə çimmək qadağan edildi - Fotolar
  • Dünən, 13:00
    Sabah hava necə olacaq?
  • Dünən, 12:17
    Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır
  • Dünən, 11:12
    Yayda qəhvə içənlərə xəbərdarlıq: Ürəyiniz üçün təhlükəli ola bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə