• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda Milli Dirçəliş Günüdür

Ölkə

17-11-2025, 08:54
Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

Liderxeber.az xatırladır ki, Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və "Demokratik Blok" adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Azərbaycan 2020-ci ildən etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və fərəhlə qeyd edir.

Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsıdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad edib. Bu, həm də İranla 132 kilometr sərhədin bərpa olunması deməkdir. Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyini tam olaraq bərpa edib. Azərbaycan bu gün Ermənistana diktə edən tərəfə çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanın gücü yeni mərhələyə keçid edərək İrəvan üzərində əlavə rıçaqların qazanılmasına gətirib çıxarıb.

Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

17-11-2023, 09:23

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Dünən, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Dünən, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Dünən, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Dünən, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Dünən, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə