Rusiyanın Belqorod vilayətinin Ukrayna ilə sərhədyanı Şebekino şəhəri atəşə tutulub.
Liderxeber.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. O bildirib ki, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb. Qladkovun sözlərinə görə, daha bir zərərçəkmiş isə kontuziya alıb: "Bölgənin atəşə tutulması nəticəsində 6 fərdi ev və 11 çoxmənzilli binaya, həmçinin 9 avtomobilə, habelə elektrik xətlərinə ziyan dəyib".