“Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması Avropa İttifaqı (Aİ) üçün son dərəcə vacibdir”.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər nazirlərinin görüşündən əvvəl söyləyib.
Gündəlikdə duran məsələlər haqqında danışarkən Kallas görüş zamanı Aİ-nin Ermənistanda yeni missiyasının, həmçinin regionda nizamlanma prosesinin daha da inkişaf etdirilməsinin müzakirə olunacağını deyib.