“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında ilk sınağına çıxacaq.
Liderxeber.az xəbər verir ki, U-19 liqasında Azərbaycan çempionu olmuş təmsilçimiz Fransada "Nant"la qarşılaşacaq.
Həmin oyuna Bakı vaxtı ilə 19:00-da start veriləcək.
Cavab qarşılaşması noyabrın 5-də Bakıda baş tutacaq.