• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda şəbəkə biznesinə sərmayə yatıranda nəyi nəzərə almaq lazımdır?

İqtisadiyyat

14-11-2023, 14:48
Azərbaycanda şəbəkə biznesinə sərmayə yatıranda nəyi nəzərə almaq lazımdır?

Ötən həftə Azərbaycan sosial media gündəmini həm də bir qrup dələduzun biznes qurmaq adı ilə insanlardan külli miqdarda vəsaitini ələ keçirməsi ilə bağlı xəbərlər məşğul etdi.

Yayılan məlumatlarda göstərilirdi ki, “Pazfarm” adlı şəbəkə vətəndaşlara heç bir yerə getmədən virtual şəkildə taxıl, qarğıdalı və kartof əkərək şəbəkə marketlərində satıb pul qazanacaqlar.

İddialara görə, bəzi şəxslər hətta bu şəbəkəyə 30 min ABŞ dolları civarında vəsait yatırıblar.

Son zamanlar artan dələduzluq hallarından yayınmaq və bu hallara qarşı mübarizə aparmağın necə mümkün olması ilə bağlı “Report”a danışan "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, insanlar sərmayə yatırdıqları biznesi öncədən araşdırmalıdır:

“Pazfarm” təcrübəsi beynəlxalq fırıldaqçılıq təcrübəsindən götürülüb. İllər əvvəl Türkiyədə tətbiq edilən “Çiftlik bank” metodu ilə üst-üstə düşür. Təəssüf ki, başqa ölkələrdə ifşa olunmuş ssenarilər və oyunlar Azərbaycanda hələ də insanlar tərəfindən inanılmaqdadır. Belə ki, vətəndaşlarımız etibar edib bu saxta bizneslərə böyük məbləğ yatırır.

Hesab edirəm ki, vətəndaşlarımız aldanmamaq üçün mütləq bir neçə məsələni diqqətdə saxlamalıdırlar. İlk olaraq onu deyək ki, belə şəbəkə oyunlarına vəsait yatıranlar mütləq baxmalıdılar ki, həmin bizneslərin Azərbaycanda qeydiyyatı var yoxsa yoxdur?! Bu ən etibarlı üsuldur. İnvestisiya olunan biznesin Azərbaycanda qeydiyyatda olması ona görə əhəmiyyətlidir ki, sonradan baş verə biləcək hansısa fırıldaqçılıq yaxud anlaşılmazlığı məhkəmə predmeti etmək olar. Amma qeydiyyatsız yaxud xarici ölkələrdə qeydiyyatda olan şəbəkələrə yatırım etmək ümumiyyətlə məntiqə ziddir.

Digər bir məsələ isə əlbəttə maariflənmə ilə bağlıdır. Yəni insanlarımız onlara edilən təkliflərə cavab verməzdən öncə mütləq hansısa araşdırma etməlidirlər. Baş vermiş oxşar dələduzluq halları ilə bağlı tez-tez məlumatlar yayılır. Məhz bu hadisələrdən xəbərdar olan şəxsləri belə hadisələrin qurbanına çevrilməsi daha çətin olur".

E. Abbasov beynəlxalq təcrübəyə əsaslanaraq bildirib ki, oxşar dələduzluq halları arasında ən az pul itirən elə Azərbaycan vətəndaşları oldu. Xarici ölkələrdə xüsusən qonşu Türkiyədəki məlum hadisədə itirilən məbləğlər milyardlarla dollar ölçülürdü, deyə Assosiasiya rəhbəri qeyd edib.

O vurğulayıb ki, hazırda bazarda asan yolla qazanc təklif edən bir çox saytlar, mexanizmlər var: "Onlardan bəziləri realdır, amma fırıldaqçılar da az deyil. Bu baxımdan tövsiyə edərəm ki, vətəndaşlarımız daha çox yerli şirkətlərə investisiya etsinlər. Bu iqtisadi baxımdan həm ölkəmiz üçün, həmin sahibkar üçün, həm də investor üçün səmərəli olar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu barədə məlumatlıdırlar və faktla bağlı araşdırma aparılır:

“Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

---

22-06-2023, 10:00

Elektron pul təşkilatlarının pulun təhlükəsizliyini təmin etmələri üçün tələblər məlum olub

Ölkə

23-08-2023, 17:28

“Whatsapp” hesabı oğurlananlar nə etməlidir? - AÇIQLAMA

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə
Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
Azərbaycanda Konstitusiya Günüdür
Azərbaycanda Konstitusiya Günüdür
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Bu gün, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bu gün, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Bu gün, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Bu gün, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Bu gün, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Bu gün, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Dünən, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Dünən, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
  • Dünən, 13:30
    Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
  • Dünən, 13:27
    “Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”
  • Dünən, 13:01
    “Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
  • Dünən, 12:23
    Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı
  • Dünən, 12:14
    Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
  • Dünən, 11:36
    Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
  • Dünən, 11:18
    Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
  • Dünən, 10:31
    “Əllərin qana bulaşıb...” - Bayden ailəsinə hücum
  • Dünən, 10:08
    ADY yükdaşımaları üzrə ən yüksək göstəricilər əldə edib
  • Dünən, 09:46
    Şöbə rəisi qəfil vəfat etdi
  • Dünən, 09:12
    Paşinyan Türkiyədədir
  • Dünən, 08:54
    Pezeşkian Türkiyəyə gedir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə