• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub

Dünya

10-10-2024, 16:06
54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub

Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı məlum olub.

Liderxeber.az “Nobelprize.org”a istinadən xəbər verir ki, 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang sözügedən sahə üzrə 2024-cü ilin laureatı elan edilib.

O bu mükafata tarixi sarsıntılarla qarşılaşan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrinə görə layiq görülüb.

Han Kang 1970-ci ildə Cənubi Koreyada anadan olub. O, yazıçı Han Sınqvonun qızıdır. 10 yaşında olarkən öz “Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey Universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır.

1993-cü ildə şeirlərinin “Ədəbiyyat və cəmiyyət" adlı dərgidə çap edilməsi ilə karyerasına başlayıb. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlayıb. O vaxtdan bəri “İ Sanq” ədəbiyyat mükafatı(2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülüb.

2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən “Vegeterian" adlı əsərilə Beynəlxalq "Booker” mükafatına layiq görülüb.

Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsərlərindəndir.

Qeyd edək ki, müəllifin “Vegeterian” romanı Azərbaycan dilində çap olunub.

Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.

Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

18-07-2024, 14:31

Sağlam olmaq üçün tövsiyələr

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

İqtisadiyyat

21-06-2024, 14:49

Yeni "Redmi 13" Azərbaycanda satışda

Ölkə
“Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
“Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
Sumqayıtda yol yenə çökdü - Foto
Sumqayıtda yol yenə çökdü - Foto
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Siyasət
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Bu gün, 10:41
Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Dünən, 12:40
Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
Dünən, 09:42
İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
19-11-2026, 11:22
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
18-11-2026, 12:23
“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
17-11-2026, 10:12
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edildi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 14:52
    Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
  • Bu gün, 12:43
    “Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”
  • Bu gün, 11:54
    Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür
  • Bu gün, 11:00
    Şəki COP31 çərçivəsində dünyanın 69 şəhəri sırasında təqdim olundu
  • Bu gün, 10:41
    Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan
  • Bu gün, 10:26
    Bu gün Premyer Liqada daha 2 oyun var
  • Bu gün, 10:15
    Sumqayıtda yol yenə çökdü - Foto
  • Bu gün, 09:45
    Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
  • Bu gün, 09:17
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:08
    Putinlə görüşünün detallarını açıqladı
  • Bu gün, 09:00
    Hörmüzdə ABŞ-yə məxsus PUA vuruldu
  • Dünən, 17:35
    Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
  • Dünən, 17:07
    Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
  • Dünən, 16:50
    Bütün kolleclər universitetlərin tabeliyinə veriləcək - 2030-cu ilədək
  • Dünən, 16:45
    Turun açılış matçında 4 qol vuruldu
  • Dünən, 16:09
    Əhalinin son sayı - Açıqlandı
  • Dünən, 15:54
    Yeni marşrut xətti fəaliyyətə başlayır
  • Dünən, 15:25
    COP31 çərçivəsində keçirilən tədbirdə bu islahatlar barədə məlumat verildi - Fotolar
  • Dünən, 14:52
    Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
  • Dünən, 14:29
    Paşinyan həmin gün xalqa müraciət edəcək
  • Dünən, 14:03
    AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
  • Dünən, 13:46
    “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
  • Dünən, 13:18
    Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
  • Dünən, 12:40
    Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
  • Dünən, 12:05
    8 Noyabr prospektindəki təmir bitdi, yol açıldı - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə