• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

İqtisadiyyat

28-04-2026, 17:28
Kamran Ağayev vəzifəsindən getdi - İRİA-da kütləvi ixtisarlar var?

Son zamanlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) ardıcıl kadr dəyişiklikləri və kütləvi ixtisarların olması ilə bağlı iddialar yayılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, qısa müddətdə xeyli sayda peşəkar və ixtisaslı əməkdaşların, departament rəhbərlərinin qurumdan uzaqlaşdığı müşahidə olunur. Bəzilərinin isə ərizələrinin alındığı bildirilir: “Bu gün öyrəndim ki, nəinki ölkədə, hətta qlobal səviyyədə tanınmış peşəkarlardan biri olan, İRİA-da Data İdarəetməsi departamentinin rəhbəri Kamran Ağayev də qurumdakı vəzifəsindən istefa verib. Düzü, anlamaq olmur ki, İRİA-da nələr baş verir. Bir neçə gün öncə isə bu qurumun HR departamentinə yeni rəhbərin təyin olunduğu bildirilirdi. Maraqlıdır ki, bir müddət öncə müavin vəzifəsini tutan Rəşad Xalıqov da buradakı işindən ayrılıb.

Əgər qurumda davamlı olaraq komanda dağılır, peşəkarlar ayrılır, amma paralel olaraq ölçülə bilən nəticələr görünmürsə, demək ki, nələrsə düz getmir. Bu artıq təkcə kadr məsələsi deyil - strateji fokus, idarəetmə modeli və prioritetlər məsələsidir.

İRİA ölkənin innovasiya siyasətində əsas qurumlardan biri olmalıdır. Ona görə də burada baş verənlər təkcə bir idarədaxili proses deyil, bütövlükdə ölkənin gələcək texnoloji inkişaf tempinə təsir edən məsələdir”.

Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq Kamran Ağayevin işdən çıxdığı təsdiqlənsə də, kütləvi ixtisarların olmadığı bildirildi: “İRİA-da hazırda hər hansı kütləvi ixtisar prosesi həyata keçirilmir və mənfi məzmunlu struktur dəyişiklikləri baş vermir. Bunun əksinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Agentliyin institusional potensialının gücləndirilməsi, o cümlədən peşəkar və ixtisaslı kadrların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda qeyd etmək istərdik ki, İRİA-da kadr siyasəti daim peşəkarlıq, effektivlik və layihələrin prioritetliyinə uyğun şəkildə həyata keçirilir və proseslərə daim həssaslıqla yanaşılır.

Kamran Ağayevlə bağlı məsələyə gəldikdə isə bildiririk ki, o, Agentlikdə fəaliyyət göstərdiyi müddət ərzində data idarəetməsi və süni intellekt sahələrində bir sıra mühüm təşəbbüslərin reallaşdırılmasına dəyərli töhfələr verib. Kamran Ağayev Agentlikdə əlavə iş yeri olaraq fəaliyyət göstərib və öz şəxsi qərarı əsasında Agentlikdən ayrılıb. Gələcəkdə Kamran Ağayev və İRİA arasında müxtəlif layihə və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanlarının davam etdirilməsi istisna olunmur”.

Qeyd edək ki, K.Ağayev 2023-cü ilin iyununda İRİA-da Data İdarəetməsi departamentinin direktoru təyin olunmuşdu.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

İqtisadiyyat

5-02-2026, 12:26

Qiymətdən daha önəmlisi - Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılmasıdır

Ölkə

16-05-2025, 12:40

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bu gün, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Bu gün, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Bu gün, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Dünən, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Dünən, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • Dünən, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • Dünən, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • 6-11-2026, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • 6-11-2026, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • 6-11-2026, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • 6-11-2026, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • 6-11-2026, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə