Əncir yığan Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb.
LiderXəbər xəbər verir ki, hadisə şəhərin M.Əliyev küçəsində qeydə alınıb.
1964-cü il təvəllüdlü Gülbənd Nəbiyeva Güləndam qızı ağacdan əncir yığarkən elektrik cərəyanı onu vurub.
O, hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.