• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hotellərimiz niyə boş qalır?

Ölkə

17-05-2025, 14:42
Hotellərimiz niyə boş qalır?

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin 81 faizdən çoxunun boş qalması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı ölkəmizə turist gəlişinin azalması kimi izah olunur.

Bu, kifayət qədər ciddi rəqəmdir və həyəcan təbili çalmağın vaxtı çatıb kimi görünür.Turizmçilər hotellərin boş qalmasını havaların turizm mövsümünə uyğun olmaması ilə əlaqələndirirlər. Onlar həm də qiymətlərin yüksək olması, təbliğatın yaxşı qurulmaması və s. kimi səbəblərin də olduğunu deyirlər.

Liderxeber.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Müqayisə düzgün deyil

Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov açıqlanan statistika ilə razılaşmır: "Aylarla müqayisə dəqiq nəticə almağa mane olur. Ən azı yarım illik, ya da bir illik statistikanı müqayisə etmək lazımdır. Ay olub ki, müəyyən səbəblərə görə bayramlarda və ya dünyada mövcud olan başqa trendlərə görə turistlərin sayı keçən illə müqayisə edəndə az olub. Amma digər aylarda bu boşluq kompensasiya edilib. Bizim idarə etdiyimiz hotellərdə müştəri sayında azalma yoxdur".

Maydan sonra artım başlayacaq

Turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, ilin ilk rübündə hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması təəccüblü deyil: "Statistikaya görə, Azərbaycanda 800-ə yaxın hotel və qalma yeri var. Nömrə fondumuz təxminən 30 minə yaxındır, 60 minə yaxın ölkə üzrə yataq sayımız var. Nəzərə alaq ki, ilin ilk rübü turizm üçün o qədər də aktiv aylar deyil və bu səbəbdən hər il olduğu kimi bu il də ölkəyə çox qonaq gəlməyib. Bu, bütün dünyada belədir. Qonaqların artımı əslində aprel ayından başlayır. Həm də insanlar daha çox yay aylarında səyahət edirlər. Hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması əsasən bununla əlaqədardır. Aprel-maydan başlayaraq turist axınının artan xətt üzrə inkişafını proqnozlaşdırıram".

Ekspert paytaxt mehmanxanalarında 60 faizə yaxın doluluq olduğunu deyir: "Daha sonra Qəbələ, Qusar və s. rayonlar ardıcıllıqla gedir. Bu da quru sərhədlərin bağlı olduğu dövrdə ölkəyə giriş-çıxışın əsasən Bakıdakı hava limanından həyata keçirilməsi ilə əlaqədardır. Ölkədə bir həftə qalan qonaq ya gəlişi, ya da gedişi zamanı bir-iki gün Bakıda gecələməli olur. Ona görə Bakıda gecələmələrin sayı daha çoxdur. Qusar da təbii ki, qış mövsümü ilə əlaqədar olaraq ən çox səfər olunan istiqamət olub. Qusarda və Qəbələdə yay-qış komplekslərinin olması ilin ilk rübündə daha çox turistlərin getməsinə səbəb olub".


Azalma dünyada baş verən proseslərə görədir

Gəlmə turizmi üzrə menecer Vasif Yadigarov mehmanxanalarda yaranan boşluğu dünyada baş verən hadisələrlə əlaqələndirir: "Çünki çox reyslər təxirə düşüb. Bu, əsasən Hindistan və Pakistan istiqamətindən gələn reyslərə aiddir. Yanvar-mart aylarında gələnlər onsuz da nisbətən az olur".

Turizmçi xüsusən rayon mehmanxanalarında qeydə alınan azalmanı normal hesab edir: "Bu, normaldır, çünki gələn qonaqların 50%-dən çoxu rayonlara getmir. Məsələn, keçən həftə biz mindən çox hindistanlı qonağı yola salmışıq. Onlardan heç biri rayona getmədi".

İndi də ümid Çindən gələcək turistlərədir

"Statistika və turizmin incəlikləri onu göstərir ki, yanvar-fevral, hətta mart ayı turizmdə aşağı mövsüm hesab olunur", - deyə turizm üzrə ekspert Əziz Şiriyev bildirir:

"İnsanlar daha çox hava isti olanda gəzintiyə üstünlük verirlər. Əvvəlki illərə nəzər yetirsək, mart ayında, xüsusən Novruz bayramı ərəfəsində ölkəmizə xeyli sayda İrandan turist gəlirdi. Sonra bu axın dayandı. Ona görə bu ilin martında bir qədər zəif mövsüm oldu. Hazırda Bakıda, Qobustanda, tarixi məkanlarımızda, qoruqlarda Rusiyadan, Hindistandan gələn turistləri görə bilərsiniz. Tədricən regionlarda da turistlərin sayı artmaqdadır. Hesab edirəm ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğvi çinli turistlərin ölkəmizə gəlişinə səbəb olacaq".

Yalnız bir istiqamətə köklənmənin yaratdığı problemlər

Tərcüməçi-bələdçi Aytac Nəzirli isə açıqlanan statistikanı real hesab edir: "Qış aylarında turistlərin azlığı normal haldır. Çünki qış aylarında Qəbələ-Qusar kimi ərazilərdə hotel qiymətləri kəskin şəkildə bahalaşır. Bəzi ölkələrdə qış aylarında tətil olmur, azalmada bu da rol oynayır. Amma apreldən başlayaraq yenidən canlanma müşahidə olunur".

Bələdçi hesab edir ki, ilin əvvəlindən turistlərin ölkəyə az gəlməsinin səbəblərindən biri də bu istiqamətdə reklam işinin yaxşı qurulmaması ilə bağlıdır:

"Biz turizmdə ancaq bir ölkəyə köklənirik. Bir ara ərəb bazarına kökləndilər, sonra Hindistan, indi də Çin. Bir anda bir neçə bazarla müqavilə bağlasalar, kəskin şəkildə artım ola bilər. Məsələn, hindistanlılar yayda gəlməyi üstün tuturlar, onlar qışı sevmirlər. "Ərəb bazarı" demək olar ki, sona çatıb. Onlar əvvəl Azərbaycana gəlirdilər, amma indi Gürcüstana, Qazaxıstana üz tuturlar".

A.Nəzirli turistlərin diqqətinin təkcə Bakıya fokuslanmasını da düzgün hesab etmir:

"Azərbaycanın turizm bölgələri təkcə Bakı, Qusar və Qəbələ deyil. Amma təəssüf ki, bizim sektorda təkcə bu şəhərlərə kökləniblər. Digər regionların gözəl turistik yerləri, tarixləri, ənənələri var. Amma Gəncədə, Balakəndə, Lənkəranda və s. yerlərdə çox nadir hallarda turist görərsiniz. Çünki bu istiqamətdə reklam düzgün getmir. Şəxsən mənim qonaqlarım olanda rayonlara səfər təklif edərkən tərəddüd edirlər. Çünki qonaqların gördüyü yalnız bu üç şəhərdir". Bələdçinin dediyinə görə, qonaqlara qarşı baş verən dələduzluq halları da onların gəlişinə mane olur: "Taksi sürücüləri, gecə qadınları, restoranlarda qiymət artımı, onlara verilən saxta pullar, peşəkar olmayan bələdçilərin məlumatları qonaqları ölkəmizdən soyudur. Nəticədə turistləri itiririk".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-06-2024, 14:29

Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar

İqtisadiyyat

22-08-2024, 13:05

“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib

İqtisadiyyat

9-07-2024, 16:14

Azərbaycanda "Halal Hotel"lərin olması turizmin inkişafına nə verəcək?

Cəmiyyət

7-01-2025, 13:26

Azərbaycanda bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?

Ölkə
Media və Yayım Şurası yaradıldı
Media və Yayım Şurası yaradıldı
Prezident AZCON-a yeni səlahiyyət verdi
Prezident AZCON-a yeni səlahiyyət verdi
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
Siyasət
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Dünən, 16:00
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
6-08-2026, 16:05
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
6-08-2026, 15:44
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Hikmət Hacıyev: Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır
5-08-2026, 16:44
Hikmət Hacıyev: Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
3-08-2026, 18:15
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
HDQ-də buraxılış mərasimi keçirilib
3-08-2026, 15:19
HDQ-də buraxılış mərasimi keçirilib
Xəbər Lenti
  • Dünən, 16:58
    Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanılıb
  • Dünən, 16:43
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:11
    Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
  • Dünən, 16:06
    Gülnar Hacalıyevaya yüksək vəzifə verildi
  • Dünən, 16:00
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 15:28
    Azərbaycanda yüksək əməkhaqqılı vakansiyalar hansı sahələrə aiddir?
  • Dünən, 14:57
    Atasını donuz bilib güllələyərək öldürdü
  • Dünən, 14:16
    Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edildi
  • Dünən, 13:49
    “Arzum 999”un məhkəməsində yeni qərar
  • Dünən, 13:10
    Media və Yayım Şurası yaradıldı
  • 6-08-2026, 19:23
    Altı marşrutun hərəkət istiqaməti dəyişir
  • 6-08-2026, 17:47
    Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
  • 6-08-2026, 16:05
    Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
  • 6-08-2026, 15:44
    Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
  • 6-08-2026, 15:32
    Prezident AZCON-a yeni səlahiyyət verdi
  • 6-08-2026, 15:23
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • 6-08-2026, 12:45
    Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb 
  • 6-08-2026, 11:28
    Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?
  • 6-08-2026, 11:08
    İncəsənət məktəblərinə işə qəbulla bağlı imtahan keçiriləcək
  • 6-08-2026, 10:35
    Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
  • 6-08-2026, 10:25
    Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
  • 5-08-2026, 22:23
    Hikmət Hacıyevin fikirləri "Türkiye Gazetesi"ndə təhrif olunub
  • 5-08-2026, 18:40
    AYNA, RİNN və "Bakı Metropoliteni" ekspertlərlə bir araya gəlir
  • 5-08-2026, 17:51
    Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi
  • 5-08-2026, 17:26
    Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə