• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Qalib Azərbaycan gəncliyi!

Ölkə

2-02-2026, 10:28
Qalib Azərbaycan gəncliyi!

Gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti müstəqil Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır.

Məhz Ulu Öndərin 1997-ci il fevral ayının 2-də imzaladığı Fərmana əsasən, hər il bu tarix Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. 1969-cu ildə Ulu Öndər Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra gələcək, bu günkü müasir Dövlətimiz haqqında düşünmüş, yüksək intellektli, savadlı vətəndaşların yetişməsi, ixtisaslı zabit kadrlarının hazırlanması üçün böyük əhəmiyyətli işlər görmüşdür. 1970-1980-ci illərdə on minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi və nəticədə yüksək ixtisaslı 15 minə yaxın kadr ordusunun yaradılmasına nail olunmuşdur. 1972-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbaycan milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər göstərmiş, hər il məktəbin minə yaxın müdavimi bilik və bacarıqlarını artırmaq üçün Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə göndərilmişdir.

Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda xalqın böyük təkidi və istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra gənclərin problemlərinin həllini ən vacib dövlət məsələləri ilə bir sırada prioritet vəzifə kimi qarşıya qoydu. Onun Sovetlər dönəmində yetişdirdiyi kadr potensialı artıq müstəqil Azərbaycana rəhbərliyi dövrdə dövlətin idarə edilməsində aparıcı qüvvəyə çevrilmişdi. Həm qürurverici, həm də sevindirici haldır ki, dövlətin gənclər siyasəti bu gün Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Dövlət Proqramları təsdiq etmiş, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirmişdir. 2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi Ölkə Prezidenti tərəfindən gəncərə verilən böyük önəmin bariz nümunəsi idi. Bəli, bu gün  də ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Ölkəmizdə həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir.

Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakı təmin edilib. Bundan əlavə qeyd etməliyik ki, hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsasında idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Cənab İlham Əliyevin ciddi islahatları nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən Müharibəsi oldu. Şanlı Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda qəhrəmanlıqla vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

Müzəffər Ali Baş Komandanımızın ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan gəncliyi göstərdikləri rəşadət sayəsində Ölkəmiz düşmən üzərində Şanlı Zəfər qazanaraq yurdumuzun ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyev: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” deyərək gəncliyimizin dəyərini, qiymətini vermişdir. İnanırıq ki, qürurlu gəncliyimiz Ölkəmizin gələcək inkişafının təmin olunmasında, azad edilən torpaqlarımızda görülən yenidənqurma işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində iştirak etməklə daha böyük uğurlara nail olacaqdır. 

Xuraman İmanova;
Neftçala rayonu, Şəhid anası

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

2-02-2023, 00:27

Bu gün Azərbaycanda Gənclər Günüdür

Ölkə

2-02-2025, 09:00

Azərbaycanda Gənclər Günüdür

Ölkə

15-06-2024, 09:16

Qurtuluşdan inkişafa gedən yol

Ölkə
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Siyasət
Yeni Ombudsman seçiləcək
Bu gün, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Bu gün, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Dünən, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Xəbər Lenti
  • Bu gün, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Bu gün, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Bu gün, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Bu gün, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Bu gün, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Bu gün, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Bu gün, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Bu gün, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Bu gün, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
  • Bu gün, 09:19
    Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
  • Bu gün, 09:00
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə