• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək

Ölkə

29-05-2025, 15:15
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunan festivala vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. 

Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq. 

Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunacaq, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirəcək, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olacaq, viktorinalar keçiriləcək. 

“Aqrar zona”da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar veriləcək. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə “Botanika zonası”nda tanış ola biləcək. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçiriləcək: şitillər gətiriləcək, dibçəklərdə bitki əkmək imkanı yaradılacaq. 

Uşaqların heyvanlar aləminə marağını nəzərə alınaraq festivalda “Zoopark zonası” da yaradılacaq. 

Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün “Qoğal” nağılı nümayiş etdiriləcək. 
Daha bir yenilik – festivalda Bakı Dövlət Sirkinin iştirakıdır. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirəcək, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdirəcək.

Festivalda “Art/Face Art” meydançasında uşaqlara müxtəlif incəsənət növləri öyrədiləcək. 

Festivalın yeniliklərindən daha biri – moda meydançasıdır. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edəcək, öz yaradıcılıqlarını nümayiş etdirəcək və müxtəlif dizayn ideyaları ilə tanış olacaqlar.
Muzey zonasında Milli Xalça Muzeyi xalça toxunması üzrə ustad dərsi keçəcək. 

Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgilər əldə etmək “Azərkosmos” və “Planetarium” zonasında mümkün olacaq. 

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün Təhlükəsiz yollar/Ralli zonası təşkil edəcək. Uşaqlara kiçik avtomobillərlə ralli təcrübəsi təqdim ediləcək. 

Həmin gün Mərkəzin parkında “Oxu zonası” da təşkil olunacaq, burada oxu saatı keçiriləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda “Sağlam uşaqlar zonası” fəaliyyət göstərəcək. Burada uşaqların müayinəsi üçün kuponlar veriləcək, qeydiyyat aparılacaq. 

Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə “Estafet zonası”nda müxtəlif yarışlar və idman oyunları keçiriləcək, attraksionlar qurulacaq. “Badminton zonası”nda maraqlı yarışlar təşkil olunacaq. 

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların tam ixtiyarına verilərək.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Mədəniyyət

18-09-2023, 09:41

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

İqtisadiyyat

14-09-2024, 19:24

Göygöldə ilk dəfə “Moruq Festivalı” keçirilib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Mədəniyyət

1-06-2024, 22:09

Göygöldə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçirilib

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Dünən, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Dünən, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Dünən, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Dünən, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Dünən, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Dünən, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Dünən, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Dünən, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Dünən, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Dünən, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Dünən, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Dünən, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Dünən, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə