• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək

Ölkə

26-06-2025, 22:52
Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək

Son günlərdə bəzi media resurslarında Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyəti və məhsulları ilə bağlı qərəzli, təxribat xarakterli və həqiqətdən uzaq məlumatların yayıldığı müşahidə olunur. Bu cəhdlərin məqsədi açıq şəkildə şirkətimizin nüfuzuna zərbə vurmaq və cəmiyyətdə çaşqınlıq yaratmaqdır.


Bildiririk ki, yayılan məlumatların əsas mənbəyi Hacıqabul Quşçuluq Şirkətinin səhmdarlarının əmisi – 01.07.1957-ci il təvəllüdlü (68 yaşlı) Dilavər Babaşovdur. Hal-hazırda sözügedən şirkətə aidiyyəti olmayan məhkəmə mübahisəsi fonunda Dilavər Babaşov və onu istiqamətləndirən şəxslər tərəfindən ictimai rəyə təsir göstərmək məqsədilə yalan və təhrif olunmuş məlumatlar yayılır. Bu məlumatlar açıq şəkildə şirkətin nüfuzuna xələl gətirmək və hüquqi proseslərə təsir etmək niyyəti daşıyır.


Xüsusilə vurğulayırıq ki, Dilavər Babaşov heç zaman Hacıqabul Quşçuluq Şirkətində çalışmayıb, idarəetmədə iştirak etməyib və bu səbəbdən şirkətin fəaliyyəti ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətinə malik deyil. Onun irəli sürdüyü iddiaların heç biri hüquqi və faktiki əsaslara söykənmir.


Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildən fəaliyyət göstərir. Şirkət 50 ilə yaxındır ki, həm daxili bazarın yumurta təminatının ödənilməsində və eyni zamanda müxtəlif istiqamətlərdə ixrac əməliyyatlarında aparıcı rola malikdir.


Cari ilin əvvəlində Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Niderlandın aqrar sahə üzrə Beynəlxalq Akkreditasiya şirkəti olan “KİWA” tərəfindən beynəlxalq İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb. “KİWA” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir.  “KİWA” şirkəti kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.

 

 

https://wap.marja.az/storage/cdn/2025/yanvar/21/haciqabul_qushculuq_iso/hac%C4%B1qabul_qu%C5%9F%C3%A7uluq_%C5%9Firk%C9%99ti_iso_1.jpg

Qeyd etmək istərdik ki, bizim üçün əhalinin qida təhlükəsizliyinə verdiyimiz tövhə çox vacibdir və sağlamlığın əsasını təşkil edir. Şirkət hər zaman istehlakçıların mənafeyini düşünüb və "bençmarkinq" strateqiyasını hədəf götürmüşdür.


Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Hacıqabul Quşçuluq Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Burada qurulan labratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi şup cihazı ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilmişdir və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atmışdır.


https://wap.marja.az/storage/cdn/2025/yanvar/21/haciqabul_qushculuq_iso/hac%C4%B1qabul_qu%C5%9F%C3%A7uluq_%C5%9Firk%C9%99ti_iso_2.jpg


https://wap.marja.az/storage/cdn/2025/yanvar/21/haciqabul_qushculuq_iso/hac%C4%B1qabul_qu%C5%9F%C3%A7uluq_%C5%9Firk%C9%99ti_iso_4.jpg


https://wap.marja.az/storage/cdn/2025/yanvar/21/haciqabul_qushculuq_iso/hac%C4%B1qabul_qu%C5%9F%C3%A7uluq_%C5%9Firk%C9%99ti_iso_5.jpg


https://wap.marja.az/storage/cdn/2025/yanvar/21/haciqabul_qushculuq_iso/hac%C4%B1qabul_qu%C5%9F%C3%A7uluq_%C5%9Firk%C9%99ti_iso_6.jpg


Məlumat üçün bildiririk ki, Hacıqabul Quşçuluq Şirkəti cari ilin əvvəlindən etibarən məhsullarını beynəlxalq bazarlara uğurla ixrac etməkdə davam edir. Belə ki, bu dövr ərzində Amerika Birləşmiş Ştatlarına, Afrika ölkələrinə, Birləşmiş Ərəb Əmirliklərinə böyük həcmdə ixrac olunmuşdur.


Bu göstəricilər Azərbaycanın quşçuluq sektorunda beynəlxalq etimada və məhsul keyfiyyətinə verilən dəyərin bariz nümunəsidir.


Daxili bazarda isə Hacıqabul Quşçuluq Şirkəti ölkə üzrə 6 satış deposu vasitəsilə fəaliyyət göstərir. Şirkət Azərbaycanın aparıcı supermarket şəbəkələri, şirniyyat istehsalçıları və digər böyük alıcılarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq vasitəsilə ölkənin ən ucqar bölgələrinə qədər yüksək keyfiyyətli yumurta məhsullarının sabit və vaxtında təchizatı təmin edilir.


Yaxın günlərdə şirkətimizin istehsalat imkanlarını daha da genişləndirəcək yumurta pasterizə mərkəzi istifadəyə veriləcəkdir. Bu müəssisə müasir qida sənayesində innovativ yanaşmanı təmsil edir və yüksək texnologiyalarla təchiz olunmuşdur.


Yeni pasterizə fabrikin yaradılmasında əsas məqsəd — süfrə yumurtası kateqoriyasına uyğun gəlməyən, lakin daxili keyfiyyəti pozulmamış məhsulların emal edilməsi, dəyərləndirilməsi və beynəlxalq standartlara uyğun formada istifadəyə verilməsidir. Əsas texnoloji mərhələ olan pasterizasiya prosesi xüsusi istilik müalicəsi ilə aparılır, bu isə məhsulun bakteriyalardan təmizlənməsini və təbii strukturunun qorunmasını təmin edir. Pasterizə olunmuş yumurtanın saxlama müddəti soyudulmuş şəraitdə 4–6 aya qədər artır. Pasterizə mərkəzinin layihələndirilməsi ekoloji və iqtisadi səmərəlilik prinsiplərinə əsaslanır. Belə ki, süfrə standartlarına uyğun olmayan məhsulların istifadəsi israfçılığın qarşısını alır, istehsal zəncirində balans yaradır və daxili bazarda sabitliyi qorumağa xidmət edir. Bu, şirkətə məhsul çeşidlərini artırmaq və yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün əlavə potensial yaradacaqdır.


Hacıqabul Quşçuluq Şirkəti olaraq, strateji inkişaf planlarımız çərçivəsində həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan məhsulunun keyfiyyətli və etibarlı siması kimi fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq.


Hacıqabul Quşçuluq Şirkətində hazırda 3 müasir yumurta çeşidləmə mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə yumurta emalı prosesi tam avtomatlaşdırılmış və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmuşdur.


Fabrikin istehsalat sahəsində konveyer sistemi vasitəsilə yumurtalar birbaşa yumurta sexlərindən çeşidləmə mərkəzinə daşınır. Bu proses insan təmasını minimuma endirməklə həm gigiyenik, həm də səmərəli emal mühiti yaradır.


Çeşidləmə prosesi Niderland istehsalı olan son model MOBA FT 500 avadanlığı vasitəsilə həyata keçirilir. Bu yüksək texnoloji sistem yumurtaları aşağıdakı göstəricilər üzrə avtomatik şəkildə təhlil edərək  çeşidləyir:


  • Çirklilik səviyyəsinə görə (optik sensorlar vasitəsilə),


  • Çəki və ölçü kateqoriyalarına əsasən (qramla dəqiq ölçüm),


  • Mexaniki zədələnmələrə görə (çat, sınma və s.),


  • Keyfiyyət və standart uyğunluğuna əsasən sortlaşdırma.


Çeşidlənmiş və qablaşdırılmış yumurtalar şirkətə məxsus soyuducu yük nəqliyyat vasitələri ilə düzgün temperatur rejimində müştərilərə çatdırılır. Bu sistem sayəsində məhsulun keyfiyyəti, təzəliyi və təhlükəsizliyi bütün logistik mərhələlərdə qorunur.


Hacıqabul Quşçuluq Şirkəti olaraq, istehsal və təchizat prosesində innovativ texnologiyalara, sanitariya standartlarına və məhsul izlənəbilərliyinə xüsusi önəm veririk. Məqsədimiz – həm yerli, həm də xarici bazarlara yüksək keyfiyyətli və etibarlı məhsul təqdim etməkdir.


Son vaxtlar sosial şəbəkələrdə Hacıqabul Quşçuluq Şirkətinin məhsulları ilə bağlı qərəzli şəkildə keyfiyyətini itirmiş yumurtaların görüntüləri paylaşılmaqdadır. Bu kimi hallarla bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə aşağıdakı məsələləri diqqətə çatdırırıq.


Yumurta məhsulu soyuducu zəncirə bağlı, temperatur dəyişikliklərinə qarşı həssas bir məhsul olmaqla, onun keyfiyyətinin qorunması yalnız istehsalçı ilə deyil, bütün satış və logistik zəncirində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyətlə birbaşa bağlıdır.


Təəssüf ki, bəzi satış nöqtələrində xüsusilə isti hava şəraitində tələb olunan temperatur rejiminə əməl olunmaması müşahidə olunur. Belə hallarda soyuducu zəncirin pozulması yumurtalarda kiflənmə, qoxu dəyişikliyi və digər fiziki keyfiyyət pozuntularına səbəb ola bilər.


Bu kimi hallar Hacıqabul Quşçuluq Şirkətinin məhsullarının keyfiyyətsizliyi ilə deyil, daşınma və saxlanma mərhələlərində tələb olunan müvafiq şəraitin təmin olunmaması ilə bağlıdır.


Hacıqabul Quşçuluq Şirkəti istehsal etdiyi məhsulları ISO və beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə, avtomatlaşdırılmış çeşidləmə və qablaşdırma sistemləri, eləcə də soyuduculu nəqliyyat vasitələri ilə satış nöqtələrinə çatdırır. Bu mərhələdə məhsul bütün keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə təqdim olunur.


Vətəndaşları və media nümayəndələrini bu cür paylaşımlara münasibətdə obyektivlik nümayiş etdirməyə, informasiyanın mənbəyini və səbəbini araşdırmadan əsassız iddialarla yanaşmamağa çağırırıq.


Hacıqabul Quşçuluq Şirkəti olaraq, şirkətimizin nüfuzuna qarşı yönəlmiş məqsədli, qərəzli və təxribat xarakterli kampaniyalara qarşı hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

30-05-2024, 17:59

Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

Ölkə

18-04-2023, 07:46

Başlıbel faciəsindən 30 il ötür - VİDEO

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

İqtisadiyyat

21-01-2025, 16:01

Hacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülüb

Ölkə
Azərbaycanda internetdə yaranan problemin SƏBƏBİ BİLİNDİ
Azərbaycanda internetdə yaranan problemin SƏBƏBİ BİLİNDİ
Gəncədə tikinti konstruksiyası aşdı: Xəsarət alanlar var
Gəncədə tikinti konstruksiyası aşdı: Xəsarət alanlar var
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Universitetlərə qəbul nəticələri gələn həftə - Açıqlanacaq
Universitetlərə qəbul nəticələri gələn həftə - Açıqlanacaq
Siyasət
Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub
Bu gün, 10:10
Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub
İlham Əliyev və Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı işlərlə tanış olublar
Bu gün, 09:30
İlham Əliyev və Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı işlərlə tanış olublar
İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
Dünən, 14:24
İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
Misir Mərdanov Paşinyanla bağlı videosundan danışdı
15-08-2025, 17:50
Misir Mərdanov Paşinyanla bağlı videosundan danışdı
Donald Tramp 907-ci düzəlişi dayandırdı - TAM MƏTN
15-08-2025, 15:03
Donald Tramp 907-ci düzəlişi dayandırdı - TAM MƏTN
Rusiya ilə Azərbaycan "Tramp marşrutu"nu müzakirə edəcəklər
15-08-2025, 12:14
Rusiya ilə Azərbaycan "Tramp marşrutu"nu müzakirə edəcəklər
Xəbər Lenti
  • Bu gün, 17:06
    Azərbaycanda internetdə yaranan problemin SƏBƏBİ BİLİNDİ
  • Bu gün, 16:23
    Gəncədə tikinti konstruksiyası aşdı: Xəsarət alanlar var
  • Bu gün, 16:18
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Bu gün, 15:26
    Rəqsanə həbsdə qaldı
  • Bu gün, 14:56
    Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ CAVAB
  • Bu gün, 14:26
    Universitetlərə qəbul nəticələri gələn həftə - Açıqlanacaq
  • Bu gün, 14:00
    Paşinyan: "Ermənistan Bakı ilə sülhün imzalanmasına görə hərbi büdcəsini artırmağı planlaşdırmır"
  • Bu gün, 12:35
    Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
  • Bu gün, 12:26
    “Bu binalarda 10 mindən çox insan yaşayacaq”
  • Bu gün, 11:50
    Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb
  • Bu gün, 11:22
    Azərbaycana potensial radioaktiv dondurulmuş krevetkalar idxal edilir? - RƏSMİ CAVAB
  • Bu gün, 11:04
    Gəncədə raketlə vurulan binaların yeri indi belə görünür... - Video
  • Bu gün, 11:01
    Prezident İlham Əliyev Kəlbəcər şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub
  • Bu gün, 10:59
    Nabranda ikimərtəbəli kottec yandı
  • Bu gün, 10:10
    Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub
  • Bu gün, 09:30
    İlham Əliyev və Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı işlərlə tanış olublar
  • Bu gün, 09:00
    Cəlilabad Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı olub
  • Dünən, 17:38
    Belarus İran vətəndaşlarına viza tələbini ləğv etdi
  • Dünən, 17:05
    İşıq və qaz qiymətlərində necə dəyişiklik olacaq?
  • Dünən, 16:23
    Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
  • Dünən, 16:02
    Sabirabada YENİ PROKUROR təyin edildi
  • Dünən, 15:54
    "Barselona" ilə oyundan sonra "depressiya" yaşayan azyaşlı "Malyorka"nın məşqinə dəvət edildi
  • Dünən, 15:06
    Şəkiyə yeni prokuror təyin edildi
  • Dünən, 14:24
    İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
  • Dünən, 13:47
    İşsizlərin diqqətinə: Sığorta ödənişi hansı halda verilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə