2023-2024-cü illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi müəyyənləşib.
LiderXəbər xəbər verir ki, “qırmızı-qaralar” Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq. Bu matç iyulun 19-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.