• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Milli Qəhrəman Samid İmanovun əziz xatirəsi anılıb

Ölkə

9-04-2026, 18:15
Neftçalada Milli Qəhrəman Samid İmanovun əziz xatirəsi anılıb
Neftçala rayonunda 2016-cı ilin Aprel ayında şəhid olan Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun 45 illik yubileyi və 10 illik anım günü qeyd olunub.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin üzvləri Milli Qəhrəman Samid İmanovun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarını ehtiramla yad ediblər.
 
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə şəhid Milli Qəhrəman Samid İmanovun şəxsi əşyalarından və eksponatlardan ibarət sərgiyə baxış keçirilib, onun şərəfli ömrü və döyüş yolu ilə bağlı məlumat verilib. 
 
Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərb tarixində mühüm mərhələ olmaqla yanaşı böyük Zəfərə aparan yolun başlanğıcı olub. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək mühüm strateji mövqeləri azad etdi. Aprel döyüşləri zamanı Talış kəndi ətrafındakı yüksəkliklər, Lələ təpə yüksəkliyi və digər istiqamətlərdə yerləşən vacib yollar düşməndən azad olunub, bununla da Azərbaycan Ordusunun gücü və döyüş ruhu bir daha təsdiqləndi. RİH-in başçısı qeyd edib ki, bu uğurların məntiqi davamı olaraq baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının parlaq Qələbəsi ilə başa çatdı. Bu tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və şəhidlərimizin qanı yerdə
qalmadı.
 
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Milli Qəhrəman Samid İmanovun anası Xuraman İmanova,  Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Xüsusi Dövlət Mühafizə Xidmətinin “A” Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovniki Hikmət Ağayev, “Kür-Xəzər” Xeyriyyə İB-nin sədri Akif Kərimov, AYB-nin ədəbi işçisi, şairə Güləmail Murad, “Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman Samid İmanovun döyüşçü yoldaşları Mərdan Musayev, Nizami Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü, "Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə" sədri Emin Həsənli Samid İmanovun Vətənə sonsuz sədaqəti, peşəkarlığı və yüksək mənəvi keyfiyyətləri ilə hər zaman seçilən hərbçilərdən biri olmasını, xidmət etdiyi müddətdə üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirdiyini, döyüş yoldaşları arasında böyük hörmət və nüfuz qazandığı bildiriblər. Xüsusilə vurğulanıb ki, 2016-cı ilin aprel döyüşləri zamanı göstərdiyi igidlik, qətiyyət və fədakarlıq onun adını Azərbaycan hərb tarixində qəhrəmanlıq nümunəsi kimi əbədiləşdirib və gənc nəslə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
 
Şəhid İmanov Samid Gülağa oğlu 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. 2016-cı il aprel ayının 3-dən 4-ə keçən gecə təmas xəttində başlanan döyüşlər zamanı döyüşlərdə şücaət göstərib və qəhrəmancasına şəhid olub. Aprelin 09-da Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 
Mayor Samid İmanov xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qələbə günü münasibəti ilə baş tutan hərbi parada qatıldığı görə" medalı və “Qızıl Ulduz” medalları ilə təltif olunub.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19.04.2016-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Samid İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 
Tədbirin sonunda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan Milli Qəhrəman Samid İmanovun əziz xatirəsinə həsr olunan musiqili-bədii kompozisiya təqdim edilib.
1
1
1
1
1
1
1
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

1-10-2024, 16:21

Onlar komitələrə üzv seçildi - Tam siyahı

Ölkə

24-06-2024, 15:11

Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı

Ölkə

21-06-2025, 15:37

Prezident onları təltif etdi - Siyahı

Ölkə
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Bu gün, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Bu gün, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Bu gün, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Bu gün, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Bu gün, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Bu gün, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Bu gün, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Bu gün, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Bu gün, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Bu gün, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Bu gün, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Bu gün, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Bu gün, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Bu gün, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Bu gün, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Bu gün, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Bu gün, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə