• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

GP Cotton Holdings COP29 çərçivəsində növbəti konfrans keçirib

İqtisadiyyat

16-11-2024, 18:24
GP Cotton Holdings COP29 çərçivəsində növbəti konfrans keçirib

Azərbaycanın pambıq və tekstil sənayesinin ən böyük şirkəti olan  GP Cotton Holdings, COP29-un altıncı günü Yaşıl Zonada "Davamlı Heyvandarlıq İstehsalı: İqlim Dayanıqlılığı Üçün Biznes və Kənd Təsərrüfatının Birliyi" adlı ölkə heyvandarlığının inkişafı baxımından önəmli sessiya keçirdib.

Liderxeber.az xəbər verir ki, tədbir iqlim dəyişikliyi fonunda davamlı təcrübələrin zəruriliyini müzakirə etmək üçün heyvandarlıq və kənd təsərrüfatı sektorlarından tanınmış simaları bir araya gətirib.
 
GP Cotton Holdings şirkətinin Müşahidə şurasının müşaviri Gülnarə Həsənovanın moderatorluq etdiyi sessiyanın panelində Alltech  şirkətinin Ətraf mühit, Sosial və İdarəetmə üzrə Qlobal vitse-prezidenti Tara McCarthy, Qlobal Südçülük Platformasının İcraçı direktor Donald Moore,  Qlobal Davamlı Mal Əti Platformasının Latın Amerikası üzrə regional direktoru Josefina Eisele, GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John Young Simpson, Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Davamlı İstehsal və Suvarma üzrə Direktoru Dr. Bruno Brasil, Dairy Management Inc. Şirkətinin sədri Marilyn Hershey və JBS Foods şirkətinin Qlobal Davamlılıq üzrə direktoru Jason Weller çıxış ediblər. 
 
Tədbirdə iqlimə uyğun heyvandarlıq təcrübələrinin məhsuldarlığı artıraraq ətraf mühitə təsirləri azaltdığı vurğulanıb. Tədbir iştirakçıları arasında uğur hekayələri və innovativ nümunə işləri paylaşılaraq, kənd təsərrüfatı icmaları ilə sənaye liderləri arasında əməkdaşlığın iqlim dayanıqlığına doğru irəliləyişləri necə təmin etdiyi nümayiş etdirilib.
 
Tara McCarthy çıxışı zamanı davamlı heyvandarlıq istehsalının iqlim dəyişikliyi ilə mübarizə aparmaq və qida təhlükəsizliyini təmin etmək üçün əsas olduğunu bildirib. O, “İnnovativ təcrübələri inteqrasiya edərək və kənd təsərrüfatı sektorunda əməkdaşlığı təşviq edərək məhsuldarlığı artırmaq və planetimizin resurslarını qorumaq mümkündür," – deyə bildirib.
 
Süd sektorunun qlobal qida sistemlərində rolu, milyonlarla insana qidalanma və dolanışıq təmin etməsi barədə danışan Donald Moore, çıxışında qeyd edib ki, 'Süd üzrə Net Zero Yolları' kimi təşəbbüslər vasitəsilə davamlılıq və məhsuldarlığın əl-ələ verə biləcəyini göstəririk. Əməkdaşlıq daha davamlı bir gələcək üçün ortaq hədəflərə çatmağın açarıdır," 
 
Südçülüklə bağlı Dairy Management Inc. şirkətinin sədri də danışıb. "Süd fermaları üçün davamlılıq yalnız bir məsuliyyət deyil – bu, həyat tərzidir. Tədqiqatlardan yararlanaraq və innovativ təcrübələri tətbiq edərək biz ətraf mühiti qoruyur və süd təsərrüfatının gələcək nəsillər üçün davamlılığını təmin edirik." Deyə xanım Marilyn Hershey çıxışında bildirib.
 
Konfransın təşkilatçısı GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John Young Simpson öz növbəsoində deyib, “Pambıq yan məhsulları, xüsusilə də pambıq toxumu, həmçinin torpağın dincəlməsi üçün əkilən bitkilər davamlı heyvandarlıq yeminə inteqrasiya olunmuş mühüm bir rola malikdir.

Bu yan məhsullar heyvanlar üçün yüksək keyfiyyətli yem variantları təmin edir və eyni zamanda kənd təsərrüfatı sektorunun tullantıları minimuma endirərək resurslardan maksimum dərəcədə faydalanmasını nümayiş etdirir. Bu sinerjiləri qəbul edərək, həm pambıq, həm də heyvandarlıq dəyər zəncirlərində davamlılığı təşviq edə və kənd iqtisadiyyatını dəstəkləyə bilərik.”
 
Bu konfransla GP Cotton Holdings davamlı təcrübələrin irəlilədilməsi sahəsindəki liderliyini nümayiş etdirərək kənd təsərrüfatında əməkdaşlıqla iqlim tədbirləri üçün bir meyar təyin etməyə nail olub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

İqtisadiyyat

14-11-2024, 19:44

Azərbaycan Tekstil Assosiasiyası əlaqələrini genişləndirir

İqtisadiyyat

26-10-2024, 14:09

GiLTEX "A" dərəcəsi ilə Amfori BSCI sertifikatını alıb - FOTO

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

6-11-2024, 13:37

Dini Liderlərin Qlobal Sammiti yekunlaşıb

İqtisadiyyat

24-09-2024, 11:35

“Yango Azerbaijan” Bakıda hazır yeməklərin çatdırılması xidmətinə start verib

Ölkə
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
Yolu keçərkən canından oldu
Yolu keçərkən canından oldu
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
Siyasət
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Dünən, 17:57
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Dünən, 16:37
Prezident onu təhlükəsizlik orqanlarında fəaliyyətinə görə təltif etdi
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
Dünən, 13:09
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Dünən, 12:30
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - FOTO
Prezident bu sazişi təsdiq etdi
29-04-2026, 17:27
Prezident bu sazişi təsdiq etdi
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
29-04-2026, 17:10
Deputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
Xəbər Lenti
  • Dünən, 11:09
    Dubayda yaşayış icazəsi almaq asanlaşdı
  • Dünən, 10:46
    Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO
  • Dünən, 09:30
    Yolu keçərkən canından oldu
  • Dünən, 09:08
    “Sumqayıt” “Kəpəz”ə, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
  • Dünən, 17:51
    İran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
  • Dünən, 17:48
    Səkkiz şagird 300 bal topladı - 7-si qızdır
  • Dünən, 16:46
    Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi
  • Dünən, 16:35
    “Sərfəli şərt, az komissiya” vədi ilə yüzlərlə vətəndaşı aldatdılar - Video
  • Dünən, 14:14
    FHN bir neçə obyekt üzrə 3.5 milyon manatlıq tender elan etdi
  • Dünən, 14:00
    Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
  • Dünən, 13:31
    Metro və avtobuslarda əlavə gedişhaqqı çıxılması ilə bağlı - Rəsmi açıqlama
  • Dünən, 12:47
    ABŞ-də banka silahlı hücum: İki əməkdaş qətlə yetirildi
  • Dünən, 11:46
    Bu yollar bağlı olacaq - Siyahı
  • Dünən, 11:37
    “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”
  • Dünən, 11:11
    “Gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək”
  • Dünən, 10:37
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 09:51
    Gömrükdə qida məhsulları ilə bağlı yenilik
  • Dünən, 09:35
    Ukraynada sərnişin qatarı avtokranla toqquşdu: Ölənlər var
  • Dünən, 09:09
    Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq
  • Dünən, 09:04
    Sürreal saat rekord qiymətə satıldı
  • Dünən, 08:50
    “İran atəşkəsdən istifadə edir”
  • 30-04-2026, 17:57
    İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi
  • 30-04-2026, 17:35
    Çörək bahalaşacaq? - Açıqlama
  • 30-04-2026, 17:27
    Ermənilərin qorxulu röyası — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
  • 30-04-2026, 17:00
    Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə