Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən baş verib.
Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: “Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
Xəbəri rus dilində oxuyun: Агентурная сеть РФ в Азербайджане - новые имена
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.