• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib

Ölkə

9-05-2026, 03:30
Memarlıqda yeni ekoloji yanaşmalar gündəmdə: DEEA-da "Yaşıl şəhərlər”ə dair müzakirə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2026-cı il tarixli 912 nömrəli Sərəncamı ilə elan edilmiş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində həyata keçirilib. Dinləməyə memarlar, şəhərsalma subyektlərinin nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, ekoloqlar, QHT və KİV iştirak edib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov çıxışında bildirib ki, müasir şəhərsalma siyasətində ekoloji tələblərin nəzərə alınması inkarolunmaz zərurətə çevrilib. Onun sözlərinə görə, şəhərsalma və memarlıq sahəsində qəbul olunan qərarlar gələcək nəsillər üçün sağlam və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasına xidmət etməlidir. M.Qənbərov qeyd edib ki, yaşıllıq sahələrinin qorunması, enerji səmərəliliyi və ekoloji standartların tətbiqi bu istiqamətdə əsas prioritetlərdən biridir. O vurğulayıb ki, Agentlik bu sahədə ictimai müzakirələrin və maarifləndirmə tədbirlərinin davam etdirilməsinə xüsusi önəm verir.

Tədbirdə şəhərsalma subyektlərinin ekoloji öhdəlikləri, memarların layihələndirmə mərhələsində riayət etməli olduqları normativlər - "Yaşıl şəhər" və "Yaşıl tikinti" standartlarına uyğunluğun təmin edilməsi məsələləri geniş müzakirə olunub. 

Agentliyin İdarə Heyətinin sədr müavini İman Quliyev vurğulayıb ki, ərazi planlaşdırılmasında yaşıl sahələrin artırılması, yaşıllıqların qorunması, müasir tullantı idarəçiliyi sistemlərinin tətbiqi və su qənaəti tədbirləri ən mühüm məsələlərdən biridir. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdirinin müavini Şahnaz Bədəlova sürətli urbanizasiya və əhali artımının şəhərlərdə ekoloji problemləri daha da aktuallaşdırmasından bəhs edib. Onun sözlərinə görə, Komitə tərəfindən baş planlarda Strateji Ekoloji Qiymətləndirmə (SEQ) layihələrinin hazırlanması şəhərlərin dayanıqlı inkişafı baxımından mühüm addımdır. Ş.Bədəlova əlavə edib ki, SEQ yanaşması hava keyfiyyəti, yaşıllıq sahələri, su ehtiyatları və iqlim riskləri kimi amillərin şəhərsalma sənədlərində nəzərə alınmasına imkan yaradır. Belə ki, Gəncə şəhərinin Baş Planı üzrə hazırlanmış SEQ layihəsi gələcəkdə digər şəhərlər üçün də nümunə rolunu oynaya bilər.

Memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev tikinti layihələrində enerji səmərəliliyi standartlarının tətbiqinin, bərpa olunan enerji mənbələrindən istifadənin və ekoloji sertifikatlı materialların seçilməsinin vacibliyini vurğulayıb. O, həmçinin dam yaşıllıqları və şaquli yaşıllıqların şəhərsalma layihələrinə inteqrasiyasının müasir memarlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Digər tərəfdən, təcrübəli memar bəzi şəhər ərazilərində binaların həddindən artıq yaxın tikilməsinin ciddi təhlükəsizlik riskləri yaratdığını bildirib. Onun sözlərinə görə, bu cür sıx tikinti yanğın zamanı yanğınsöndürmə texnikasının əraziyə operativ daxil olmasını çətinləşdirə bilər. Alim vurğulayıb ki, XXI əsr memarlığı “Şaquli şəhərsalma”, planlı və funksional inkişaf prinsiplərinə əsaslanmalıdır. Ümumilikdə qeyd olunub ki, müasir memarlıq yalnız estetik deyil, həm də təhlükəsizlik, infrastruktur və ekoloji dayanıqlılıq tələblərinə cavab verməlidir.

Əməkdar memar Ədalət Məmmədov isə qədim Azərbaycan şəhərsalma ənənələrində təbiətlə uyğunlaşma prinsiplərinin mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə İçərişəhər və Şuşada “Roza vetrov” (küləklərin istiqaməti, gücü və təkrarlanma tezliyi - külək rejimi) prinsipi nəzərə alınıb. Bu ekoloji-memarlıq prinsipinə görə, küçə və məhəllələr elə planlaşdırılıb ki, müvafiq olaraq, dənizdən və dağlardan gələn hava axınları şəhər daxilində təbii ventilyasiya yaradıb. Memar qeyd edib ki, bu yanaşma həm şəhərin ekoloji balansının qorunmasına, həm də sağlam yaşayış mühitinin formalaşmasına xidmət edib. Ə.Məmmədov vurğulayıb ki, müasir şəhərsalma praktikasında səmt küləkləri və mikroiqlim amillərinin daha ciddi nəzərə alınması dayanıqlı şəhər mühitinin formalaşdırılması üçün xüsusilə vacibdir.

Müstəqil ekoloq, “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri Fikrət Cəfərov çıxışında diqqəti Abşeron yarımadasında tikilən yeni yaşayış komplekslərində yağış sularının toplanması üçün xüsusi anbar və rezervuar sistemlərinin yaradılmasının vacibliyinə yönəldib. Onun sözlərinə görə, son intensiv yağışlar paytaxtda su idarəetməsi və infrastruktur sahəsində mövcud problemləri bir daha ortaya çıxarıb. F.Cəfərov qeyd edib ki, yağış sularının toplanaraq yaşıllıqların suvarılmasında istifadəsi həm su qənaəti, həm də ekoloji baxımdan səmərəli yanaşmadır. O vurğulayıb ki, “ağıllı su idarəetməsi” sistemlərinin tətbiqi Bakı şəhərində daha dayanıqlı və ekoloji şəhər mühitinin formalaşmasına töhfə verə bilər.

Müzakirələr zamanı Azərbaycan şəhərlərini, xüsusən Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrini daha sağlam, dayanıqlı və ekoloji cəhətdən tarazlı şəhər mühitinə çevirmək üçün beynəlxalq "yaşıl bina" standartlarının ölkə şəraitinə uyğunlaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb. İştirakçılar şəhərsalma qanunvericiliyinin müasirləşdirilməsi, peşəkar maarifləndirmə və normativ-hüquqi bazanın beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi istiqamətlərini prioritet kimi qiymətləndiriblər.

Dinləmənin nəticələri ümumiləşdirilərək müvafiq tövsiyə və təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.

Qeyd edək ki, Agentlik tərəfindən "Şəhərsalma və Memarlıq İli" boyunca bu istiqamətdə ictimai müzakirə və maarifləndirmə fəaliyyətləri davam etdiriləcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Bu gün, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Bu gün, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • 22-10-2026, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • 22-10-2026, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə