• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

11-09-2025, 14:40
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xol təzəkənd kəndinin sakinləri ilə səyyar görüş keçirib.
 
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
 
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Xol Qarabucaq kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Xol təzəkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
 
Çıxışçılar “Təhsilli cəmiyyət, uğurlu dövlətin açarıdır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, təhsil hər bir dövlətin inkişafında əsas amildir. Təhsilli və bilikli vətəndaşlar güclü cəmiyyətin formalaşmasına və ölkənin tərəqqisinə mühüm töhfə verirlər. Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, “Təhsil hər bir ölkənin gələcəyini müəyyən edən əsas sahələrdən biridir.” Məhz bu səbəbdən Azərbaycanda təhsil islahatlarına xüsusi önəm verilir və bu sahəyə dövlət tərəfindən davamlı dəstək göstərilməsi haqqında iştirakçılara geniş məlumat veriblər.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, təhsil hər bir cəmiyyətin inkişafında, dövlətin gələcəyinin formalaşmasında əsas amillərdən biridir. Təhsilli, savadlı və milli dəyərlərə sadiq vətəndaşların yetişdirilməsi güclü və dayanıqlı dövlət quruculuğunun təməl şərtidir. Məhz buna görə Ulu Öndər Heydər Əliyev təhsili daim dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirir və deyirdi: "Təhsil millətin gələcəyidir." Onun rəhbərliyi ilə 1990-cı illərin ağır və çətin dövrlərində belə, təhsil sahəsində mühüm addımlar atılıb, müasir və milli təhsil sisteminin əsası qoyulub. Ulu Öndər Heydər Əliyevin təhsil strateji xətti bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, gələcəyin güclü Azərbaycanı təhsilli və vətənpərvər gənclərin üzərində qurulacaq. Bu məqsədlə ölkənin bütün bölgələrində yeni məktəblər tikilir, təhsil infrastrukturunun yenilənməsi və müəllim heyətinin peşəkarlığının artırılması üçün geniş islahatlar həyata keçirilir.
 
RİH-in başçısı qeyd edib ki, təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəb binası inşa olunub, təhsilin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu layihə çərçivəsində Neftçala rayonun Xıllı qəsəbəsində 1 saylı tam orta məktəb əsaslı təmir, Bankə qəsəbəsində 2 saylı tam orta məktəb və Neftçala şəhərində 4 saylı tam orta məktəbləri isə yenidən inşa olunaraq müəllimlərin, şagirdlərin istifadəsinə verilib. Mehriban xanım Əliyeva təhsilin yalnız bilik vermək deyil, eyni zamanda şəxsiyyət formalaşdırmaq və cəmiyyətin gələcəyini qurmaq missiyasını daşıdığını daim önə çəkmişdir.
 
Azərbaycanın bugünkü uğurları, beynəlxalq arenada artan nüfuzu, elmi-texniki tərəqqisi və innovativ inkişafı məhz təhsilin davamlı şəkildə dəstəklənməsinin nəticəsidir. Təhsilli cəmiyyət – müasir, güclü və suveren dövlətin əsas dayağıdır. Bu gün Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət apararaq, öz gələcəyini elmin və təhsilin üzərində qurur.
 
Rayon İcra hakimiyyətinin başçısı Qərbi Azərbaycanın memarlıq abidələri ilə zəngin olmasına da xüsusi diqqət çəkib. O qeyd edib ki, İrəvan qalası, Göy məscid, Sərdar sarayı, qədim mədrəsələr, körpülər və karvansaralar bu torpaqlarda Azərbaycan mədəniyyətinin canlı izlərini bu günədək qoruyub saxlayır. Təəssüf ki, zaman-zaman baş verən siyasi hadisələr nəticəsində bu irsimizə qarşı mənimsəmə və məhv etmə cəhdləri də olub. Lakin xalqımız bu abidələrin tarixi və mənəvi dəyərini heç vaxt unutmur. Bu gün də Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutur. Orada doğulub ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
 
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar, elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təmin olunma, suvarma kanalında səviyyə qapısının quraşdırılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

14-08-2025, 13:33

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

10-07-2025, 17:00

Neftçalanın icra başçısı səyyar görüş keçirdi

Ölkə
İrandan  xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"
İrandan xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"
Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
13 yaşlı oğlan qıcolmadan öldü
13 yaşlı oğlan qıcolmadan öldü
Siyasət
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Bu gün, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Dünən, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 13:47
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 12:04
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
13-07-2026, 12:02
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
13-07-2026, 11:37
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
Xəbər Lenti
  • Bu gün, 14:00
    Cənubi Koreyada 14 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası planlaşdırılır
  • Bu gün, 13:39
    İrandan xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"
  • Bu gün, 12:34
    Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
  • Bu gün, 12:12
    “Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
  • Bu gün, 11:58
    Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
  • Bu gün, 11:28
    ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
  • Bu gün, 11:17
    Qaynar, ilıq, ya soyuq? - Yeməkləri hansı temperaturda yemək daha təhlükəsizdir?
  • Bu gün, 10:41
    Venesueladakı dəhşətli zəlzələnin fəsadları: Ölənlərin sayı artır
  • Bu gün, 10:39
    13 yaşlı oğlan qıcolmadan öldü
  • Bu gün, 10:13
    İran ABŞ-nin üç ölkədəki bazalarına hücum edib
  • Bu gün, 09:25
    İnfarkt riskini azaldan giləmeyvə açıqlanıb
  • Bu gün, 09:00
    UEFA Avropa Liqası: "Qarabağ" İslandiyada növbəti sınağında
  • Bu gün, 08:55
    Bu ölkədə sudan istifadəyə məhdudiyyət qoyuldu
  • Bu gün, 08:42
    İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı
  • Bu gün, 08:40
    ABŞ İrana qarşı növbəti hücumu başa çatdırdı - Yenilənib
  • Dünən, 17:54
    Rayonlarda leysan olacaq - Xəbərdarlıq
  • Dünən, 17:19
    “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
  • Dünən, 16:51
    Rayonlarda leysan olacaq - Xəbərdarlıq
  • Dünən, 16:18
    İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
  • Dünən, 15:43
    “Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”
  • Dünən, 13:34
    3 il Qarabağda, 1 il İstanbulda təhsil alacaqlar - İkili diplom proqramı
  • Dünən, 13:00
    Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
  • Dünən, 12:17
    “YAŞAT” düşərgəsinin beşinci həftəsi başlayıb
  • Dünən, 12:11
    Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama
  • Dünən, 11:18
    2026-cı ilin ən yüksək temperaturu İranda qeydə alınıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə