• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bloqerlər və influenserlərlə bağlı yeni tələblər: Nəzarət mexanizmi necə olacaq?

Media

23-05-2025, 17:29
Bloqerlər və influenserlərlə bağlı yeni tələblər: Nəzarət mexanizmi necə olacaq?

Ölkədə reklam sahəsində şəffaflığı və ictimai etibarı artırmaq məqsədilə "Reklam haqqında" qanuna əhəmiyyətli əlavələr edilib.

Liderxeber.az xəbər verir ki, qəbul olunan yeni dəyişikliklər xüsusilə sosial mediada fəaliyyət göstərən şəxsləri - influenserləri (rəqəmsal platforma təsirçiləri) hədəf alır. Belə ki, qanunun 26.1-ci maddəsi ilə sosial media vasitəsilə ödəniş qarşılığında məhsul və ya xidmətləri tanıdan şəxslər üçün konkret və məcburi öhdəliklər müəyyənləşdirilib.

Bəs bu yeniliklər influenserlərdən nələri tələb edir? Bu tələblərdən yaranan öhdəliklərə nəzarət mexanizmi necə tənzimlənəcək?

Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas  şərhində bildirib ki, qanuna edilən əlavələrdə bir neçə yenilik var ki, bütün influenserlər onlara mütləq şəkildə əməl etməli olacaqlar, çünki əks halda məsuliyyətlə üz-üzə qala bilərlər.

"Yeni qanunvericiliyə əsasən, influenserlər öz paylaşımlarında ödənişli əməkdaşlıqları açıq şəkildə qeyd etməlidirlər. Reklam xarakteri daşıyan hər bir paylaşımda "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" kimi ifadələrdən biri mütləq şəkildə istifadə olunmalıdır. Bu qeyd vasitəsilə izləyiciyə paylaşımın kommersiya məqsədli olduğu aydın şəkildə bildirilir və brendlə influenser arasında olan əməkdaşlıq açıq şəkildə nümayiş olunur.

İkinci bir önəmli nüans - influenserin yalnız məhsul haqqında yox, həm də reklam sifarişçisi haqqında məlumat verməsi məsələsidir.

Qanun yalnız reklamın açıq göstərilməsini deyil, eyni zamanda reklam sifarişçisinin də şəxsiyyətinin açıqlanmasını tələb edir. Əgər reklamın sifarişçisi fiziki şəxs olan sahibkardırsa, paylaşımda onun adı, VÖEN nömrəsi və əlaqə məlumatları, hüquqi şəxs olduqda isə şirkətin adı, hüquqi ünvanı və əlaqə vasitələri mütləq şəkildə yer almalıdır", - deyə F.Pərdəşünas bildirib.

O qeyd edib ki, yeni dəyişikliklər çərçivəsində influenserlər üçün qadağanedici fəaliyyət növləri də müəyyənləşdirilib.

"Ən önəmli qadağalardan biri şəxsin istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi təqdim etməməsi ilə bağlıdır. Yəni influenser məhsulu reklam edə bilər, lakin bu məhsulu şəxsən sınaqdan keçirməyibsə, onun istifadəçisi kimi davranmaqla izləyicini aldatması qanunla qadağandır. Belə hallarda məsuliyyət birbaşa həmin influenserin üzərinə düşür".

Bu qanunun tənzimlənmə və nəzarət mexanizmləri məsələsinə gəlincə, F.Pərdəşünas vurğulayıb ki, hazırda qanunun tətbiq mexanizmləri tam şəkildə açıqlanmasa da, müvafiq orqanların nəzarəti üçün bir neçə effektiv alət mövcuddur.

"Nəzarət mexanizmi kimi vətəndaşların şikayətləri, yəni ictimai nəzarət formasında da istifadə oluna bilər. Bundan əlavə, influenserlərin vergi ödəyicisi olması dövlət qurumlarına onların kommersiya fəaliyyətini rahatlıqla araşdırmaq imkanı verir. Dövlət Vergi Xidməti ödənişlərin rəsmiliyini, qaimələrin vurulub-vurulmadığını yoxlaya bilər. Şirkətlərin influenserlərə rəsmi köçürmələrlə əməkdaşlıq etməsi, onların kommersiya fəaliyyətinin sübuta yetirilməsini asanlaşdırır. Məsələn, müəyyən edilə bilər ki, bir influenser hansısa brendin məhsulunu tanıdıb və bu tarixə uyğun ona rəsmi ödəniş olunub, yoxsa olunmayıb?

Yeni qanunda diqqətçəkən məqamlardan biri də məhsulun vizual təqdimatına nəzarətin gücləndirilməsi məsələsidir. Əgər reklam olunan məhsulun şəklində fotoredaktorla (yaxud montaj) dəyişikliklər edilibsə, bu, izləyicilərə açıq şəkildə bildirilməlidir. Eyni qayda səsdəyişmə və ya digər texnoloji manipulyasiyalara da aiddir. Məqsəd reklamın izləyici üçün aldadıcı xarakter daşımamasını təmin etməkdir. Əgər belə bir hal yaşanarsa, o zaman influenser buna görə məsuliyyət daşıyır və təbii ki, belə hal yaşandığı halda qanunamüvafiq addımlar atıla bilər", - deyə F.Pərdəşünas qeyd edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

22-04-2025, 13:47

Reklam zamanı bunlar qadağan edilir

İqtisadiyyat

9-01-2025, 15:53

Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

---

22-06-2023, 11:01

Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması mümkün olacaq

Ölkə
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
Siyasət
Yenidən sədr və müavin oldular
Bu gün, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
Bu gün, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Bu gün, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • Dünən, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • Dünən, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • Dünən, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • Dünən, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • Dünən, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • Dünən, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • Dünən, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • Dünən, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Dünən, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Dünən, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə