• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Naxçıvanda beynəlxalq geologiya ilə bağlı forum keçirilir - Fotolar

Ölkə

25-07-2025, 12:32
Naxçıvanda beynəlxalq geologiya ilə bağlı forum keçirilir - Fotolar

Naxçıvan şəhərində 10-dan çox xarici ölkə təmsilçisinin iştirak etdiyi “Geomining – 2025, Beynəlxalq Geologiya-Mədənçilik Forumu” keçirilir.

Liderxeber.az xəbər verir ki, forumun əsas məqsədi Naxçıvanın dağ-mədən sənayesinin inkişaf potensialını təqdim etmək, bu sahədə innovativ yanaşmaların öyrənilməsi, fikir mübadiləsinin aparılması və mineral resursların istismarına dair qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Eyni zamanda tədbir ətraf mühitə uyğun və dayanıqlı mədənçilik fəaliyyətinin təşviqi, elmi-praktiki müzakirələr və təcrübə mübadiləsi üçün platforma yaratmaq baxımından böyük əhəmiyyət daşıyır.

Forumda əcnəbi və yerli dövlət qurumlarının rəsmiləri və nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, yerli və xarici investorlar, beynəlxalq dağ-mədən şirkətlərinin təmsilçiləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin əcnəbi təmsilçiləri iştirak edirlər. Məhz bu baxımdan tədbir Naxçıvanın geoloji və mədənçilik sahəsindəki potensialının dünyaya tanıdılması, bu sahədə dayanıqlı və innovativ inkişaf modelinin qurulması istiqamətində mühüm addımlardandır.

Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya-mineralogiya elmləri doktoru Mirzayev Abdurazak Umirzakoviç, Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri, Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi Mədən tədqiqi və axtarış baş idarəsinin baş direktoru Vedat Yanık, Türkiyənin Naxçıvan MR-də baş konsulu Asip Kaya və Naxçıvan MR-in ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayevin çıxışı dinlənilib. Daha sonra geologiya və mədənçilik sahəsində qardaş Türkiyə ilə əməkdaşlığın daha da dərinləşməsi, texniki bilik və resurs mübadiləsinin sistemli şəkildə həyata keçirilməsinə zəmin yaratmaq məqsədilə memorandum imzalanıb.

Davam edən Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə panel müzakirələr həyata keçiriləcək, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, mədən sənayesində rəqəmsallaşma, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi kimi aktual məsələlər ətrafında müzakirə və fikir mübadilələri aparılacaq.

Qeyd edək ki, Beynəlxalq Geologiya-Mədənçilik Forumu Naxçıvan MR-də Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Dünən, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Dünən, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • 6-11-2026, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • 6-11-2026, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • 6-11-2026, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • 6-11-2026, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • 6-11-2026, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • 6-11-2026, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • 6-11-2026, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə