• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanın Biomüxtəlifliyini Gələcək Nəsillər üçün Qoruyaq!

Ölkə

23-05-2025, 08:34
Azərbaycanın Biomüxtəlifliyini Gələcək Nəsillər üçün Qoruyaq!

Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin və eyni zamanda ən çox təhlükə altında olan ekosistemlərindən biri sayılan Qafqaz ekoloji regionunun bir hissəsidir. Qlobal əhəmiyyətə malik buğda, arpa, kartof və tərəvəz kimi ərzaq məhsullarının becərilən məkanı olmaqla yanaşı, bənzərsiz ekoloji müxtəlifliyi ilə tanınan Azərbaycan regionun ən biomüxtəlif ölkələrindən biri olaraq qalır.

Azərbaycanın təbiəti uca dağlardan tutmuş düzənliklərə, çaylara, bataqlıqlara, göllərə və 800 kilometrlik Xəzər dənizi sahilinə qədər uzanır. Bu müxtəlif landşaftlar rütubətli subtropik zonalardan quru subtropik zonalara və mülayim iqlimlərə) qədər bir sıra mikroiqlim və yaşayış mühitini dəstəkləyir. Bu kompleks ekosistem mozaikası Azərbaycanın zəngin təbii irsinin əsasını təşkil edir.

Lakin bu təbii irs artan təzyiqlərlə üz-üzədir. Davamlı olmayan torpaq istifadə üsulları, infrastruktur layihələri, qanunsuz ov və balıqçılıq, çirklənmə, meşə yanğınları, invaziv növlər və iqlim dəyişikliyi ekosistemlərin deqradasiyasına və növlərin itirilməsinə səbəb olur. Azərbaycanda biomüxtəlifliyin azalması yalnız təbiətin qorunması ilə bağlı deyil, həm də ölkənin dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və iqlimə davamlılığı baxımından ciddi çağırışdır.

Azərbaycanda biomüxtəlifliyin itirilməsinə qarşı cavab tədbirlərindən biri mühafizə olunan ərazilərin genişləndirilməsidir. Hazırda ölkənin təxminən 10.3%-ni əhatə edən geniş mühafizə olunan ərazi şəbəkəsi mövcuddur. Bu şəbəkəyə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı daxildir ki, hər biri unikal növlərin və ekosistemlərin qorunmasında mühüm rol oynayır.

Mühafizə olunan ərazilər şəbəkəsi daxilində biomüxtəlifliyin həm zənginliyini, həm də qorunma çətinliklərini nümayiş etdirən iki nümunəvi ərazi — Şirvan və Hirkan milli parklarıdır.

Yarımsəhra iqliminin hökm sürdüyü cənub-şərqdə yerləşən Şirvan Milli Parkında Qızılqaz adlı süni su hövzəsi yerləşir. Bu göl qlobal quş miqrasiyasında mühüm rol oynayır. Hər il bu süni bataqlıqlar on minlərlə miqrasiya edən quş üçün müvəqqəti dayanacaq olur. Bu quşlar — sahil quşları, flaminqolar, ördəklər, qazlar və qutanlar — miqrasiya marşrutlarında məhz Azərbaycanın bataqlıqlarına istirahət və qida mənbəyi kimi ehtiyac duyurlar. Bu, Azərbaycanın qlobal quşların mühafizəsindəki məsuliyyətini vurğulayır.

Cənubda yerləşən Hirkan Milli Parkı isə qədim Hirkan meşələrini qoruyur və bu ərazi qlobal biomüxtəliflik baxımından əvəzolunmazdır. Hirkan meşələri 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Park həmçinin bölgənin bioloji müxtəlifliyini dəstəkləyən vacib su mənbəyi olan Xanbulan gölünü də əhatə edir. Bu ekosistemlər nəsli kəsilməkdə olan və endemik növləri qoruyur və su dövriyyəsi, iqlimin tənzimlənməsi kimi ekosistem xidmətləri göstərir.

Bütün bu uğurlara baxmayaraq, mühafizə olunan ərazilər hələ də xarici təzyiqlər, institusional resursların məhdudluğu və idarəetmə çağırışları ilə üzləşir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Biomüxtəlifliyin Mühafizəsi və Davamlı İstifadəsi: İdarəetmənin Təkmilləşdirilməsi Yolu ilə Azərbaycanın Xüsusi Mühafizə Olunan Ərazilər Sisteminin Gücləndirilməsi" adlı layihə həyata keçirilir.

Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi mühafizə olunan ərazilərin effektivliyini artırmaq və biomüxtəlifliyi qorumaq üçün landşaft yanaşmasını tətbiq etməkdir. Bu inteqrasiya olunmuş və çoxsektorlu yanaşma yalnız mühafizə olunan ərazilərin daxilində deyil, həm də onların ətrafındakı ekoloji deqradasiyanın səbəblərini aradan qaldırmağa yönəlib. Layihə müxtəlif səviyyələrdə tərəfdaşları bir araya gətirərək ekosistemlərdə, o cümlədən ətraf icmalarda və bufer zonalarında təbiətin qorunmasını dəstəkləyir.

Layihənin əsas hədəf əraziləri 2020-ci il Qafqaz üzrə Ekoloji Regionların Qorunması Planına əsasən prioritet konservasiya əraziləri kimi müəyyən edilən və əsas biomüxtəliflik əraziləri olan Şirvan və Hirkan milli parklarıdır. Layihə bu ərazilər üzrə siyasətləri gücləndirir, institusional və maliyyə imkanlarını artırır və davamlı idarəetmə modellərini inkişaf etdirir.

Layihənin mühüm nailiyyətlərindən biri də“Mühafizə Olunan Ərazilərin Monitorinq və İnformasiya İdarəetmə Sistemi”nin yaradılmasıdır. Bu platforma ekosistemlərin sağlamlığını real vaxt rejimində izləməyə, şəffaflığı artırmağa və milli mühafizə olunan ərazilər şəbəkəsi üzrə yaxşı təcrübələrin və dərslərin paylaşılmasına imkan yaradır.

Nəticədə, məqsəd yalnız ayrılmış təbiət parçalarını qorumaq deyil, həm də mühafizə olunan ərazilərin daha geniş, canlı landşaftlarda necə idarə oluna, bərpa edilə və təkmilləşdirilə biləcəyini nümayiş etdirməkdir — həm təbiət, həm də ondan asılı olan icmalar üçün fayda yaradaraq.

Azərbaycanın biomüxtəlifliyi milli sərvətdir və onun qorunması ölkənin qlobal məsuliyyətidir. Bu sahədə uğur uzunmüddətli baxış, çoxşaxəli əməkdaşlıq və elmə əsaslanan, icma-yönümlü yanaşmaların davamlı şəkildə dəstəklənməsini tələb edir. Mühafizə olunan ərazilərin gücləndirilməsi və landşaft idarəçiliyinin inteqrasiyası yolu ilə Azərbaycan daha davamlı, dayanıqlı və biomüxtəlif bir gələcəyin əsasını qoyur. 

Nasar Hayat

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Ofisinin rəhbəri

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

15-04-2024, 15:04

Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Cəmiyyət

25-05-2024, 18:52

Kartof bazarı: Satıcı gülür, alıcı isə məyusdur - SƏBƏB + "Kaspi"nin TƏHLİLİ

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
91 uşaq himayədar ailəyə verilib
91 uşaq himayədar ailəyə verilib
“Ən çox məskunlaşma Ağdam rayonundadır”
“Ən çox məskunlaşma Ağdam rayonundadır”
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
Siyasət
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Bu gün, 13:09
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 11:58
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 11:11
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Yenidən sədr və müavin oldular
30-10-2026, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Xəbər Lenti
  • Bu gün, 14:50
    Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
  • Bu gün, 13:09
    Ceyhun Bayramov onu birinci katib təyin etdi
  • Bu gün, 13:05
    91 uşaq himayədar ailəyə verilib
  • Bu gün, 12:05
    “Ən çox məskunlaşma Ağdam rayonundadır”
  • Bu gün, 11:58
    Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • Bu gün, 11:28
    KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
  • Bu gün, 11:22
    Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
  • Bu gün, 11:18
    “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
  • Bu gün, 11:12
    Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
  • Bu gün, 11:11
    MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
  • Bu gün, 11:05
    “ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib
  • Bu gün, 10:58
    Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb
  • Bu gün, 10:22
    Bu gün Konqresə seçkilər keçiriləcək - Tramp üçün həlledici gün
  • Bu gün, 10:10
    Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
  • Bu gün, 09:44
    Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
  • Bu gün, 09:15
    İranda Hellouin qalmaqalı - Obyektlər bağlandı, saxlanılanlar var
  • Bu gün, 09:05
    Dəhşətli təyyarə qəzasında ölənlər tanınmış iş adamı və ailəsi imiş - Ad günündə ölüb - Fotolar
  • Bu gün, 08:46
    Formula 1 tarixinin ən gənc qalibi oldu
  • Dünən, 22:51
    Ramiz Mehdiyevin əsərləri araşdırılacaq: bəzi alimləri nələr gözləyir?
  • Dünən, 22:50
    Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq
  • Dünən, 19:33
    Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək
  • Dünən, 17:00
    Palata 2027-ci ilin dövlət büdcəsi layihəsinə rəyi təsdiqlədi - Fotolar
  • Dünən, 16:31
    Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
  • Dünən, 15:30
    Vəzifəli şəxs rüşvətə görə həbs edildi
  • Dünən, 15:21
    İNCİ Akademiyası fəaliyyətə başladı - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə