Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.
Liderxeber.az xəbər verir ki, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.
Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılırlar. Onların arasında generallar - Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə "general-mayor" rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var.