• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şəhid övladları Avstriyada yay düşərgəsində - Fotolar

Ölkə

30-07-2025, 13:59
Şəhid övladları Avstriyada yay düşərgəsində - Fotolar

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.

Liderxeber.az xəbər verir ki, düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edirlər.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində düşərgənin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Əmanətə Sədaqət” layihəsi çərçivəsində hər il həyata keçirilən bu düşərgələrin layihənin şəhid övladlarının şəxsi və peşəkar inkişafına töhfə verən mühüm təşəbbüs olduğunu vurğulayıb. Daha sonra çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov isə qəhrəman şəhidlərimizin övladlarını Avstriyada qarşılamaqdan böyük qürur duyduqlarını bildirib.

Açılış mərasimində Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.

Günün ikinci yarısında peşəkar təlimçi Emir Turan tərəfindən iştirakçılar üçün “Motivasiya” mövzusunda təlim keçirilib. Təlim interaktiv formatda təşkil olunub və gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Düşərgənin ikinci günündə iştirakçılar YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil olan Hallştadt qəsəbəsini ziyarət edərək buradakı mədəni abidələrlə tanış olublar. Daha sonra iştirakçılar üçün Zalsburqda yerləşən Mirabell sarayına və Salzach çayı sahilinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində keçiriləcək düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Dünən, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Dünən, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • 6-11-2026, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • 6-11-2026, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • 6-11-2026, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • 6-11-2026, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • 6-11-2026, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • 6-11-2026, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • 6-11-2026, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə