• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu hal cinayət hesab ediləcək

Ölkə

21-04-2026, 13:52
Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında (hazırda bu cərimə 9000 manatdan 13 min manatadəkdir) cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Mövcud qanunvericiliyə görə, eyni əməllər külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.

Yuxarıda “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulacaq.

Yuxarıda “xeyli miqdar” dedikdə 50 min manatdan 250 min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

19-12-2025, 13:55

Azərbaycanda bəzi cərimələr sərtləşdirilir

İqtisadiyyat

10-04-2026, 12:14

“Cərimə məbləğlərinin minimum hədləri müəyyən edilsin”

Ölkə

5-12-2025, 11:28

Azərbaycanda cəzalardan biri sərtləşdirilir: Səkkiz ilədək həbs edilə bilərsiniz

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

19-05-2025, 15:38

Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza verilə bilər?

Ölkə
Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
Yol polisindən sürücülərə - Müraciət
Yol polisindən sürücülərə - Müraciət
Siyasət
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Bu gün, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Bu gün, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Prezident onları təltif etdi - Siyahı
19-10-2026, 14:44
Prezident onları təltif etdi - Siyahı
Bakı Bəyannaməsi qəbul edildi
15-10-2026, 16:34
Bakı Bəyannaməsi qəbul edildi
Xəbər Lenti
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
  • Dünən, 14:00
    Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
  • Dünən, 13:40
    Sabah hava necə olacaq?
  • Dünən, 13:37
    105 sakin üçün kiçik təsərrüfatlar qurulub - Fotolar
  • Dünən, 13:33
    İsrail oktyabrın əvvəli İrana zərbə vuracaqmış - KİV
  • Dünən, 12:05
    XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı - Fotolar
  • Dünən, 11:43
    Yol polisindən sürücülərə - Müraciət
  • Dünən, 11:15
    Ordubada qar yağdı
  • Dünən, 11:10
    “Real” “Leyptsiq”ə, “Qalatasaray” “Lill”ə qarşı
  • Dünən, 10:32
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Dünən, 09:56
    Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
  • Dünən, 09:14
    Buzovnada mənzildə yanğın
  • Dünən, 09:00
    “Zənginləşdirilmiş uranın bir qramı da ölkədən çıxarılmayacaq”
  • Dünən, 20:15
    Azərbaycanlı hakim Hüseyn Hüseynov Moskvada beynəlxalq güləş turnirində iştirak edib
  • Dünən, 17:43
    3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 17:41
    “Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
  • Dünən, 17:37
    “INFINITI “QX80”: Yapon dəbdəbəsinin yeni zirvəsi”
  • Dünən, 16:47
    Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
  • Dünən, 16:18
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:05
    Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
  • Dünən, 15:15
    Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
  • Dünən, 15:00
    Qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 14:53
    Azərbaycan klubu səfərə gedə bilmədi - Avrokubok matçı təxirə salındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə