• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda Müstəqillik Günüdür

Ölkə

28-05-2026, 08:20
Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

Liderxeber.az-ın məlumatına görə, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.

Cümhuriyyət qurucuları arasında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Əli bəy Hüseynzadə kimi tanınmış ictimai-siyasi xadimlərin adlarını misal çəkə bilərik.

Məhz bu isimlərin təşəbbüsü ilə Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra artıq beşinci dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

28-05-2024, 00:05

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Ölkə

28-05-2023, 12:45

Azərbaycanda Müstəqillik Günüdür

Ölkə
İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
Dizinə antibiotik iynəsi vuran şəxs öldü
Dizinə antibiotik iynəsi vuran şəxs öldü
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Siyasət
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
21-07-2026, 13:00
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
17-07-2026, 11:22
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
16-07-2026, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
16-07-2026, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
14-07-2026, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Xəbər Lenti
  • Bu gün, 16:00
    Qastroenteroloq qaz və köp yarada bilən gözlənilməz qidaları açıqlayıb
  • Bu gün, 15:46
    Panik atakdan ölmək mümkündürmü? - psixiatr izah etdi
  • Bu gün, 14:23
    Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti media nümayəndələri üçün tədbir təşkil edib
  • Bu gün, 13:59
    İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
  • Bu gün, 13:31
    Həddindən artıq tərləmə hansı xəstəliklərin əlaməti ola bilər? Professor açıqladı
  • Bu gün, 11:29
    Dizinə antibiotik iynəsi vuran şəxs öldü
  • Bu gün, 11:20
    Dərman qəbulunda edilən səhv
  • Bu gün, 09:00
    Badımcanı yayda çox yeyin
  • Dünən, 15:01
    Kompüter qarşısında çalışanların göz ağrısına çarə
  • Dünən, 14:21
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 13:35
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 12:17
    İnfarkt hansı halda öldürür? - Həkimdən məsləhətlər
  • Dünən, 10:14
    Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin
  • Dünən, 09:10
    Şirniyyat yeyəndə kökəlirsiniz?
  • 22-07-2026, 15:16
    Qarpızın oynaqlara və dəriyə gözlənilməz faydaları açıqlanıb
  • 22-07-2026, 14:18
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • 22-07-2026, 12:12
    Yağ yandırmaq üçün qidalanma qaydalar
  • 22-07-2026, 09:07
    ABŞ İrana yenidən zərbələr endirməyə başladı
  • 21-07-2026, 19:09
    Vaqif Əsədov jurnalistləri təbrik etdi
  • 21-07-2026, 16:15
    Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
  • 21-07-2026, 15:48
    Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
  • 21-07-2026, 14:48
    Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
  • 21-07-2026, 13:09
    Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
  • 21-07-2026, 13:00
    Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
  • 21-07-2026, 12:34
    Sabah 38° isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə