• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycandakı şirkətlərin işçilərinin təxminən yarısı rəqəmsal bacarıq çatışmazlığına görə işini itirməkdən qorxurlar

İqtisadiyyat

19-12-2024, 10:52
Azərbaycandakı şirkətlərin işçilərinin təxminən yarısı rəqəmsal bacarıq çatışmazlığına görə işini itirməkdən qorxurlar

Və hər ikincisi işlədiyi təşkilatda zəruri təlimlərin keçirilmədiyini bildirir.

Kaspersky-nin apardığı sorğuya görə, Azərbaycanda işçilərin 45%-i rəqəmsal bilik və bacarıqların çatışmazlığı səbəbindən işini itirməkdən qorxur. Onlardan 29%-i hesab edir ki, bu hadisə ilə növbəti 5 il ərzində üzləşə bilərlər.

Problemin ciddilik dərəcəsi. Azərbaycanlıların 41%-i kompüterlər və rəqəmsal xidmətlərlə işləmək üçün rəqəmsal bilik və bacarıqların müəyyən dərəcədə, 14%-i isə ciddi şəkildə çatışmadığını bildirir.

Şirkətlər rəqəmsal savadlılığı artırmağa kömək edirmi? Hər ikinci respondent qeyd edib ki, çalışdıqları təşkilatlarda rəqəmsal bilik və bacarıqların artırılması üzrə heç bir təlim təşkil olunmur. Respondentlərin üçdə birindən çoxu (35%) işəgötürənlərinin ümumi İT təlimlər keçdiyini, yalnız 7%-i isə kibertəhlükəsizlik üzrə spesifik təlimlərin təşkil olunduğunu bildirib. İT və ya kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunanların əksəriyyəti (77%) fişinq kimi kibertəhlükələrə qurbanına çevrilməmək üçün kifayət qədər bilik əldə etdiyini düşünür.

Risklər lazımınca qiymətləndirilmir. Maşın öyrənməsi və avtomatlaşdırma texnologiyalarının inkişafı ilə işçilərin rəqəmsal savadlılığı prioritet olmalıdır. Dərin saxtakarlıq (deepfake) texnologiyalarının sayının artması işçilərin onların saxta olduğunu müəyyən edə bilməməsi ilə şirkətlər üçün ciddi problemlər yarada bilər. Lakin insanların əksəriyyəti bu risklərə inanmır. Belə ki, respondentlərin 69%-i hesab edir ki, çalışdıqları təşkilat deepfake texnologiyalarından istifadə ilə təşkil edilən hücumlar nəticəsində pul itirə bilməz, 18%-i isə bunun əksini düşünür düşünür. Halbuki dünyada artıq bir çox halda bu cür texnologiyalar ilə insanları və təşkilatları dələduzlara pul köçürməyə inandırmağı bacarıblar.

“Bir çoxları süni intellekt (AI) və maşın öyrənməsi (ML) həllərinin sürətli inkişafı ilə işlərini itirməkdən qorxur. Əslində, yeni texnologiyalar rutin prosesləri sürətləndirməyə imkan verir. Lakin həyəcan təbili çalan başqa bir məsələdir — dələduzların bu xidmətlərdən kiberhücumların təşkili üçün istifadə etmə ehtimalı. Təşkilatları belə mürəkkəb təhdidlərdən qorumaq üçün XDR (Extended Detection and Response) sinfinə aid həllər kömək edə bilər. Bu sistemdə bütün müdafiə alətləri bir-biri ilə sinxronlaşdırılıb və istənilən məsələni “bir pəncərə” rejimində həll etmək mümkündür», – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

* Sorğu 2024-cü ilin noyabr-dekabr aylarında “ERA Research” şirkəti tərəfindən aparılıb. Telefon üzərindən aparılmış sorğuda Bakı, Gəncə və Sumqayıt şəhərlərinin 18 yaşdan yuxarı 500 nəfər sakini iştirak edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

23-05-2024, 09:37

Kaspersky dayanıqlı inkişaf (ESG) haqqında illik hesabatını dərc edib

Ölkə

1-09-2023, 16:33

Azərbaycanda uşaqları ilə onlayn təhlükəsizlik qaydalarını müzakirə etməyən valideynlər var

İqtisadiyyat

27-06-2024, 11:11

Kaspersky: 1600-dən çox kiberhücum bloklanıb

Ölkə

18-05-2024, 09:38

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Türkiyədə keçirilən konfransda təmsil olunub

Ölkə
İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
Hökməlidə yanğın olub- Video
Hökməlidə yanğın olub- Video
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
Siyasət
Leysan Məmmədov vəzifəsindən azad edilib
Bu gün, 10:08
Leysan Məmmədov vəzifəsindən azad edilib
Yeni Ombudsman namizədləri onlardır
Bu gün, 09:46
Yeni Ombudsman namizədləri onlardır
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Dünən, 16:27
Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Dünən, 12:00
Rəsmi Bakıdan Türkiyəyə təbrik
Yeni Ombudsman seçiləcək
Dünən, 11:01
Yeni Ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Dünən, 09:56
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xəbər Lenti
  • Bu gün, 10:22
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Bu gün, 10:19
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Bu gün, 10:08
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Bu gün, 09:46
    Yeni Ombudsman namizədləri onlardır
  • Bu gün, 09:31
    İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək
  • Bu gün, 09:00
    Hökməlidə yanğın olub- Video
  • Dünən, 17:21
    Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi - Yenilənib
  • Dünən, 16:27
    Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - Yenilənib
  • Dünən, 15:18
    AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - Fotolar
  • Dünən, 15:02
    Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib
  • Dünən, 14:49
    Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
  • Dünən, 14:36
    Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
  • Dünən, 14:09
    İsraildə siyasi sövdələşmə iddiası - Netanyahuya nə təklif olunub?
  • Dünən, 13:55
    “Jurnalisti linçə məruz qoymaq kimin ağlının məhsuludur?!”
  • Dünən, 13:32
    Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı
  • Dünən, 13:16
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    Rəsmi Bakıdan Türkiyəyə təbrik
  • Dünən, 11:53
    “ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq - Fotolar
  • Dünən, 11:36
    Bu marşrut xətləri “Faiqoğlu”na verildi
  • Dünən, 11:30
    Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
  • Dünən, 11:01
    Yeni Ombudsman seçiləcək
  • Dünən, 10:39
    AMB uçot dərəcəsini açıqladı
  • Dünən, 10:22
    2 yaşlı uşaq qonşunun evində yıxılıb öldü
  • Dünən, 10:14
    Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV
  • Dünən, 09:56
    Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə