“Sabah” “Qarabağ”ın futbolçusu Amin Ramazanovu transfer edib.
Lideerxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 23 yaşlı qapıçı ilə 2 illik müqavilə bağlanıb.
Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan Amin karyerası ərzində “Qarabağ” və “Zaqatala” klublarında çıxış edib.