"Atalanta" Ademola Lukmanı 45 milyon avroya "İnter"ə satmağa hazırdır.
Liderxeber.az xəbər verir ki, "Atalanta" hücumçusu üçün tələb olunan qiyməti nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Atalanta rəhbərliyi əvvəl futbolçu üçün 50 milyon avro istəyib. İndi isə onu 45 milyon avroya satmağa hazırdır. Bu, "İnter" üçün məqbul məbləğdir.
2024/25 mövsümündə Lukman 40 matçda 20 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər davam edir.
"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 60 milyon avro olaraq qiymətləndirir.