• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

"Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi"

Ölkə

13-11-2025, 11:10
"Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi"

“Qələbəmizin qazanılması, məhz birliyimizin, misilsiz gücümüzün nəticəsidir. Xalqımız birləşərək bu Qələbəni şərtləndirdi”!

44 günlük Vətən müharibəsi çoxəsrlik tarixə malik Azərbaycan xalqının yaddaşında  fərqli çalarlar, qürurverici məqamlarla iz qoymuşdur. Bu haqq savaşında vətən övladlarının hər birinin göstərdiyi saysız rəşadət və igidlik, unudulmaz qəhrəmanlıq dastanına çevrilmiş, yaddaşlara əbədi olaraq həkk olunmuşdur. Hünər meydanında tarix yazan oğullar, qısa zaman kəsiyində xalqımızı Müzəffər qılaraq, Azərbaycanı haqq savaşından tarixi Zəfərlə çıxarmağa müvəffəq oldular. Bununla da, ölkəmizin gücünü, qüvvətini, sarsılmaz xalq-dövlət birliyini, millətin qeyrətini, oğulların Vətən məhəbbətini bütün dünyaya sübut etdilər.

Müharibənin hələ ilk günlərindən xalq öz dövlətinin, Liderinin ətrafında sıx birləşdi və bu birlik, ümumxalq həmrəyliyinə çevrilərək, düşmənə yönələn sarsıdıcı gücə, “Dəmir Yumruğa” çevrildi.   Məhz bu gücdən, birlikdən qaynaqlanan Böyük Zəfərimizin təntənəsi, “Dəmir Yumruq” sayəsində gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqın dəstəyini və gücünü qiymətləndirərək belə demişdir: “Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi”.

Vətən Müharibəsinin ilk günündən ölkənin hər  bir vətəndaşı, uşaqdan-böyüyə, qocadan-cavana, əsgərindən mülki vətəndaşına qədər hər kəs, sınaq meydanına atıldı, şərəfli bir yolun yolçusuna çevrildi.  İllər uzunu gözlədiyi haqq savaşının “müsəlləh əsgəri” kimi, “hər şey Vətən üçün” şüarı ilə bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün cəsarət, mərdlik göstərdi. Dinindən, milliyətindən asılı olmayaraq minlərlə Azərbaycan gənci, düşmən işğalına son qoymaq, Qarabağın azadlığı  uğrunda  mübarizə aparmaq üçün könüllü olaraq  cəbhəyə yollandı. Arxa cəbhədə də eyni coşqu nümayiş etdirən xalqımız, Ali Baş Komandanın ətrafında sıx birləşərək, sosial mövqeyindən asılı olmayaraq, birlik, həmrəylik nümayiş etdirdi.  Haqq savaşına yollanan əsgərinə  yardım etmək üçün əlindən gələni etdi, hər cür maddi və mənəvi dəstək olmağa çalışdı. Bu sözün əsl mənasında xalq və dövlət, milli birlik və həmrəyliyin, ən əsası vətənpərvərliyin təntənəsi idi.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz itirilmiş torpaqlarımızı 44 gün ərzində döyüş meydanında güc yolu ilə erməni işğalçılarından təmizlədi. Bu tarixi Zəfərlə Azərbaycan Ermənistanın torpaqlarımız üzərində 30 illik işğalına son qoydu, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi, onunla hesablaşmağa,  onu dinləməyə vadar etdi.  Dövlət başçısı cənab İlham Əliyevin səriştəli diplomatiyası, iradəli siyasəti Müzəffər Ordumuzun şanını, qüdrətini göstərdi, Azərbaycanı və azərbaycanlıları  bütün dünyada tanıtdırdı.

Qətiyyətli diplomatiya və siyasi iradə göstərərək,  “Qarabağ Azərbaycandır və nida”- dedi Prezidentimiz. Bütün Azərbaycan səsinə səs verərək, öz Xilaskarının ətrafında birləşdi, milli iradəsini və milli birliyini nümayiş etdirərək, əzm və cəsarətlə Vətənin müdafiəsinə qalxdı. Hər qarış torpaq uğruna canını sipər edən oğullar, tariximizin  şanlı salnaməsini qızıl qanlarıyla yazaraq, zor gücünə qoparılmış  Qarabağımızı bizə qaytardılar.

44 günlük Vətən müharibəsini bizim şanlı tariximiz kimi dəyərləndirən Ölkə başçısı, xalqın Lideri, cənab İlham Əliyevin fikri ilə desək: “Qələbəmizin qazanılması, məhz birliyimizin, misilsiz gücümüzün nəticəsidir. Xalqımız birləşərək bu Qələbəni şərtləndirdi”. 

Filarə İsmayılova
Neftçala rayonu

 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

15-06-2024, 09:16

Qurtuluşdan inkişafa gedən yol

Ölkə

21-12-2024, 21:27

Tarixi imza!

Ölkə

7-07-2025, 18:17

Neftçalada şəhid Camal İsmayılovun doğum günü qeyd olunub

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Dünən, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Dünən, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Dünən, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Dünən, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Dünən, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Dünən, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Dünən, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə