• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuş videoçarxlar hazırlandı

Mədəniyyət

30-07-2026, 18:31
“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuş videoçarxlar hazırlandı

2026-cı ildə “Respublika Xatirə Kitabı”nın 30 illik yubileyi tamam olur.

Liderxeber.az xəbər verir ki, bununla əlaqədər “Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində “Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb.

Videoçarxlarda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimiz, onların əziz xatirəsi və Vətən müdafiəsi haqqında söylədikləri dəyərli fikirləri öz əksini tapıb.

Birinci videoçarxda “Respublika Xatirə Kitabı” redaksiyasının yaranma və inkişaf tarixi diqqətə çatdırılır. Bildirilir ki, 1991-ci ildən müstəqil qurum kimi fəaliyyətə başlayan redaksiyanın işində əsas dönüş müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində olmuşdur. Redaksiya öz fəaliyyətində Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il 23 dekabr tarixində imzalanmış “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutur. Ümummilli Liderimizin “Respublika Xatirə Kitabı”na göstərdiyi xüsusi diqqət və qayğı vurğulanır.

Videoçarxda “Respublika Xatirə Kitabı”nın yaranma tarixi haqqında qısa məlumat verilir. Qeyd olunur ki, yaranan vaxtdan “Respublika Xatirə

Kitabı” Milli Ensiklopediya nəzdində fəaliyyət göstərib.

2016-cı ildən Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. Redaksiya İkinci Dünya müharibəsi, lokal hərbi münaqişələr, 44 günlük Vətən müharibəsi,

Aprel döyüşləri, Tovuz hadisələri və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı zamanı şəhid olan, itkin düşən və əsir-girov götürülən vətəndaşlarımız haqqında dəqiq ensiklopedik məlumatları özündə əks etdirən 28 cilddən çox kitab nəşr edib.

İkinci videoçarxda igid şəhidlər, onların şücaəti, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid əsgər və zabitlərimizə həsr olunan nəşrlər haqqında məlumat verilir. S özügedən nəşrlərin respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı, Naxçıvan,

Şuşa, Gəncə, Mingəçevir, Şirvan, Quba, Sumqayıt, Şamaxı, Biləsuvar və digər bölgələrdə keçirilən təntənəli təqdimat mərasimlərinin qısa xronikası verilir.

Yerli icra hakimiyyəti orqanları, regional mədəniyyət idarələri və digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirlərdə şəhid ailələrinə, qazilərə və ziyalılara təqdim olunan kitabların mənəvi əhəmiyyəti vurğulanır.

“Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır” kitabı və Vətən müharibəsi qəhrəmanlarına həsr edilən xatirə nəşrlərinin cəmiyyətin, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolu önə çəkilir.

Videoçarxların ideya müəllifi tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, mətnlərin redaktoru “Respublika Xatirə Kitabı”nın baş redaktoru Nəzakət Məmmədovadır. Videoçarxları M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşı Günay Qululu hazırlamışdır.

Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçidlərdə yerləşdirilib:

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

14-05-2026, 10:36

Şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr olunan kitabının təqdimatı keçirildi

Ölkə / Mədəniyyət

11-04-2026, 18:20

“44 GÜN – TARİXİ ZƏFƏR” kitabının IV cildi təqdim olunub

Ölkə
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Bakıda maşın velosipedçini vuraraq öldürüb
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
Prezident onları təltif etdi - Adlar
Prezident onları təltif etdi - Adlar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
Siyasət
Yenidən sədr və müavin oldular
Dünən, 16:42
Yenidən sədr və müavin oldular
Leysan Məmmədov vəzifəsindən azad edilib
30-10-2026, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
30-10-2026, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
29-10-2026, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
29-10-2026, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
29-10-2026, 11:01
Yeni Ombudsman seçiləcək
Xəbər Lenti
  • Dünən, 14:27
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 13:07
    Füzuli teatrı İmişlidə “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası ilə çıxış edib
  • Dünən, 12:52
    Bakıda maşın velosipedçini vuraraq öldürüb
  • Dünən, 12:10
    Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında - Video
  • Dünən, 10:34
    Respublika Elmi Konfransının açılışı keçirilib - Fotolar
  • Dünən, 09:41
    İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
  • Dünən, 09:08
    Tehrandan Avropaya - Sərt xəbərdarlıq
  • Dünən, 09:00
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • Dünən, 17:39
    "Green Card"a qeydiyyatı gözləyənlərə pis xəbər
  • Dünən, 17:28
    Təyyarəsi 20 saatdan çox havada qaldı
  • Dünən, 16:42
    Yenidən sədr və müavin oldular
  • Dünən, 16:29
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 15:31
    Nazir Şuşada vətəndaşları qəbul etdi - Fotolar
  • 30-10-2026, 15:00
    Laçın döyüşlərində şəhid olan polkovnik-leytenantın anım günüdür
  • 30-10-2026, 14:58
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 30-10-2026, 14:07
    Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
  • 30-10-2026, 13:58
    Bu tarixdən Balakənə qatarla gedə bilərsiniz
  • 30-10-2026, 12:31
    Yeni Suraxanı-Hövsan xəttinin bərpası davam etdirilir
  • 30-10-2026, 11:36
    Mərkəzi Banka yeni səlahiyyət verilir
  • 30-10-2026, 11:34
    Bu halda quruda kranlarla görülən bütün növ işlər dayandırılacaq
  • 30-10-2026, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • 30-10-2026, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • 30-10-2026, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • 30-10-2026, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • 30-10-2026, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə