"Neftçi" komandasının baş məşqçisi Samir Abasov dördoyunluq cəza alıb.
Liderxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.
Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" (2:0) oyunundan sonra hakimi təhqir etdiyi üçün baş məşqçiyə belə cəza verilib.
"Neftçi" isə məşqçisinin bu davranışına görə 10 000 manat cərimələnib.