• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı

Ölkə

31-03-2026, 18:19
Neftçalada 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anıldı
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar  Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbində  “Mart qırğınları xalqımızın qan yaddaşıdır” adlı məlumatlandırma tədbiri keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
 
Tədbirdən əvvəl Bankə qəsəbəsi ərazisində yerləşən Seyidlər qəbirstanlığında 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək dualar oxunub.
Daha sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə hazırlanmış 31 Mart soyqırımına həsr olunan rəsm və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.
 
Tədbir zamanı ilk olaraq Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və  Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə çıxış edənlər- tarixçi-araşdırmaçı Firdovsi Tağıyev, tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil işçisi Rövşən Həsənov, Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Gülxanım Abdulhüseynova 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq bildiriblər ki, həmin dövrdə minlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, xalqımızın tarixi-mədəni irsinə ciddi ziyan vurulub. Neftçala rayonu da bu faciələrdən ciddi zərər çəkmiş ərazilərdən biri olub. Qeyd olunub ki, bu qanlı hadisələr uzun illər ərzində lazımi siyasi-hüquqi qiymətini almasa da, müstəqillik dövründə tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atılıb.
 
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilməsi bu faciələrə dövlət səviyyəsində verilmiş ilk siyasi qiymət baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, bu uzaqgörən siyasət nəticəsində xalqımızın başına gətirilən müsibətlərin araşdırılması, arxiv materiallarının üzə çıxarılması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim olunması istiqamətində sistemli iş aparılmağa başlanıb. Çıxışlarda eyni zamanda qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində ölkəmizin tarixi həqiqətləri beynəlxalq platformalarda daha geniş şəkildə təbliğ olunur və soyqırım faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri  böyükdür. 
 
Tədbir çərçivəsində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı tarixi faktları və hadisələri əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara həmin dövrün acı nəticələri barədə ətraflı məlumatlar təqdim olunub.
1
1
1
1
1
1
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

17-07-2024, 14:47

YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı

Ölkə
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Dünən, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Dünən, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dünən, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Dünən, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Dünən, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Dünən, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Dünən, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Dünən, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Dünən, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə