• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

5-02-2026, 15:08
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Qaraqaşlı kəndinin sakinləri ilə keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Prezident İlham Əliyevin dövlət gənclər siyasəti etibarlı gələcəyimizin qarantıdır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından biridir. Gənclərin hərtərəfli inkişafı, onların intellektual, mənəvi və fiziki potensialının üzə çıxarılması dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilmişdir. Bu siyasət gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər və rəqabətqabiliyyətli kadrların formalaşmasına xidmət edir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti Azərbaycanın etibarlı, güclü və dayanıqlı gələcəyinin əsas təminatçısıdır. Bu siyasətin möhkəm ideoloji və strateji əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb, gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edərək onların hərtərəfli inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Bu gün Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək gənclərin təhsilinin, elmi potensialının və peşəkar hazırlığının gücləndirilməsinə, onların vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq və rəqabətqabiliyyətli kadrlar kimi yetişməsinə xüsusi önəm verir. Gənclər üçün yaradılan geniş imkanlar, həyata keçirilən dövlət proqramları və islahatlar onların cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin edir.
RİH-in başçısı qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial, mədəni və humanitar layihələr gənclərin mənəvi-əxlaqi tərbiyəsinin möhkəmləndirilməsində, milli dəyərlərə bağlı şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bütün bunlar göstərir ki, Prezident cənab İlham Əliyevin dövlət gənclər siyasəti müstəqil Azərbaycanın parlaq gələcəyinin etibarlı qarantıdır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənd qadınlarına aktivlərin verilməsində gecikmələrin olmasını, əkin torpaq sahəsinin müəyyən edilməsinə köməklik göstərilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

  

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

8-01-2026, 17:36

Neftçalanın icra başçısı 2026-cı il üçün ilk səyyar görüşünü keçirib

Ölkə

14-08-2025, 13:33

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə
Bu qədər uşaq nikahdankənar doğulub
Bu qədər uşaq nikahdankənar doğulub
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Bu atları saxlayanlara 1000 manat veriləcək
Bu atları saxlayanlara 1000 manat veriləcək
Türkiyə yelkənçiləri Bakıda - Fotolar
Türkiyə yelkənçiləri Bakıda - Fotolar
Siyasət
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Bu gün, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident Qaradağda açılışda - Fotolar
Bu gün, 11:56
Prezident Qaradağda açılışda - Fotolar
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
4-09-2026, 15:09
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Xəbər Lenti
  • Bu gün, 17:46
    Bu qədər uşaq nikahdankənar doğulub
  • Bu gün, 17:17
    Putin Hindistana gedir
  • Bu gün, 16:50
    BƏƏ ilə diplomatik əlaqələri kəsdilər
  • Bu gün, 15:46
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Bu gün, 15:29
    Bu atları saxlayanlara 1000 manat veriləcək
  • Bu gün, 15:12
    Türkiyə yelkənçiləri Bakıda - Fotolar
  • Bu gün, 14:39
    Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
  • Bu gün, 13:31
    “Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə qarşı
  • Bu gün, 12:56
    Həmin “zipline”da avqustda da ciddi problem olubmuş
  • Bu gün, 12:34
    Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
  • Bu gün, 11:56
    Prezident Qaradağda açılışda - Fotolar
  • Bu gün, 10:56
    Lamin Yamal “Barselona”nın tarixinə düşdü
  • Bu gün, 10:45
    Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
  • Bu gün, 09:39
    “Sabah” “Mançester Yunayted”ə qarşı
  • Bu gün, 09:36
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • Bu gün, 09:05
    25 ailə doğma yurduna qayıdır - Fotolar
  • Dünən, 17:38
    Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
  • Dünən, 16:55
    “FHN bu kimi qurğulara nəzarət etmir” - Açıqlama
  • Dünən, 16:32
    Azərbaycanla Qazaxıstan Xəzərdə sərnişin daşımalarını bərpa edir?
  • Dünən, 15:34
    Batumidən uçan təyyarə Rizedə dənizə düşdü
  • Dünən, 13:17
    MDB-nin daha bir sazişindən çıxdılar
  • Dünən, 12:36
    Sabah Bakıya yağış yağacaq
  • Dünən, 12:19
    İsrail Britaniya konsulluğunu bağlayır
  • Dünən, 11:19
    Məşhur çinli bloqerin faciəli sonu: Yağlı və duzlu qida, yuxusuzluq - FOTO
  • Dünən, 10:15
    Xərçəngin gözardı edilən simptomları - Mütəxəssis əhəmiyyətsiz görünən əlamətlərlə bağlı xəbərdarlıq etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə