• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Yeni Azərbaycan Partiyası ölkədə gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir

Ölkə

21-11-2025, 15:47
Yeni Azərbaycan Partiyası ölkədə gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir

Ümumxalq partiyası olaraq ətrafında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası artıq 33 ildir ki, dövlətçiliyimizin xidmətindədir. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə yaranan YAP onun siyasi ideologiyasını, əbədiyaşar azərbaycançılıq ideyasını təcəssüm etdirir.

Yarandığı gündən bəri müstəqilliyimizin qorunub saxlanılmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, ictimai-siyasi proseslərin doğru istiqamətləndirilməsində, müstəqil dövlətin mmilli ideologiyasının formalaşdırılması və təbliğində ətrafında sız birləşdiyimiz partiyamız böyük rol oynayır. Ötən əsrin sonlarına nəzər saldıqda görərik ki, həmin dövr müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün heç də asan, rahat dövr olmadı. Zaman göstərdi ki, belə bir çətin məqamdan yalnız güclü Liderin rəhbərliyi ilə xilas olmaq mümkündür.

Müdrik siyasətçi Ümummilli Lider Heydər Əliyev hələ o dövrdə böyük uzagörənliklə yeni Azərbaycanın quruculuğunda həlledici qüvvəyə malik  vahid bir ideologiyanın, ona xidmət edən, xalqın maraqlarını təmsil etməklə ümummilli problemlərin həllini həyata keçirə bilən təşkilatın olmasını önəmli hesab edirdi. Çünki çox ağır tarixi proseslərin getdiyi həmin dönəmlərdə xalqımız ağır sınaqlarla üz-üzə qalmış, xarici qüvvələrin məkrli siyasəti nəticəsində vətənimizin bölünmə təhlükəsi yaranmışdı. Yeni Azərbaycan Partiyası məhz belə bir mürəkkəb və çətin şəraitdə, 1992-ci il noyabr ayının 21-də təsis edildi. Ümummilli Lider həmin dövrü dəyərləndirərək demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”. 550 nəfərin iştirakı ilə keçirilən həmin tarixi konfransda ölkənin gələcək taleyi həll olunurdu. İştirakçıların hər biri xalqın minlərlə nümayəndəsini təmsil edirdi. Xalq ölkənin xilasını Heydər Əliyevsiz təsəvvür etmirdi. Bunu nəzərə alaraq nümayəndələr yekdilliklə Yeni Azərbaycan Partiyasına sədr Heydər Əliyevi seçdilər.

Xalq ona böyük ümidlər bəsləyir və inanırdı. Çox qısa müddətdə Ulu Öndərin rəhbərliyi ilə YAP təşkilatlanmağa başladı. O vaxt YAP dövlətin hakim partiyasına müxalif partiya olaraq fəaliyyət göstərirdi. Çox keçmədi ki, xalqın təkidi və dəstəyi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və YAP dövlətin aparıcı, hakim partiyasına çevrildi. Doğma partiyamız bundan sonra Ümumilli Liderin rəhbərliyi ilə fəaliyyətini davam etdirərək ölkənin gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirməyə başladı.  Sürətlə gedən bu proseslər xalqın Heydər Əliyevə olan böyük inamının ifadəsi, onun rəhbərlik etdiyi partiyaya güvəncinin, etibarı və dəstəyinin bariz nümunəsi idi. Yarandığı vaxtdan bu günə qədər xalqımızın tarixində çox mühüm məqamlara, önəmli proseslərə şahidlik edən YAP çox böyük, olduqca çətin və şərəfli yol keçmişdir. Göründüyü kimi YAP Azərbaycanın üzləşdiyi çətin dönəmdə, vatənin taleyini düşünən vətənpərvər ziyalılarımızın təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Vaxtilə YAP-ın ilk yaradıcıları ölkənin gələcəyini, müstəqilliyinin qorunmasını və Azərbaycanın inkişafını doğru olaraq xalqın sınanmış Lideri və peşəkar siyasətçisi Heydər Əliyevin simasında görür və bu məsuliyyətin öhdəsindən yalnız o dahi Şəxsiyyətin gələ biləcəyinə, Azərbaycanın inkişaf yolunun məhz onun tərəfindən uğurla həyata keçiriləcəyinə inanırdılar.

Məhz bu inam və ümidlərdən qaynaqlanan milli həmrəylik nəticəsində xalq Ulu Öndər şəxsiyyəti ətrafında sıx birləşdi, bütün çətinliklərə sinə gərərək, Azərbaycanın qurulmasında, hazırki dönəmə çatmasında xidmət göstərdi. Bu gün Ulu Öndər yolunu layiqincə davam və inkişaf etdirən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin simasında YAP-a olan inam daha da artmışdır. Təsis edildiyi tarixi gündən bəri uğurlu inkişaf yolu keçmiş partiya, 33 il ərzində fəaliyyəti boyu qarşıya qoyduğu hədəflərə çatmaqla, hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti ideyaları və digər sahələr üzrə uğurlara imza atmış, Azərbaycanın inkişafı naminə dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr bəxş etmişdir.

Heydər Əliyev yolunu yaşadan, ölkə həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiya-YAP bu gün Müzəffər Lider, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında yüksək xidmətləri sayəsində Azərbaycanı yeni zirvələrə doğru inamla addımlayır, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək əzəvsiz töhfələr bəxş edir. 

Cahangir Abdullayev;
Neftçala rayonu

      

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

12-06-2025, 17:40

Sosial müavinətlərin məbləği artırıldı

Ölkə

15-06-2024, 09:16

Qurtuluşdan inkişafa gedən yol

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

16-05-2025, 12:40

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"

Ölkə
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
Siyasət
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
21-07-2026, 13:00
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
17-07-2026, 11:22
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
16-07-2026, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
16-07-2026, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
14-07-2026, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Xəbər Lenti
  • Dünən, 15:01
    Kompüter qarşısında çalışanların göz ağrısına çarə
  • Dünən, 14:21
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 13:35
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 12:17
    İnfarkt hansı halda öldürür? - Həkimdən məsləhətlər
  • Dünən, 10:14
    Yayda açıq havada gəzərkən bu mikroblara diqqət edin
  • Dünən, 09:10
    Şirniyyat yeyəndə kökəlirsiniz?
  • Dünən, 15:16
    Qarpızın oynaqlara və dəriyə gözlənilməz faydaları açıqlanıb
  • Dünən, 14:18
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • Dünən, 12:12
    Yağ yandırmaq üçün qidalanma qaydalar
  • Dünən, 09:07
    ABŞ İrana yenidən zərbələr endirməyə başladı
  • 21-07-2026, 19:09
    Vaqif Əsədov jurnalistləri təbrik etdi
  • 21-07-2026, 16:15
    Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
  • 21-07-2026, 15:48
    Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
  • 21-07-2026, 14:48
    Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
  • 21-07-2026, 13:09
    Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
  • 21-07-2026, 13:00
    Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
  • 21-07-2026, 12:34
    Sabah 38° isti olacaq
  • 21-07-2026, 12:00
    Çevik iş vaxtı rejimi kimlərə şamil ediləcək?
  • 21-07-2026, 11:31
    ABADA rəsmisi: Beynəlxalq yük daşımalarının həcmi artıb
  • 21-07-2026, 11:24
    Bakıda yaşıllaşdırma işləri aparılır - Fotolar
  • 21-07-2026, 11:14
    Qaynar suyun saçlara zərəri və düzgün qulluq qaydaları - Mütəxəssis məsləhəti
  • 21-07-2026, 10:47
    Jurnalist Səbuhi Vaqifoğlu "İttifaqın Dostu" diplomu ilə təltif edilib
  • 21-07-2026, 10:00
    “Sabah” Finlandiya təmsilçisinə qarşı
  • 21-07-2026, 09:41
    Hörmüzdə iki neft tankeri partladı
  • 21-07-2026, 09:22
    SEPAH Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına ağır zərbələr endirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə