UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda İspaniyanın “Vilyarreal” komandası “El Madrigal” stadionunda Danimarka təmsilçisi “Kopenhagen”i qəbul edərkən gözlənilməz hadisə baş verib.
Liderxeber.az xəbər verir ki, matçdan əvvəl oyunçular meydana daxil olduğu zaman ənənəvi Çempionlar Liqası himni əvəzinə səhvən UEFA Avropa Liqasının himni səsləndirilib.
Bu, tribunadakı azarkeşlərin kəskin reaksiyasına səbəb olub. Onlar bu qarışıqlığı fitə basıblar.
O anlar sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olaraq gündəmə çevrilib.
Qeyd edək ki, “Vilyarreal” - “Kopenhagen” matçı (2:3) ev sahiblərinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.