• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

İqtisadiyyat

9-07-2024, 16:04
Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan lider mobil operator daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmağa və müştərilərə əlçatan olmağa davam edir

Liderxeber.az xəbər verir ki, 2024-cü ilin ilk yarısında Azercell-in Telefon Mərkəzi 3 milyon zəng qəbul edib. Daxil olan müraciətlər ortalama 2 dəqiqə 30 saniyə ərzində cavablandırılıb. Bu da qəbul edilmiş beynəlxalq standart - 6-7 dəqiqə ilə müqayisədə yüksək göstəricidir. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və müştərək xidmətlərə dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.

Qeyd olunan müddətdə Azercell-in Onlayn Müştəri Xidmətlərinə 450 minə yaxın müraciət  daxil olub. Lider mobil operatorun rəsmi “Facebook”, “Instagram”, “Linkedin”, “Twitter” və “YouTube” səhifələri üzərindən isə 256 minə yaxın müraciət cavablandırılıb.

Xatırladaq ki, Azercell ölkədə 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və Onlayn Müştəri Xidmətlərini təklif edən ilk mobil operatordur.  

Ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidmət göstərməyə başlayan süni zəka əsaslı ilk virtual assistent “Aicell” də artıq müştəri məmnuniyyətini qazanıb. Abunəçiləri Telefon Mərkəzinə yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən “AiCell” zənglərin 11%-ni  cavablandırıb. Öz növbəsində Mərkəzə müraciət etmiş müştərilərin 72%-i suallarının cavablandırılması üçün “Aicell”i tərcih ediblər və bot abunəçilərin istəklərini 95% tam düzgün şəkildə anlayaraq onlara müvafiq xidmət göstərib. Hazırda 10 istiqamətdə xidmət göstərən “Aicell” məlumatlandırma, aktivləşdirmə və deaktivləşdirmə ilə yanaşı, həm də abunəçilərə diaqnostika xidmətləri göstərir. 

2024-cü ilin ilk yarım ilində Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi  qəbul edilmiş beynəlxalq standartı (85%) keçərək yüksək göstəriciyə - 95%-ə çatıb.

Telefon Mərkəzi bu ildən etibarən həm də təklif etdiyi xidmətlərin siyahısını genişləndirərək xidmət satışını da həyata keçirməyə başlayıb. 

Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin mart ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.

7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

İqtisadiyyat

21-06-2024, 14:49

Yeni "Redmi 13" Azərbaycanda satışda

Ölkə

30-06-2024, 23:43

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Ölkə

10-07-2024, 11:24

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı məlumatları almaq asanlaşdırıldı

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
Siyasət
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Dünən, 12:40
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
Dünən, 09:42
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
Dünən, 11:22
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
18-11-2026, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17-11-2026, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
16-11-2026, 12:28
Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək
Xəbər Lenti
  • Bu gün, 09:45
    Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
  • Bu gün, 09:17
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:08
    Putinlə görüşünün detallarını açıqladı
  • Bu gün, 09:00
    Hörmüzdə ABŞ-yə məxsus PUA vuruldu
  • Dünən, 17:35
    Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
  • Dünən, 17:07
    Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
  • Dünən, 16:50
    Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
  • Dünən, 16:45
    Turun açılış matçında 4 qol vuruldu
  • Dünən, 16:09
    Əhalinin son sayı - Açıqlandı
  • Dünən, 15:54
    Yeni marşrut xətti fəaliyyətə başlayır
  • Dünən, 15:25
    COP31 çərçivəsində keçirilən tədbirdə bu islahatlar barədə məlumat verildi - Fotolar
  • Dünən, 14:52
    Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
  • Dünən, 14:29
    Paşinyan həmin gün xalqa müraciət edəcək
  • Dünən, 14:03
    AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
  • Dünən, 13:46
    “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
  • Dünən, 13:18
    Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
  • Dünən, 12:40
    Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
  • Dünən, 12:05
    8 Noyabr prospektindəki təmir bitdi, yol açıldı - Video
  • Dünən, 11:35
    Gürcüstanda matəm elan edildi
  • Dünən, 11:00
    Güllə yarası alan vətəndaşın əlilliyi niyə uzadılmır? - Rəsmi açıqlama
  • Dünən, 09:42
    İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
  • Dünən, 09:17
    14 ay sonra ilk dəfə qızıl kəskin ucuzlaşdı - Yenilənib
  • Dünən, 09:05
    İlk dəfə bir dövlət soyqırımında günahkar bilindi - Tarixi qərar
  • Dünən, 09:00
    ABŞ-nin iddialarına cavab olaraq məşhur fotonu paylaşdı
  • Dünən, 18:52
    Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə