• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Boş gəzən taksilər, dolan küçələr - Sürətli azalma niyə vacibdir?

Ölkə

22-12-2025, 16:52
Boş gəzən taksilər, dolan küçələr - Sürətli azalma niyə vacibdir?

Bakıda hamı eyni mənzərəni görür: səhər işə gedənlər, axşam evə qayıdanlar saatlarla tıxacda qalır, əsəblər gərilir, yorğunluq və gecikmələr isə artıq adi hala çevrilib.

Tıxacların çoxluğu ictimai nəqliyyatın hərəkətini çətinləşdirir və insanları taksilərə yönləndirir. Biz bəzən həll yolunu da “daha çox taksi olsun, hamı rahat gəzin” kimi təsəvvür edirik. Amma yeni müstəqil tədqiqat göstərir ki, Bakının problemi taksi azlığı deyil, əksinə, həddindən artıq çox olan taksilərdir. 

“Şəhər mobilliyi və Bakının taksi parkının optimallaşdırılması” adlı müstəqil hesabatın rəqəmlərinə diqqətlə baxanda reallıq daha aydın görünür.

Bakıda hər 10 000 nəfərə təxminən 110 taksi düşür; halbuki inkişaf etmiş şəhərlərdə bu göstərici adətən 10–30 arasındadır. Yəni Bakı, öz ölçüsündə olan bir çox beynəlxalq şəhərlə müqayisədə 5–7 dəfə artıq taksi ilə yüklənib. Bu, bir tərəfdən “çox seçim” kimi görünə bilər, amma əslində şəhərin yol şəbəkəsini boğan və hərəkəti ləngidən bir modeldir. 

Yollar limitsiz deyil - biz isə onları boş maşınlarla doldururuq

Hesabatın müəllifləri bir həqiqəti xatırladır: böyük şəhərlərin yolları limitsiz resurs deyil. Bakıda bu resursdan istifadə forması indiki halda qənaətbəxş sayıla bilməz. Yollarda hərəkət edən çoxlu sayda taksi, əslində, eyni tələbi qarşılamağa çalışan həddən artıq təklif deməkdir. Müştəri az, maşın çox olanda sürücülər mərkəzi küçələrdə müştəri dalınca boş gediş edir, hər yeni sifariş üçün kilometrlərlə əlavə yol qət edilir. Yol şəbəkəsi bu “boş kilometr”lərlə dolur, amma sərnişin sayı, ödənişli gedişlərin sayı bundan artmır. 

Bu səbəbdən tədqiqat taksi çoxluğunu bir-biri ilə bağlı zəncirvari problemlərə səbəb kimi qeyd edir. Pik saatlarda taksilər mərkəzi küçələrdə yığılır, sıxlıq artır, sərnişin düşürüb-mindirərkən ictimai nəqliyyat və digər nəqliyyat vasitələrinin hərəkət zolaqları kəsilir, avtobus zolaqlarına girməmək üçün ikinci zolaqda dayanma nəticəsində ümumi axın yavaşıyır. Tələbə nisbətdə təklif həddindən artıq çox olanda qiymətlər aşağı düşür, maşın başına düşən orta ödənişli gediş sayı azalır, sürücülər kifayət qədər gəlir əldə etmək üçün gün ərzində 12–14 saat sükan arxasında qalmalı olurlar. Bu isə həm sağlamlıq, həm də yol təhlükəsizliyi baxımından ciddi risklər yaradır. 

Taksilər bizi avtobusdan, piyada gəzintidən və mikromobillikdən uzaqlaşdırır

Bakıda çoxları ümid edir ki, taksilər şəxsi avtomobilin alternatividir. Amma beynəlxalq araşdırmalar, o cümlədən Kaliforniya Davis Universitetinin tədqiqatı göstərir ki, bu belə deyil -  taksilər fərdi avtomobilləri yox, adətən ictimai nəqliyyatı, piyadalı gedişi və velosiped, skuter kimi mikromobillik vasitələrini əvəz edir. Nəticədə daha çox adam avtobusdan imtina edib taksiyə keçir, taksi sayı daha da artır, bu da öz növbəsində yollarda sıxlığı daha da çoxaldır və qapalı bir dairə yaranır. 

Burada vacib məqam da odur ki, taksi digər nəqliyyat vasitələri kimi yalnız A nöqtəsindən B-yə gedib vaxtının çoxunu dayanacaqda keçirmir. O, gün ərzində dayanmadan sərnişin dalınca müxtəlif küçələrdə dolanır, yəni davamlı hərəkətdə qalır. Beynəlxalq araşdırmalara əsasən, bir taksi maşını yol şəbəkəsinə 4–5 fərdi maşın qədər yük gətirə bilər. Başqa sözlə, yollarda həddindən artlq çox taksi olanda tıxac, əlavə hava çirklənməsi, səs-küy və təhlükə yaranır. 

Sıxlığın artması ictimai nəqliyyatın sürətini də aşağı salır. Avtobuslar tıxacda ilişib qaldıqca insanlar daha da çox taksiyə yönəlir, taksilərin sayı daha da artır, nəticədə yollarda sıxlıq daha da dərinləşir. Bu qapalı düngüdən çıxışın ən sürətli yolu, tədqiqatın da vurğuladığı kimi, artıq taksilərin yoldan çıxarılması və hərəkət, xüsusən avtobus zolaqları ilə bağlı qaydaların sərt tətbiqidir.

Konservativ hesablamalara görə, bu addımlardan sonra yerüstü nəqliyyatın orta hərəkət sürətində 10 faizə qədər artım mümkündür.  10 faiz bəzən bizə az görünə bilər, amma Bakının ölçüsündə bir şəhərdə on minlərlə insanın hər gün 15-20 dəqiqə vaxt udması deməkdir.

Daha az, amma daha yaxşı işləyən taksi mümkündür

Bu gün Bakıda hər kəs bilir ki, bir çox taksi sürücüsü “günü çıxarmaq üçün” normadan artıq saat işləyir. Təklif həddən çox olduğu üçün gediş qiymətləri süni şəkildə aşağı düşür, maşın başına düşən real sifariş sayı azalır. Sürücü borc, lizinq, yanacaq və gündəlik xərcləri ödəmək üçün 12–14 saat işləməyə məcbur qalanda nə xidmətin keyfiyyətindən, nə təhlükəsizlikdən, nə də sağlamlıqdan danışmaq olur.

Taksi sayının optimallaşdırılması, əslində, bu mənzərəni dəyişmək üçün şansdır. Daha az, amma daha yaxşı işləyən taksi o deməkdir ki, hər bir maşın daha çox real sifariş daşıyır, saatlıq gəlir artır, sürücü əmək qanunvericiliyinə uyğun normal iş rejimində işləyə bilir. 

25 minlik limit – başlanğıcdır, hədəf deyil

13 oktyabr 2025-ci il tarixli qərarla taksi lisenziyalarının sayının 25 000-lə məhdudlaşdırılması problemin həlli istiqmətində düşünülmüş strategiyanın ilk işarəsidir. Hesabat bu qərarı “idarə olunmayan genişlənmədən idarə olunan təklif modelinə keçid üçün dönüş nöqtəsi” adlandırır. Lakin eyni sənəddə ilin sonunadək yeni lisenziyaların verilməsinin davam etməsi əlavə artım riski kimi qeyd olunur və bu limitin daha sürətli, ardıcıl şəkildə tətbiqinin vacibliyi vurğulanır. 

Başqa sözlə bu qərarı sürətli və prinsipal şəkildə həyata keçirmək lazımdır. Əks halda bir neçə il sonra yenidən “limit” sözünü müzakirə edəcək, amma yenə eyni tıxaclarda ilişib qalacağıq.

Burada məsələ kimin işini əlindən almaqda deyil. Yaxşı idarə olunan keçid dövrü planlaşdırmaq mümkündür. Ən köhnə, texniki cəhətdən yararsız və ekoloji standartlara cavab verməyən maşınlardan başlayaraq lisenziyaların mərhələli şəkildə geri alınması, sürücülərin bir hissəsinə ictimai nəqliyyatda və ya digər sahələrdə iş imkanı verilməsi kimi həllər tətbiq edilə bilər. 

Hesabatın tam mətni ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz: https://capitalist.az/seher-mobilliyi-ve-bakinin-taksi-parkinin-optimallasdirilmasi-movzusunda-hesabat/f4mNKAWzaS2WiZhk83qUkC6B/f93e0e738aca6c25d5c93092d632ba76

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

6-01-2025, 17:53

Qrip əlamətlərini paylaşan metapnevmovirus: Hədəfdə uşaqlar var

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Cəmiyyət

11-02-2025, 13:07

"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO

Ölkə
Temperatur 10° enəcək - Xəbərdarlıq
Temperatur 10° enəcək - Xəbərdarlıq
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
Siyasət
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Bu gün, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Dünən, 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Dünən, 15:25
Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Dünən, 12:50
Ombudsman haqqında qanuna dəyişiklik edilir
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Dünən, 12:30
Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Payız sessiyası başladı
Dünən, 11:52
Payız sessiyası başladı
Xəbər Lenti
  • Bu gün, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Bu gün, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Bu gün, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Bu gün, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Bu gün, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
  • Bu gün, 14:19
    “Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı
  • Bu gün, 14:00
    Sabah leysan yağacaq - 02.10.2026
  • Bu gün, 13:49
    Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır
  • Bu gün, 13:00
    Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür
  • Bu gün, 11:56
    Beynəlxalq turnirin ikinci günündə komandamız 7 medal qazandı - Fotolar
  • Bu gün, 11:19
    “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
  • Bu gün, 10:24
    Prezidentdən AQEM Media Forumunun iştirakçılarına müraciət
  • Bu gün, 10:17
    İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
  • Bu gün, 09:20
    Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
  • Bu gün, 09:00
    ABŞ-nin enerji layihələrinə 200 milyard yatıracaqla
  • Bu gün, 08:41
    Zığ şosesində yük maşını aşdı - Yenilənib
  • Dünən, 17:48
    Kərim Vəliyev iranlı generalla görüşdü - Foto
  • Dünən, 16:44
    Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
  • Dünən, 16:30
    20 min manatlıq limitlə bağlı yenidən dəyişiklik ediləcək - Yenilənib
  • Dünən, 15:25
    Azərbaycan və Gürcüstan Ali məhkəmələri arasında Memorandum imzalandı - Fotolar
  • Dünən, 13:47
    Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək
  • Dünən, 13:36
    Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir
  • Dünən, 12:50
    Ombudsman haqqında qanuna dəyişiklik edilir
  • Dünən, 12:45
    Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
  • Dünən, 12:30
    Həmin qanun layihəsi müzakirəyə çıxarıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə