• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ağalılara əkin üçün torpaqlar verilməsinə başlanılır - Fotolar

Ölkə

29-04-2025, 14:47
Ağalılara əkin üçün torpaqlar verilməsinə başlanılır - Fotolar

Aprelin 28-də Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, Ağalı kəndində təşkil olunan imzalanma mərasimində Kənd Təsərrüfatı Nazirliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Nazirlik Aparatı və tabeli qurumların məsul şəxsləri, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd sakinləri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Prezidentin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçirilir.

Nazir müavini qeyd edib ki, Ağalı kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart - 31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsi ilə aparılıb. Ümumilikdə Ağalı kənd sakinlərindən kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı 74 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.

Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Ağalı kəndində qeydiyyatda olmadığına görə 5 şəxsin, təkrar müraciətə görə 1 şəxsin müraciətinə imtina verilib. Təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün Qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılmış, habelə 2-30 aprel tarixləri arasında müraciətçilərə təlimlər keçirilmişdir. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk kooperativlər fəaliyyətə başlamış olub. İlk mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlərdə birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb. Müraciətləri təsdiqlənmiş digər kənd sakinləri ilə icarə müqaviləsinin bağlanması və icarəyə verilən ərazilərin sakinlərə yerində tanıdılması prosesi may ayının 31-dək davam edəcək.

Tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev qeyd edib ki, “Böyük Qayıdış”ın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsinə başlanılması buradakı əhalinin daha geniş səviyyədə kənd təsərrüfatı ilə məşğul olmalarına imkan yaradır və bu isə onların sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olacaq.

Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, bu ərazinin iqlim şəraitinə uyğun, mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirləri görməlidirlər. Müəyyən olunmuş qaydalara (öhdəliklərinə) əməl etməyən sakinlər ilə bağlanan icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.

Qeyd edək ki, torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının aqrar sahədə göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alışının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil edilib. 

İmzalanma mərasimindən sonra tədbir iştirakçıları Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun 5 hektar sahədə salınmış nümayiş əkinlərinə baxış keçiriblər. Nümayiş əkinlərinin salınmasında məqsəd torpaqları icarəyə götürmüş kənd sakinlərinə əkin üsulları, əkin sxemi, müasir suvarma sistemlərinin quraşdırılması təcrübəsi ilə yerində əyani tanış olmasına imkan yaratmaqdır.

Xatırladaq ki,  aprel ayında keçirilən təlimlərdə Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları,  tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstək tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzuları işlənib.

Təlimləri uğurla başa vurmuş kənd sakinlərinə sertifikatlar təqdim olunub.




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

28-02-2025, 16:54

Ağalıda kənd təsərrüfatı torpaqlarının istifadəsi üçün müraciətlərin qəbuluna başlanılır

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

28-06-2024, 12:53

Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib

Ölkə
Bu qədər uşaq nikahdankənar doğulub
Bu qədər uşaq nikahdankənar doğulub
Bu atları saxlayanlara 1000 manat veriləcək
Bu atları saxlayanlara 1000 manat veriləcək
Türkiyə yelkənçiləri Bakıda - Fotolar
Türkiyə yelkənçiləri Bakıda - Fotolar
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş
Siyasət
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Bu gün, 14:39
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident Qaradağda açılışda - Fotolar
Bu gün, 11:56
Prezident Qaradağda açılışda - Fotolar
Prezident Əziz Səncəri təltif etdi
7-09-2026, 14:15
Prezident Əziz Səncəri təltif etdi
Putin Əliyevə zəng etdi
7-09-2026, 13:16
Putin Əliyevə zəng etdi
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
5-09-2026, 09:00
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
4-09-2026, 15:09
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Xəbər Lenti
  • Bu gün, 17:46
    Bu qədər uşaq nikahdankənar doğulub
  • Bu gün, 17:17
    Putin Hindistana gedir
  • Bu gün, 16:50
    BƏƏ ilə diplomatik əlaqələri kəsdilər
  • Bu gün, 15:29
    Bu atları saxlayanlara 1000 manat veriləcək
  • Bu gün, 15:12
    Türkiyə yelkənçiləri Bakıda - Fotolar
  • Bu gün, 14:39
    Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiqləndi
  • Bu gün, 13:31
    “Sabah”ın U-19 komandası “Mançester Yunayted”ə qarşı
  • Bu gün, 12:56
    Həmin “zipline”da avqustda da ciddi problem olubmuş
  • Bu gün, 12:34
    Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
  • Bu gün, 11:56
    Prezident Qaradağda açılışda - Fotolar
  • Bu gün, 10:56
    Lamin Yamal “Barselona”nın tarixinə düşdü
  • Bu gün, 10:45
    Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
  • Bu gün, 09:39
    “Sabah” “Mançester Yunayted”ə qarşı
  • Bu gün, 09:36
    Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
  • Bu gün, 09:05
    25 ailə doğma yurduna qayıdır - Fotolar
  • Dünən, 17:38
    Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq
  • Dünən, 16:55
    “FHN bu kimi qurğulara nəzarət etmir” - Açıqlama
  • Dünən, 16:32
    Azərbaycanla Qazaxıstan Xəzərdə sərnişin daşımalarını bərpa edir?
  • Dünən, 15:34
    Batumidən uçan təyyarə Rizedə dənizə düşdü
  • Dünən, 13:17
    MDB-nin daha bir sazişindən çıxdılar
  • Dünən, 12:36
    Sabah Bakıya yağış yağacaq
  • Dünən, 12:19
    İsrail Britaniya konsulluğunu bağlayır
  • Dünən, 11:19
    Məşhur çinli bloqerin faciəli sonu: Yağlı və duzlu qida, yuxusuzluq - FOTO
  • Dünən, 10:15
    Xərçəngin gözardı edilən simptomları - Mütəxəssis əhəmiyyətsiz görünən əlamətlərlə bağlı xəbərdarlıq etdi
  • Dünən, 09:41
    Yemək vaxtı telefona baxmağın təhlükələri - Mütəxəssis rəyi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə