• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“8 noyabr” Elektrik Stansiyasına mediatur təşkil olundu - Fotolar

Ölkə

18-07-2025, 16:18
“8 noyabr” Elektrik Stansiyasına mediatur təşkil olundu - Fotolar

Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə “AzərEnerji” ASC ötən ay istismara verilən, ölkəmizdə öz növündə ən böyük və ən strateji obyektlərdən biri olan “8 noyabr” Elektrik Stansiyasına mediatur təşkil edib. Məqsəd media nümayəndələrini elektrik stansiyası ilə tanış etmək, onların energetika sektoru ilə bağlı bilgilərini artırmaq, milli mətbuatın yaranmasının ildönümünü enerji mərkəzi olan Mingəçevirdə qeyd etmək olub.

Liderxeber.az xəbər verir ki, “8 noyabr” Elektrik Stansiyasının xidmət rəisi Müşfiq Abuzərli AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə təməli qoyulan 1880 MVt-lıq stansiya rekord müddətdə - cəmi iki il ərzində tikilərək 2025-ci ilin iyunun 24-ü istismara verilib.

Bu dövr ərzində stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteynerdə mal-material, o cümlədən Çindən 40 min kub metr həcmində, 20 min ton çəkidə 4 ədəd util qazan, İtaliyadan ümumi çəkisi 3 min tondan çox olan 4 dəst qaz turbini və generatorlar gətirilib.

“8 noyabr” Elektrik Stansiyasının ərazisində 15 min kubmetrdən çox svay vurulub, 7200 ton metal konstruksiya işləri görülüb. Bu tikinti-quraşdırma işlərində İtaliya, Çin, İspaniya, Türkiyə və başqa ölkələrin mütəxəssisləri ilə yanaşı, 2500 nəfər yerli mütəxəssis də çalışıb. Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda 1000 mm diametrli borularla yeni qaz xətti inşa edilib, iki yeni qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb”, - deyə, Xidmət rəisi vurğulayıb.

Müşfiq Abuzərli onu da diqqətə çatdırıb ki, “8 noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İES-nin 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurularaq genişləndirilib. Əlavə olaraq 65,6 kilometr uzunluğunda 500 kV “Mingəçevir-Samux” ötürmə xətti inşa edilib və 500 kV-luq “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb: ““8 noyabr” Elektrik Stansiyasında ümumi effektivliyi artırmaq üçün “AzərEnerji” tərəfindən Mingəçevirdəki “Azərbaycan” İES-nin mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib.

Bu isə o deməkdir ki, artıq 7 və 8-ci bloklar qaz yandırmadan yeni quraşdırılan 1280 MVt-lıq 4 qaz turbinindən çıxan buxar hesabına işləyir və stansiyanın ümumi gücü 1880 MVt-a çatır. Üstəlik yerli mühəndislərin yüksək səriştəsi nəticəsində 1880 MVt-dan başqa əlavə 90 MVt həcmində enerjinin istehsal edilməsinə də imkan yaranıb. Belə ki, yeni quraşdırılan 4 qaz turbininin util qazanlarından çıxan buxar 7 və 8 saylı turbinləri işlədir, eyni zamanda, artıq qalan izafi buxarı Azərbaycan İES-nin 6-cı blokuna ötürür”.

Xidmət rəisinin sözlərinə görə, yeni tikilən elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-nin digər blokları ilə müqayisədə 120 qram azalmaqla 225 qram təşkil edir.

Bununla da illik 1 milyard kubmetrədək təbii qaza qənaət olunur, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Faydalı iş əmsalı 17 faiz artmaqla 38,5 faizdən 55,5 faizə yüksəlir. O da qeyd edilib ki, dünyanın bir çox ölkələrindəki analoqlarından fərqli olaraq bu stansiyanın inşasında bir neçə dəfə az vəsait sərf edilib.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

27-01-2024, 13:08

Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

30-06-2024, 23:43

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Bu gün, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Bu gün, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Bu gün, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Bu gün, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Bu gün, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • 7-11-2026, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • 7-11-2026, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • 6-11-2026, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • 6-11-2026, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə