• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Mingəçevir anbarından Kürün aşağı axınına suyun buraxılması qərara alındı

Ölkə

27-04-2026, 11:01
Mingəçevir anbarından Kürün aşağı axınına suyun buraxılması qərara alındı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq aprelin 13-dən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kbm, 17 aprel tarixindən isə 700 kbm suyun buraxılması qərara alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artıb, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının subasma faktları qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.     

Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezidentin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 aprel 2026-cı il tarixində keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

Aprelin 24-dən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, subasma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir. Əhali tərəfindən ölkə rəhbərliyinə, eləcə də yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılmasında göstərilən köməkliyə və operativliyə görə aidiyyəti qurumlara minnətdarlıq bildirilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

4-08-2025, 17:29

Azərbaycanda tikinti proseduru sadələşdirildi

Ölkə

7-08-2024, 10:05

Şirin su israfı ilə mübarizə: Yağış sularından necə faydalanmaq olar?

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Siyasət

10-05-2025, 16:20

İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB

Ölkə
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Dünən, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • Dünən, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • Dünən, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • Dünən, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Dünən, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Dünən, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Dünən, 09:43
    Sürücülərin nəzərinə!
  • Dünən, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Dünən, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • 22-10-2026, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • 22-10-2026, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə