Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmr imzalanıb.
Qeyd edək ki, K. Nəsirov son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. G. Qasımova isə Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib.